Lütviyyə Səfərova
Səfərova Lütviyyə Şamil qızı — Azərbaycan aktrisası.
Lütviyyə Səfərova | |
---|---|
Lütviyyə Şamil qızı Səfərova | |
Doğum tarixi | |
Vəfat tarixi | (67 yaşında) |
Vəfat yeri | Bakı |
Vəfat səbəbi | şəkərli diabet |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | aktrisa |
Həyatı
Lütviyyə Səfərova 1942-ci ildə anadan olub. Asəf Zeynallı adına Bakı Musiqi məktəbinin vokal şöbəsini bitirdikdən sonra Azərbaycan Dövlət Musiqili Komediya Teatrında işləməyə dəvət edilib. Bu teatrda Fikrət Əmirovun "Gözün aydın" komediyasında Leyli, Vasif Adıgözəlovun "Nənəmin şahlıq quşu" əsərində Nazlı, Emin Sabitoğlunun "Hicran" komediyasında Çarleston, Şəfiqə Axundovanın "Ev bizim, sirr bizim" əsərində Çiçək və onlarla başqa surətlər canlandırıb. 1989-cu ildən Bakı Bələdiyyə "Tənqid-Təbliğ" teatrında işləyib. 1996-cı ildə yenidən Azərbaycan Dövlət Musiqili Komediya Teatrına qayıdıb və "92 dəqiqə gülüş"də Qəmziyyə, "Hələlik"də Lalə, "On min dollarlıq keyf"də tərcüməçi qadın, "O olmasın, bu olsun"da Sənəm, "Dəli dünya"da ana, "Nəğməli Könül"də Qəmər xanım, "Bankir adaxlı"da Ceyran və s. kimi surətlər yaradıb. O, bir çox televiziya tamaşalarında və filmlərdə də əsas rollara çəkilib.