Lüdmila Bobrus-Poradnik
Lüdmila Konstantinovna Bobrus-Poradnik (qızlıq soyadı: Bobrus; d. 11 yanvar 1946; Kiyev, Ukrayna) — Sovet İttifaqını təmsil edən Ukraynalı sabiq həndbolçu. Lüdmila Bobrus, Sovet İttifaqının yığması ilə birgə 1976 Monreal Olimpiadasında və 1980 Moskva Olimpiadasında qızıl medal qazanıb. Lüdmila Bobrus, həm də Dünya Çempionatlarında 2 gümüş və 1 bürünc medala sahib olub.
Lüdmila Bobrus | |
---|---|
ukr. Людмила Костянтинівна Бобрусь-Порадник | |
Ümumi məlumatlar | |
Tam adı | Lüdmila Bobrus |
Doğum tarixi | |
Doğum yeri | Kiyev, Ukrayna |
Vətəndaşlığı | Ukrayna |
Boyu | 169 sm |
Mövqeyi | Meydan oyunçusu |
Karyerası
Lüdmila Bobrus, 1976-cı ildə Sovet İttifaqının yığması ilə birgə Kanadanın Monreal şəhərində baş tutan XXI Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların son turunda Sovet İttifaqının yığması, Şərqi Almaniya yığmasını 14:11 hesabı ilə məğlub etdi və XXI Yay Olimpiya Oyunlarının çempionu oldu.
Lüdmila Bobrus növbəti dəfə Olimpiya Oyunlarına, 1980-ci ildə elə Sovet İttifaqının Moskva şəhərində baş tutan XXII Yay Olimpiya Oyunlarında qatıldı. Bu səfər, yarışların son turunda Sovet İttifaqının yığması, yenə Şərqi Almaniya yığmasını 18:13 hesabı ilə məğlub etdi və XXII Yay Olimpiya Oyunlarının çempionu oldu.