Ləman Ələşrəfqızı
Ləman Aləşrəf qızı İsmayılova (15 dekabr 1971, Vartaşen) — veriliş redaktoru, köşə yazarı, LAF TV-nin direktoru, Azərbaycan Respublikasının əməkdar jurnalisti (2015).[1]
Ləman Aləşrəf qızı | |
---|---|
Doğum tarixi | 15 dekabr 1971 (52 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
İxtisası | jurnalistika |
Təhsili | |
Fəaliyyəti | müxbir, köşə yazar, Tv rəhbəri |
Fəaliyyət illəri | 1996 – h. h. |
Mükafatları |
Həyatı
Ləman Aləşrəf qızı İsmayılova Oğuz rayonunda anadan olmuşdur.[2] Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmişdir.[2]
Ailəsi
Ailəlidir, 2 övladı var. Oğlu Rəsul və qızı Nilufər.[2]
Fəaliyyəti
Universiteti bitirəndən sonra birinci iş yeri "Şəfqət" qəzetində olmuşdur.[2] Sonra "Olaylar" İnformasiya Agentliyinin parlament müxbiri kimi fəaliyyətə başlayıb (1996).[2] Ondan sonra "Azadlıq", "Hürriyyət", yenidən "Azadlıq" qəzetlərində işləmişdir (2002-ci ilə qədər).[2]
2003-cü ildə ANS televiziyasına müraciət etmiş, yeni layihə olan "İç xəbər"də işləməyə başlamış, 8 il bu layihəsində çalışmışdır.[2] İlk 6 ay "İç xəbər"də müxbir, sonra verilişin redaktoru, buraxılış rəhbəri, ən sonda isə "İç xəbər"in rəhbəri olmuşdur.[2]
2012-ci ilin mart ayından 2016-cı il may ayınadək ANS-in "Xəbərçi" proqramında çalışıb. Şirkətin təsisçilərindən olan Seyfulla Mustafayevin əmri ilə ANS- dəki işinə xitam verilərək işdən çıxarılıb.[2]
2018-ci ilin mart ayının 15-dən yenicə yaradılan "REAL Təhlil İnformasiya Mərkəzi" MMC-də çalışır.
2020-ci il 9 fevral növbədənkənar Parlament seçkilərinə qatılmış, deputat seçilə bilməmiş və nəticələrə etiraz etmişdir. İşlədiyi REAL TV-də fikir ayrılığı yaranmışdır. REAL TV-dən həmkarı Afət Telmanqızı ilə bərabər ayrılmışdır.
Daha sonra Afət Telmanqızı ilə birgə "LAF TV" internet televiziyasını təsis etmiş və ilk yayımı 28 may 2020-ci ildə gerçəkləşdirmişdir.
2015-ci ildə Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb.
Mükafatları
- Həsən bəy Zərdabi mükafatı
- "Qızıl qələm mükafatı"
- "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı — 15 iyul 2015[1]
Filmoqrafiya
- Artilleriya allahı (film, 2015)
- "Sonuncu Qəhrəman" — 09.05.2015
- "Sərdar"
- "Əkinçi"—22.07.2015
- "Musiqinin Məcnunu"—17.09.2015
- "Sevgili Bayrağım"—09.11.2015
- "Yurd ilanı" — 01.07.2016
- Ağ adam (film, 2016)
- Ağıllılar və dəlillər (film, 2016)
- "Son beşik" — 05.02.2016
- "Diş ağrısı" — 20.03.2018
- "Topa tutulan baş" — 26.05.2018
- "Şapkalı Urus" — 22.07.2018
- "Bakı qoçuları" — 15.09.2018
- "Bir qalanın sirri" — 01.10.2018
- "Quzğun dəniz" — 08.10.2018
- "Dayaq" — 18.10.2018
- "Müşfiqə atılan güllə" — 29.10.2018
- "Baş qoyduğumuz ucalıq" — 09.11.2018
- "Azad heykəl qadın" — 27.12.2018
- "Güllələnən gül" — 20.01.2019
- "Allahın Lütfü" — 04.02.2019
- "613" — 26.02.2019
- "Nəhəng və firəng" — 28.05.2019
- "Əbədiyyət Nəsimi" — 09.07.2019
İstinadlar
- "Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli Sərəncamı" (az.). president.az. 20 iyul 2015. 2018-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-22.
- Aytən Əliyeva. ""İç xəbər"çi Ləman Əliəşrəfqızı: "ANS-də gördülər ki, qır-saqqız müxbirəm və ..." - MÜSAHİBƏ" (az.). modern.az. 17.09.2012. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-23.