Opal
Opal — mineral, yarı-qiymətli daş.
Opal | |
---|---|
Ümumi məlumatlar | |
Kateqoriya | Mineral |
Formul (təkrarlanan vahid) |
SiO₂·nH₂O[1] |
Strunz təsnifatı | IV/D.01[2] |
Xüsusiyyətləri | |
Kristalloqrafik sinqoniya | amorf hal[3] |
Zolaq rəngi | ağ |
Vikianbarda əlaqəli mediafayllar |
Kimyəvi xassələri və görünüşü
Kimyəvi formulu SiO2 •nH2O şəklindədir.H2O miqdarı 1–9%, bəzən 34%-dək. Adi qatışıqları: Fe, Al, Mn sulu oksidləri, bəzən MgO, CaO və b. Aqreqatsızma, təbəqəli, məsaməli, torpaqvari, jelvak, plyonka şəklində, radiolariyanın skeletində, diatomeyaların zirehlərində və b. rast gəlinir. Rəngsiz, lakin müxtəlif xromoforlarla boyana bilər.Opal rəng və görünüşünə görə müxtəlif cür adlanır.
Nəcib opal şəffaf olub opalessensiya edir.
Alovu opal sarıdan qəhvəyi-qırmızı, şəffaf və parlaqdır.
Donuq opal — südü-ağ.
Yəşəmi opal — qırmızıdan qəhvəyiyədək.
Mumlu opal — sarı. Parıltı şüşəli, muma oxşardır.
Sərtliyi 5–6. Xüsusi çəki 1,9–2,5. Zaman keçdikcə opal susuzlaşır, xalsedona və yaxud kvarsa keçir. Bəzi kimyəvi və biogen mənşəli çökmə süxurların, diatomitlərin, trepellərin, radiolyaritlərin, opokanın və b. əsas komponentidir. Termal və səth sularından çökür (silisiumlu tuf, geyzerit). Vulkanik süxurların boşluqlarını doldurur, filiz damarlarında rast gəlir, forma və quruluşunu saxlamaqla ağac oduncağını əvəz edir. Opal süxurların aşınma prosesində silikatların parçalanması nəticəsində də əmələ gəlir. Süzgəclərin hazırlanmasında, keramikada, metalların pardaxlanmasında, termoizolyator kimi, kimya, yeyinti və neft sənayelərində və b. işlədilir. Natropal, sirkopal, bobkovit, hidrofan, prazopal, kaxolonq, forxerit, fiorit və b.kimi növləri vardır.
İxracı
Opal zərgərliklə yanaşı sənayedə də istifadə edilir. Hətta opalın bir növü var ki, ondan dinamit istehsalında istifadə edilir. Bütün qitələrdə tapılsada dünya istehsalının 90%-ni Avstraliya yataqları təşkıi edir. Avstraliyanın Kuber-Pedi yaşayış məntəqəsi "Opal paytaxtı" adlandırılır. Bura dünya istehsalının 30%-ni təşkil edir. Opal yarı qiymətli bir daş olsa da qiymətli növləri də az deyil.Ən böyük opal 1956-cı ildə Kuber-Pedi-də tapılmışdır. Onun qiyməti 2.5 mln. Avstraliya dolları idi.
Opal nazik təbəqə şəklində tapılır. Zərgərlikdə istifadə üçün növünün verdiyi imkanlara görə dəyirmi və ya oval formasına salınır. Opalın rəngi onun tərkibindən asılıdır. Opal əsasən şəffad olur. Bu cür opal daha bahalıdır. Lakin opal əsasən qarışıqlar şəklində tapılır. Tərkibinə müxtəlif mineralların qarışmasından fərqli rənglər ala bilir. İşıq şüalarının sınmasından optik yansıtma yaranır ki, biz opalı möhtəşəm rənglərlə görürük.
Qaleriya
İstinadlar
- https://hedendaagsesieraden.nl/2023/04/10/opaal/.
- Ralph J., Nikischer T., Mineralogy H. I. o. Mindat.org (ing.): The Mineral and Locality Database. [Keswick, VA], Coulsdon, Surrey: 2000.
- mineralienatlas.de (ing.).
Mənbə
- Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.