Ləbi hovuz
Ləbi Hovuz və ya Lyabi Hovuz (özb. Labi Hovuz, fars. لب حوض [læbi hawz) — XVI-XVII əsrlərdə salınmış Buxara şəhərinin mərkəzi meydanlarından, memarlıq ansamblı biridir. Meydanda Kukeldaş mədrəsəsi(Buxara), Divan-Bəy mədrəsəsi, Divan-Bəy xanəgahı, Nadir-Bəy hovuzu su anbarı memarlıq abidələri birləşərək memarlıq ansamblı təşkil edir. Ansamblın ölçüsü təxminən 150 x 200 metrdir.
Ölkə | Özbəkistan | ||
Şəhər | Buxara | ||
Konfessiya | İslam | ||
Tikilmə tarixi | XVI əsr | ||
Status |
|
Orta əsrlərdə Ləbi hovuz canlı alış-veriş sahəsi idi, buna ticarət günbəzləri ilə əsas alış-veriş küçəsinə yaxınlığı (onlardan biri meydandan 200 m məsafədə yerləşir) və Buxaradakı binaların həddindən artıq sıxlığı, beləliklə Ləbi hovuzun sadəcə bir neçə açıq sahələrdən biri olması səbəb oldu.
Tarixi
Ləbi hovuzda qalan ilk bina 1569-cu ildə Şeybani II Abdullah xanın Orta Asiyada yüksək səviyyəli ən böyük Kukeldaş mədrəsəsinin inşasına əmr verdiyi zaman ortaya çıxdı. 1619-1620-ci illərdə özbək qəbiləsinin nümayəndəsi Arlat Nadir Divan bəyin təşəbbüsü və hesabına İmamqulu xanın rəhbərliyindəki vəzir meydanında hovuz dağıdılaraq, yaradıcısının adını daşıyan xanəgah tikilir. 1623-cü ildə Nadir Divan bəy, daha sonra Divan-Bəy mədrəsəsinə çevrilən karvansara binasını ucaltdı. 20-ci illərdə hovuz, möcüzəvi şəkildə Buxaranın xəstəlik mənbəyi sayılan digər hovuzların əksəriyyətində aparılan qurutma prosesindən qurtula bildi; hovuzun xilas edilməsində əsas rolu ansamblın yüksək bədii dəyəri oynadı. Daha sonralar meydanda Xoca Nəsrəddinin abidəsi ucaldıldı. Şəhərin bir çox yerlərində olduğu kimi, Ləbi hovuzda quruduldu, Böyük Vətən müharibəsindən sonra bir növ idman arenasına çevrildi - orada voleybol və güləş yarışları keçirildi. Sovet dövründə yaxınlığında "Qastronom", "Buxara" restoranı, "Komsomolets" kinoteatrı var idi. 1950-ci illərdə “Qastronom” da yanğın baş verdi, mağaza yandırıldı, yaxınlıqdakı “Şahrud” xəndəyində yanğın söndürmək üçün su çatmadı. Bu hadisədən sonra şəhər rəhbərliyi hovuzu su ilə doldurmağa qərar verdi və 1950-ci illərin sonunda hovuzun ətrafı boyunca boru çəkildi ki,burada hələ də fəaliyyət göstərən çeşmə düzəldildi.
Yerləşmə planı
Ləbi hovuz ansamblı Buxara şəhristanının cənub-şərq hissəsində, Buxarın mərkəzi ticarət küçəsinin yaxınlığında yerləşir. Ləbi hovuzdan bir qədər aralıda Taqi Telpak Fruuşon və Nuqay karvansarası yerləşir.
Meydan nizamsız çoxbucaqlıdır, şərq hissəsində Divan-Bəy mədrəsəsi var,əksində qərb hissəsində Divan-Bəy xanəgahı yerləşir. Koşun mərkəzi oxundan qərbdə Bolya hovuz, bir qədər şərqdə Xoca Nəsrəddin abidəsi var. Bütün şimal-şərq hissəsini Kukeldaş mədrəsəsi əhatə edir.
Memarlıq xüsusiyyətləri
Divan-Bəy hovuzu
Divan-Bəy hovuzu,[1] 42–36 m və 5 m dərinliyə qədər səkkizguşəli su anbarıdır. Hovuzun divarları daş pilləkənlərdən ibarətdir. Su anbarı suvarma sistemi arxlarından gələn 4000 m3-dən çox suyu saxlaya bilirdi. Daha sonra hovuz çeşməyə çevrildi.
Kukeldaş mədrəsəsi
Meydanın şimal hissəsində Kukeldaş mədrəsəsi yerləşir. Bu meydandakı ən qədim bina, 1568-1569-cu illərdə II Abdullah xanın yaxın qonağı Külbaba Kukeldaş tərəfindən inşa edilmişdir. Mədrəsə 86×69 m ölçüdə düzbucaqlı tikilidir, məscid, dərsxana (dərs üçün yer) və 160 hücrədən ibarətdir. Mədrəsənin tərtibatı uğursuz oldu - daxili hücrələr portalının olmaması səbəbindən həyətə dar quruluş vermiş olur.[2] Mədrəsə günbəzlərin ustalıqla bəzədilməsi ilə fərqlənir.
Divan-Bəy xanəgahı
Xanəgah 1619-1620-ci illərdə İmamquli xanın əmisi və vəziri Nadir Divan bəy tərəfindən hovuzla eyni vaxtda tikilmişdir. Xanəgah kiçik ölçülü, xaç şəklində, mərkəzi qübbəli salona malikdir, ətrafında iki mərtəbədə hücrələr yerləşir. Əsas fasadın kənarları boyunca qüllələr var, fasadın özü mozaika ilə bəzədilib və yanlarına vyazlar tətbiq olunub. Yan fasadlar tağlı girişlər və daha kiçik tağlar ilə bəzədilmişdir.
Divan-Bəy mədrəsəsi
Divan-Bəy mədrəsəsi Ləbi hovuzun şərq hissəsində, xanəgah və hovuz ilə eyni istiqamətdə yerləşir. Mədrəsə 1622-1623-cü illərdə İmamqulu xanın vəziri Nadir Divan bəy tərəfindən karvansara olaraq inşa edilmişdir, lakin sonralar mədrəsəyə çevrildi. Tipik mədrəsə tərtibindən tamamilə fərqlənir - məscid və mühazirə salonu yoxdur. Binanın fasadı mozaika panelləri ilə bəzədilib.
İstinadlar
- Б.В. Вейрман. Искусство Средней Азии. 104.
- Бухара. Город и Легенды. 37.
Ədəbiyyat
Б.В. Вейрман. Искусство Средней Азии (1-е изд). М. 1940. 104.
Xarici keçidlər
- Buxara (rus.)