Ləkə (komiks)
Ləkə – Fuad İsayevin yazdığı və çəkdiyi, Rəsul Həsənovun isə dizayneri olduğu, 2017-ci ilin noyabr ayında nəşr edilmiş Azərbaycan komiksi. Komiks Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyindən qeydiyyatdan keçmiş ilk komiksdir.[1]
Ləkə | |||
---|---|---|---|
Nəşriyyat | Qanun nəşriyyatı | ||
Yayın tarixi | noyabr 2017 | ||
Janr | superqəhrəmanlıq, kriminal, elmi-fantastika | ||
|
|||
Yaradıcı heyət | |||
Yazıçı(lar) | Fuad İsayev | ||
Rəssam(lar) | Fuad İsayev | ||
Dizayner(lər) | Rəsul Həsənov |
Məzmun
"Ləkə" komiksi fövqəltəbii güclərə malik azərbaycanlı bir şəxsin macəraları haqqındadır. Qəhrəman Royal Babayevdir. Komiksdə hadisələr Bakıda cərəyan edir. Əsər 16 yaşdan yuxarı oxuyucular üçün nəzərdə tutulub.[1]
İstehsal
Komiksin müəllifi Fuad İsayev Beynəlxalq münasibətlər fakültəsinin tələbəsidir. 3 ildir ki, "Ləkə"-nin üzərində işlədiyini deyir:[1]
İllərdir komiks oxuyucusuyam və bizim ölkədə milli komikslərimizin olmaması mənə təsir edirdi. Və bir gün həmişəki kimi rəsm çəkdiyim bir vaxtda bir personaj ağlıma gəldi. Onu çəkdim. Bundan sonra ağlıma hekayə gəldikdə qeydlər etdim. Nəhayət, bütöv bir həyat hekayəsini bitirdikdən sonra "storyboard" işlərinə başladım. Rəssamlıqla 10 ildən çoxdur məşğul oluram.[1] |
Ləkə bəzi mənbələrdə Azərbaycanın "ilk komiksi" olaraq göstərilir,[1] fəqət, bundan əvvəl 2015-ci ildə bir qrup şəxs "Külək adam" adlanan komiks hazırlayıb. Lakin ortaya çıxan maddi çətinliklər onları bu işə fasilə verməyə vadar edib.[2]
İstinadlar
- "İlk milli komiks kitabımız nəşr olunub". Kulis (az.). 23 noyabr 2017. 2017-11-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 noyabr 2017.
- "Azərbaycanın "ilk komiksi" yeni sahənin yaradılmasına yol açacaqmı?". BBC Azərbaycanca (az.). 23 noyabr 2017. 2017-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 noyabr 2017.