Lörints Sabo
Lörints Sabo (mac. gáborjáni Szabó Lőrinc; 31 mart 1900[1][2], Mişkolç, Borşod-Abauy-Zemplen[3] – 3 oktyabr 1957[3][1][…], Budapeşt[3]) — Macar yazıçısı və tərcüməçi.
Lörints Sabo | |
---|---|
mac. Szabó Lőrinc | |
Doğum tarixi | 31 mart 1900[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 3 oktyabr 1957[3][1][…] (57 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Təhsili | |
Fəaliyyəti | şair, yazıçı, tərcüməçi |
Fəaliyyət illəri | 1922-ci ildən |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Lörints Sabo Macarıstanın Mişkolç şəhərində anadan olmuşdur. Üç yaşı olarkən ailəsi Balaşşadyarmat şəhərinə köçür. Balaşşadyarmat və Debreçen şəhərlərində məktəbə gedir. Budapeştdə Eötvöş Lorand Universitetində təhsil aldı. Burada Mihay Babiç ilə dostluq etməyə başladı. O, öz təhsilini tamamlamadı; əvəzində 1921-ci ildə Layoş Mikeşin qızı olan Klara Mikeş ilə ailə həyatı qurduqdan bir müddət sonra Az Est mətbəəsində işləməyə başladı. 1944-cü ilə qədər burada fəaliyyət göstərdi. 1927 və 1928-ci illər arasında Pandora mətbəəsinin yaradıcısı və redaktoru olmuşdur.
İlk poemalarını 1920-ci illərdə Nyuqat jurnalında dərc etdirirdi. İlk şeirlər kitabını 1922-ci ildə Yer, Meşə, Tanrı adı altında nəşr etdirdi və müvəffəqiyyət əldə etdi. 1932, 1937 və 1943-cü illərdə Baumqarten mükafatını qazandı. Tərcüməçi kimi, Şekspirin bir sıra kitablarını, Samuel Teylor Koldric, Şarl Bodler, Molyer, Yohann Volfqanq Göte, Tomas Hardi, Pol Verlen, Aleksandr Puşkin, İvan Krılov, Heynrix von Kleist, Fridrix Nitsşe, Rayner Mariya Rilke və digər yazıçıların bir sıra əsərlərini tərcümə etmişdir.
Lörints Sabo İkinci Dünya müharibəsində döyüşərkən Dyula Dömböş ilə tanış olmuş və Lillafüred şəhərində keçirilən konqresdə müharibə poeziyasının gözəlliyini vurğulamışdır. 1942-ci ildə Lörints Yozef Gebbelsin yaratdığı Avropa Yazıçılar Birliyinə (Europäische Schriftstellervereinigung) qoşuldu.[4] O, Yosef Nyirodan sonra Birliyin Macarıstan bölməsinin natiqi oldu və təşkilatın Avropa ədəbiyyatı adlı jurnalında (Europäische Literatur) öz əsərlərini dərc etdirdi.
Bu onun sağçı kimi formalaşmasına gətirib çıxardı. Belə ki, o, müharibədən sonra mədəni həyatdan uzaqlaşdırıldı və öz əsərlərini nəşr etdirməyə icazəsi olmadığı üçün yalnız tərcümələrini nəşr etdirə bildi. Onun əhəmiyyəti ölümündən az öncə Kossuth mükafatını alanda tanındı. Ürək tutmasından vəfat etdi.
Şeir kitabları
- Föld, erdő, Isten (Yer, Meşə, Tanrı, 1922)
- Kalibán (Kaliban, 1923)
- Fény, fény, fény (İşıq, İşıq, İşıq, 1926)
- A Sátán műremekei (Şeytanın şah əsərləri, 1926)
- Te meg a világ (Sən və dünya, 1932)
- Különbéke (Ayrılıqda sülh, 1936)
- Harc az ünnepért (Tətil üçün mübarizə, 1938)
- Régen és most (Əvvəl və indi, 1943)
- Tücsökzene (Kriket mahnısı, 1947)
- A huszonhatodik év (26-cı il, 1957)
Həmçinin bax
İstinadlar
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Lőrinc Szabó // Brockhauz Ensiklopediyası (alm.).
- Сабо Лёринц // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- Frank-Rutger Hausmann (2004) "Dichte, Dichter, tage nicht!" – Die Europäische Schriftsteller-Vereinigung in Weimar 1941–1948. ISBN 3-465-03295-0