Lürən

LürənAzərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Masallı rayonunun Lürən kəndi Musakücə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Lürən kənd inzibati ərazi dairəsi yaradılmışdır.[2]

Lürən
38°59′20″ şm. e. 48°40′48″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Lürən xəritədə
Lürən
Lürən

Toponimikası

Lürən sözünün mənası talış dilində Lır (lür) "bataqlıq", "sucaq yer" və ən (on) isə "yer" olmaqla "Bataqlıqda salınan kənd" mənasını ehtiva edir. Kəndin adı talış dilinddə Lıron kimi tələffüs olunur.

Əhalisi

1859 — 1864-cü illərdə həyata keçirilmiş kameral siyahıyaalınmaya əsasən Bakı quberniyasının Lənkəran qəzasının Lürən kəndində 32 evdən ibarət 149 nəfər (78 nəfəri kişilər, 71 nəfəri qadınlar) şiə təriqətli müsəlman əhali yaşayırdı.[3] Həmin tarixdə kənd dövlət xəzinəsinə məxsus idi.[3] Hazırda kənd əhalisi 1004 nəfərdən ibarətdir. Kənd əhalisi talış dili ilə yanaşı Azərbaycan dilindən də geniş istifadə edir.[4]

Din

Kənddə "Yusifli" məscidi dini icması fəaliyyət göstərir.[5]

İstinadlar

  1. Azərbaycan Respublikasının inzibati - erazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.
  2. "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklərin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı". 2018-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-29.
  3. Списки населенных мест Российской Империи. По Кавказскому краю составленные и издаваемые Кавказским статистическим комитетом при Главном управлении Наместника Кавказского. LXV. Бакинская губерния. Списокь населенных мест по сведениямь 1859 по 1864 годь. Кавказскимь стататистическимь комитетомь при Главном управлении наместника кавказского. Составлен главным редактором Комитета Н. Зейдлицем. Тифлись. В Типографии главного управления наместника кавказского. 26 ноября 1870 г./Содержание: Спискок населённых мест Бакинской губернии. стр. 37
  4. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
  5. MÜSƏLMAN DİNİ İCMALAR - 2018-ci ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-12-08 at the Wayback Machine. scwra.gov.az  (az.)

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.