Ləkətağ
Ləkətağ — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd.
Ləkətağ | |
---|---|
39°17′17″ şm. e. 45°49′34″ ş. u. | |
Ölkə | Azərbaycan |
Muxtar respublika | Naxçıvan MR |
Rayon | Culfa rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 2350[1] |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 459 (2009) nəfər |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ 7225 |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Kənd Əlincə çayının sahilində yerləşir.
Tarix və etimologiyası
Tədqiqatçıların ehtimalına görə kəndin adı Azərbaycan ərazisində yaşamış qədim tayfalardan biri olan lək tayfalarının adı və "yer", "məkan", "qol", "hissə" anlayışını bildirən "tağ" sözünün birləşməsindən əmələ gəlmişdir. Mənbələrə görə XIII əsrdə İrana köçmüş lək tayfası uzun müddət orada yaşadıqdan sonra XIX əsrin əvvəllərində bir hissəsi İrandan Culfaya gəlmiş, orada məskunlaşmışlar. Əsas məşğuliyyətləri maldarlıq və heyvandarlıq olan ləklər sonralar oturaqlaşaraq bir neçə yaşayış məntəqəsinin əsasını qoymuşlar.[2]
Mədəniyyət
Ləkətağ kənd mədəniyyət evində qədim sənət nümunələrindən ibarət sərgi vardır.[4]
Həmçinin bax
İstinadlar
- "Naxçıvanın kondisionersiz kəndləri". Naxçıvan TV (az.). 2020-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 fevral 2020.
- Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007,304 səh.
- Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010
- Ləkətağ kəndində xalq yaradıcılığı günü: [Culfa rayonunda] //İki sahil.- 2015.- 2 sentyabr.- S.7.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.