Lüdviq muzeyi (Budapeşt)
Lüdviq muzeyi (Budapeşt) - Müasir incəsənət muzeyi (macar dilində:Ludwig Múzeum – Kortárs Művészeti Múzeum) — Budapeştdə bədii muzey. Kölndə yerləşən Lüdviq muzeyinin ən yaxşı Şərqi Avropa filiallarından biri hesab edilir [1]. Hazırda Dunay çayı sahilindəki Peşt şəhərində Ladmanoşi körpüsünnün yaxınlığında yerləşən İncəsənət muzeyində yerləşir.
Lüdviq muzeyi (Budapeşt) | |
---|---|
macar dilində:Ludwig Múzeum – Kortárs Művészeti Múzeum | |
Əsası qoyulub | 1989 |
Mövzu | Müasir incəsənət muzeyi |
Ölkə | |
Yerləşir | Macarıstan, Budapeşt |
47°28′10″ şm. e. 19°04′16″ ş. u. | |
Muzeyin rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Budapeşt şəhərindəki Lüdviq muzeyi 1980-cı illərin sonu, 1990-cı illərin əvvəllərində Köln kolleksiyaçısı və sənayeçisi Peter Lüdviq və onun arvadı İren tərəfindən Macarıstanda kommunist rejiminin süqutundan sonra Şərqi Avropanın bir neçə ölkəsindən toplanılan incəsənət əsərlərininin bir hissəsini hədiyyə edilməsi nəticəsində təşkil olunmuşdur.
Muzeyin kolleksiyası
Lüdviq muzeyinin eksponatları arasında Macarıstanın müasir rəssamlarının əsərləri ilə yanaşı, Pikassonun əsərləri, Amerika pop-artın nümunələri və Macarıstanın sosializm dövrünə aid incəsənət əsərləri mühüm yer tutur.
Mənbə
- Будапешт: [путеводитель] / С. Кузьмичева, О. Кузьмичев. — М.: Эксмо, 2008.
- Főszerk. Fitz Péter. Budapest: Enciklopédia. 2000.