Lənkəran-Astara iqtisadi rayonu
Lənkəran-Astara iqtisadi rayonu — Azərbaycan Respublikasının iqtisadi rayonlarından biri. İqtisadi rayon şərqdən Xəzər dənizi, qərbdən və cənubdan İran ilə həmsərhəddir. Lənkəran-Astara iqtisadi-coğrafi rayonun~ Cəlilabad, Astara, Lerik, Lənkəran, Masallı və Yardımlı inzibati rayonları və respublika əhəmiyyətli Lənkəran şəhəri daxildir
İqtisadi rayon | |
Lənkəran-Astara iqtisadi rayonu | |
---|---|
38°59′20″ şm. e. 48°42′03″ ş. u. |
|
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi | 6.140 km² |
Əhalisi | |
Əhalisi | 855.700 nəfər |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiya
İqtisadi rayonun tərkibinə 6 inzibati rayon, o cümlədən 8 şəhər, 13 qəsəbə, 642 kənd və 182 bələdiyyə daxildir. Lənkəran iqtisadi rayonunun ən inkişaf etmiş və önəmli şəhəri Lənkərandır. İqtisadi rayon Azərbaycanın cənubunda, İran və Türkiyəyə gedən yollar üzərində yerləşir. Şərqdə Xəzər dənizi, qərbdə və cənubda İran ilə həmsərhəddir. Sahəsi 6,14 min km² –dır, bu da ölkə ərazisinin 7,1%-nə bərabərdir. Lənkəran ovalığı və Talış dağları əsas oroqrafik vahidlərdir. İqtisadi rayonun ərazisinin 26%-i meşələrlə örtülmüşdür. Region rütubətli subtropik iqlimə malik olmaqla təbii şəraitinə görə ölkənin digər iqtisadi rayonlarından fərqlənir.
Əhali
2012-ci ilin məlumatına əsasən Lənkəran-Astara iqtisadi rayonunda əhalinin sayı 855,7 min nəfər idi. Əhalinin orta sıxlığı hər km² -ə 141 nəfərdir. Əhalinin 24.9 faizi (212 min nəfər) şəhərlərdə, 75.1 faizi isə kəndlərdə və qəsəbələrdə yaşayır. Azərbaycan əhalisinin 9,3%-i burada yaşayır. [1]
İqtisadiyyat
Lənkəran-Astara iqtisadi rayonunun iqtisadiyyatının əsasını aqrar-sənaye kompleksi təşkil edir. Kənd təsərrüfatının strukturunda faraş tərəvəzçilik, kartofçuluq, çayçılıq, üzümçülük, taxılçılıq üstünlük təşkil edir. İqtisadi rayon mühüm sitrus meyvəçiliyi rayonudur. Azərbaycanda istehsal olunan çayın 99%-ə qədəri, tərəvəz-bostan məhsullarının yarıdan çoxu bu iqtisadi rayonun payına düşür. Sənaye kənd təsərrüfatı xammallarının emalı əsasında inkişaf etmişdir, bitkiçilik və balıqçılıq məhsullarının emalına əsaslanır. Yeyinti sənayesində balıq emalı, çay, meyvə-tərəvəz konservi və şərab istehsalı mühüm yer tutur. Ət, süd, pendir, çörəkbişirmə müəssisələri fəaliyyət göstərir.
Nəqliyyat
Lənkəran-Astara iqtisadi-coğrafi rayonu özünün coğrafi və geosiyasi mövqeyi ilə respublikanın iqtisadi və siyasi əlaqələrində mühim rol oynayır. Burada Lənkəran Beynəlxalq Hava Limanı fəaliyyət göstərir.
Dəmir yolu və avtomobil nəqliyyatı
İqtisadi cəhətdən inkişaf etmiş qonşumuz İran İslam Respublikası ilə əlaqələrimiz əsasən tranzit ərazi kimi bu region vasitəsilə həyata keçirilir. Azərbaycanda İran sərhədinə qədər Bakı-Astara dəmir yolu xətti 1941-ci ildə çəkilmişdir.Dəmir yoluna paralel olaraq beynəlxalq əhəmiyyətli avtomobil yolu da fəaliyyət göstərir. Lənkəran-Astara iqtisadi-coğrafi rayonu ərazisindən keçən (tranzit yollar) bu yollar vasitəsilə Rusiya-İran iqtisadi əlaqələri də yaranmışdır.
Su nəqliyyatı
İqtisadi-coğrafi rayonun nəqliyyat şəraitini daha da yaxşılaşdırmaq məqsədilə gələcəkdə Xəzər dənizinin ucuz və qısa su yolundan istifadə olunmalıdır [İmrani Z.T.2008]. Elmi-texniki tərəqqinin surətlə inkişaf etdiyi bir zamanda Bakı ilə Lənkəran və Astara şəhərləri arasında sərnişin və yük daşınması üçün sürətli və hər cür şəraitə malik gəmilərdən istifadə edilməlidir. Bu məqsədlə Lənkəran və Astarada dəniz liman kompleksləri yaradılmalıdır. Hava yollarını inkişaf etdirmək üçün Lənkəran şəhərində beynəlxalq əhəmiyyətli təyyarə limanı tikilmişdir. Cədvəl 9.8.
İqtisadi-coğrafi rayonda respublika və yerli əhəmiyyətli yolların quruluşu, km
[Z.S.Məmmədova (2002) görə]
İnzibati rayonlar | Cəmi avtomo
bil yolları, km |
Xüsusi cəkisi, %-lə | Respublika əhəmiyyətli, yol, km | Xüsusi cəkisi, %-lə | Yerli əhə-
miyyətli yol, km |
Xüsusi cəkisi, %-lə |
Lənkəran | 426 | 17,0 | 152 | 21,2 | 274 | 15,3 |
Masallı | 355 | 14,2 | 144 | 20.2 | 211 | 11,8 |
Lerik | 706 | 28,2 | 97 | 13,5 | 609 | 34,2 |
Yardımlı | 385 | 15.4 | 88 | 12,2 | 297 | 16,6 |
Cəlilabad | 360 | 14,4 | 183 | 25,5 | 177 | 9,9 |
Astara | 270 | 10,8 | 53 | 7,4 | 217 | 12,2 |
Cəmi | 2502 | 100 | 717 | 100 | 1785 | 100 |
İqtisadi-coğrafi rayonda avtomobil yollarının ümumi uzunluğu 2502 km-dir ki, bunun da 717 km-i (29%) respublika, 1785 km-i (71%) isə yerli əhəmiyyətli yolların payına düşür. 2011-ci ildə iqtisadi-coğrafi rayonda avtomobil nəqliyyatı ilə 6,1 mln. ton yük və 53,6 mln. sərnişin daşınmışdır ki, bu da 2000-ci ilə görə uyğun olaraq 3,4 mln ton və 23,0 mln nəfər artım deməkdir. Göstərilən dövrdə yük dövriyyəsi 876,4 mln ton/km, sərnişin dövriyyəsi 463,5 mln sərnişin/km olmuşdur. Qəzvin-Rəşt (İran) dəmir yolunun Astara ilə birləşdirilməsi layihəsi mövcuddur. Lənkəran-Astara iqtisadi-coğrafi rayonunun avtomobil yollarının quruluşunda asfalt yollar 12%, qara örtüklü 17%, çınqıl örtüklü 39%, qrunt yollar isə 32% təşkil edir (cədvəl 9.9.).[2]
İqtisadi-coğrafi rayon üzrə avtomobil yollarının texniki vəziyyəti
[Z.S.Məmmədova (2002) görə]
İnzibati
rayonlar |
Avtomobil yollarının uzunluğu (km) | O cümlədən | |||
Asfalt örtüklü (km) | Qara örtüklü (km) | Çınqıl örtüklü (km) | Qrunt yollar (km) | ||
Lənkəran | 426 | 64 | 111 | 184 | 47 |
Masallı | 355 | 86 | 44 | 108 | 117 |
Lerik | 706 | 20 | 43 | 475 | 168 |
Yardımlı | 385 | 15 | 33 | 56 | 281 |
Cəlilabad | 360 | 62 | 129 | 81 | 88 |
Astara | 270 | 28 | 70 | 60 | 112 |
Cəmi | 2502 | 295 | 430 | 964 | 813 |
Təbii sərvətləri
Regionda faydalı qazıntılar azdır, qeyri-filizlərdən tikinti qumu, gil, çaydaşı, gips ehtiyatları vardır, zəngin termal və mineral sulara malikdir. İqtisadi rayonda rütubətli subtropik iqlim, məhsuldar torpaqlar, su və əmək ehtiyatları kənd təsərrüfatının inkişafı üçün böyük imkanlar yaradır. Sahilboyu balıq ovlanır.
Sosial infrastrukturu
Lənkəran Dövlət Universiteti, orta məktəblər, Dram teatrı, Diyarşünaslıq muzeyi və s. regiondakı əsas sosial infrastrukturlardır.
Mənbə
- İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsi
- http://gsaz.az/articles/view/117/LankaranAstara-iqtisadicografi-rayonu
- https://metinmehdi.wordpress.com/2016/04/21/l%C9%99nk%C9%99ran-astara-iqtisadi-cografi-rayonu/
- Samadov (www.anarsamadov.net), Anar. "Azərbaycanda demoqrafik vəziyyət". Azərbaycan Respublikası Statistika Komitəsi. 2023-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-02.
- Azərbaycan Respublikasının Coğrafiyası, III cild, Regional Coğrafiya, Bakı, 2015. səh 400 (Paşayev N.Ə., Ağakişiyeva G.R.)