Kyuşu regionu

Kyuşu (九州, doqquz vilayət) — əsas hissəsi eyniadlı adada yerləşən Yaponiyanın ən cənub-qərbində yerləşən region. O, səkkiz prefekturadan ibarətdir: Fukuoka, Saqa, Kumamoto, Naqasaki, Oita, Kaqoşima, MiyazakiOkinava.

Kyuşu regionun yerləşməsi
Kyuşu regionu Yaponiya xəritəsində
Yerləşməsi
Ölkə Yaponiya
Ada Kyuşu (ada)
Statistika
Sahə 35640 km²
Əhali 13231995 nəf.
   Əhali sıxlığı 332,38 nəfər/km²
Prefekturalar 8

Adı

Kyuşu (九州, doqquz vilayət) regionun adı keçmişdə onun əsas adanı bölən doqquz tarixi vilayət ilə bağlıdır.[1]

Coğrafiya

Region ərazisi əsas Kyuşu adasından və onun ətrafında yerləşən 1400 adasından ibarətdir.[2] Kyuşunu şərqdə Kanmon boğazı Çuqoku regionu ilə, Hoyo boğazıBunqo kanalı isə əsas hissəsi Şikoku adasında yerləşən eyniadlı region ilə ayırır; regionun şimal-qərbində Koreya boğazı Yaponiyanın Koreya Respublikası ilə təbii sərhədi yaradır; qərbdə o, Şərqi Çin dənizi ilə, cənub-şərqdə isə Sakit okean ilə sulanır.

Dağlar

  • Hiko dağı
  • Homan dağı
  • Sarakura dağı
  • Sefuri dağı
  • Aso dağı
  • Unzen dağı
  • Kucu dağı
  • Omure dağı
  • Sobo dağı
  • Tsurumi dağı
  • Yufu dağı
  • İo dağı
  • Kaimondake vulkanı
  • Karakuni dağı
  • Kirişima dağı
  • Otake
  • Şinmoedake
  • Şiroyama dağı
  • Byobu dağı
  • Çitose dağı
  • Qusuku dağı
  • İşikava dağı
  • Yae dağı
  • Narahara dağı
  • Omoto dağı
  • Onna dağı
  • Şinten dağı
  • Yonaha dağı

Çaylar

  • Onqa çayı
  • Yamakuni çayı
  • Çikuqo çayı
  • Yabe çayı
  • Matsuura çayı
  • Rokkaku çayı
  • Kase çayı
  • Honmyo çayı
  • Kikuçi çayı
  • Şira çayı
  • Midori çayı
  • Kuma çayı
  • Oita çayı
  • Oono çayı
  • Banco çayı
  • Qokase çayı
  • Omaru çayı
  • Oyodo çayı
  • Sendai çayı
  • Kimotsuki çayı

Tarix

Ryukyu adalarında yerləşən Okinava prefekturasının ərazisində keçmişdə Ryukyu Krallığı adlı müstəqil dövlət mövcud idi.[2]

1945-ci ilin avqustun 9-da, regionun vacib Çin və Avropa təsirlərin mədəni mərkəzi olan Naqasaki şəhərində[3] dünya tarixində ikinci dəfə atom bombalaması baş vermişdi.

İkinci dünya müharibəsinin sonundan, 1972-ci ilə qədər Okinava ABŞ hərb güclərinin kontrolun altında idi.[2]

İstinadlar

  1. "Britannica: Kyushu". 2022-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-19.
  2. "web-japan.org" (PDF). 2022-09-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-11-23.
  3. "photius.com". 2016-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-25.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.