Kyonqido

Kyonqido (kor. 경기도) — Koreya Respublikasının şimal qərbində yerləşən əyalət. Seul və İnçon şəhərləri ilə əhatə olunmuşdur. Şərqdən Qanqvon-do, qərbdən Sarı dəniz, cənubdan Çunqçonqnam-do ilə əhatə olunmuş, şimalda isə Koreya Xalq Demokratik Respublikası ilə həmsərhəddir. Əyalətin paytaxtı Suvon şəhəridir, Iycoqnbu şəhərində isə Kyonqido əyalətinin Şimal Bürosu təsis edilmişdir.

Kyonqido
Bayraq Gerb
Bayraq Gerb
37°30′ şm. e. 127°15′ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 10.172,07 ± 0,01 km²
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 13.103.188 nəf. (2018)[2]
Digər
gg.go.kr
Kyonqido xəritədə
Kyonqido
Kyonqido
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Kyonqido e.ə 18-ci ildən, Koreyanın Üç Krallıq dövründə üç hissəyə bölündüyü dövrdən başlayaraq siyasi əhəmiyyətli bir əyalət idi. E.ə 18-ci ildə Han Çayı hövzəsində Bekçenin əsası qoyulduqdan sonra 4 əsrin sonuna qədər Bekçenin mərkəzi funksiyasını yerinə yetirmişdir. 396-cı ildə Qoquryo Bekçeyə hücum edib Han çayının şimalını işğal etdi. 475-ci ildə isə Han çayının cənubu da işğal edildikdən sonra Kyonqidonun böyük bir hissəsi Qoquryonun hakimiyyəti altına keçdi. Bekçenin (Üç Krallıqdan biri) banisi Kral Onco Hanamın Viryesonq ərazisində hökumətin əsasını qoyduqdan sonra Han Çayı vadisi 5-ci əsrin ortalarında Qoquryonun bir parçası oldu və 553-cü ildə (Kral Cinhınqın hakimiyyətinin 14-cü ili) Şillanın ərazisinə çevrildi. 9-cu əsrin sonlarında Şilla krallığı hərc-mərcliyə düçar olar-olmaz Kyonqidonun müxtəlif yerlərində adlı-sanlı ailələr önə çıxmağa başladı və 898-ci ildə Gung Ye Kyonqidonun bütün ərazisində bu xaosu yatırdı. Gung Ye tərəfindən əsası qoyulan Tebonq dövlətinin paytaxtı isə Songak oldu. 918-ci ildə Songakın güclü ailələrindən olan Vang Geon Gung Yeni taxtdan salıb Qoryo dövlətinin əsasını qoydu. Kyonqido Qoryonun mərkəzi ərazisi olaraq inkişaf etməyə Kral Teconun paytaxtı Kesona köçürməsi ilə başladı.1018-ci il (Qoryo kralı Hyonconqun hakimiyyətinin 9-cu ili)dən etibarən bu ərazi rəsmi olaraq "Gyongi" adlandırıldı.

Qoryodan sonra əsası qoyulan Coson sülaləsi dövründə Kral Teco Hanyanqı paytaxt olaraq təyin etdi və Kyonqido ərazisini yenidən quraraq cənub-şərq bölgəsi ilə birlikdə Qvanqcu, Suvon, Yocu və Ansonqu da onun tərkibinə daxil etdi. Kral Teconq və Böyük Kral Seconqun dövründəki Gyongi regionu indiki Kyonqido əyalətinin inzibati ərazisinə çox bənzəyir.

1895-ci ildə inzibati əraziləri yenidən nizamlayan 23-Bu (hissə, bölmə) sistemi tətbiq edildi. Gyongi bölgəsi Hansonq (müasir Seul ərazisi; Hanseong-bu; 한성부; 漢城府), İnçon (Incheon-bu; 인천부; 仁川府), Çunqcu (Chungju-bu; 충주부; 忠州府), Qonqcu (Gongju-bu; 공주부; 公州府) və Keson (Kaesong-bu; 개성부; 開城府) ərazilərinə bölündü.

Kyonqido əyalətinin xəritəsi

Yapon işğalı dövrü

Yapon işğalı dövründə Kyonqido Hökumət Binası
  • 1910 Oktyabrın 1-i Coson sülaləsinin paytaxtı olmuş Hansonq Kyonqidoya köçürülərək adı Gyonqsonq olaraq dəyişdirildi, Hökumət Binası Qvanqhvamunun qarşısında təsis edildi.[3]
  • 1914-cü ildə İnzibati ərazilərin unifikasiyası iləBupyeong-gun, Yangji-gun, Juksan-gun, Eumju- gun, Ansan-gun, Gwacheon-gun, Gyoha-gun, Jeokseong-gun, Pungdeok-gun, Majeon-gun, Saknyeong-gun, Yeongpyeong-gun, Yangcheon-gun, Namyang-gun və Gyodong-gun, Bucheon-gun, Tongjin- gun və Pyeongtaek-gun ləğv edilib başqa rayonların tərkibinə daxil edildi və ya inteqrasiya edildi. Yeni əsası qoyulan ərazi isə Buçon-gun oldu.
  • 1936-cı il Aprelin 1-i Goyang-gun Yonggang-myeon, Yeonhui-myeon, Hanji-myeonun bütün ərazisi ilə Soongin-myeonun bir hissəsi, Eunpyeong-myeonun bir hissəsi, Siheung-gun Yeongdeungpo-eupun bütün ərazisi, Buk-myeonun bir hissəsi, Dong-myeonun bir hissəsi Gyonqsonqa köçürüldü.
  • 1938-ci ildə Gyeonggi-donun Jinvi-gun ərazisinin adı Pyeongtaek-gun olaraq dəyişdirildi.
  • 1940-cı ildə Bucheon-gun Munhak-myeon və s. İnçxona köçürüldü.

Əhalisi

İllik əhali artımı

İl Əhali sayı Qeyd
1925-ci il 1,889,899 nəfər
1930-cu il 2,231,367 nəfər
1935-ci il 2,528,834

nəfər

1940-cı il 2,715,746 nəfər
1945-ci il 2,974,135 nəfər
1950-ci il 2,648,688

nəfər

1949-cu ildə Seul əhalisinin sayında azalma
1953-cü il 1,758,858

nəfər

Koreya müharibəsi ilə əlaqədar ortaya çıxan çoxsaylı qaçqın problemi
1955-ci il 2,353,407

nəfər

1960-cı il 2,745,620

nəfər

1965-ci il 3,050,695

nəfər

1970-ci il 3,354,787

nəfər

1975-ci il 4,034,943

nəfər

1980-ci il 4,928,431

nəfər

1985-ci il 4,772,845

nəfər

1981-ci ildə İnçon əhalisinin sayında azalma
1990-cı il 6,137,227

nəfər

1995-ci il 7,640,078

nəfər

1995-ci ildə İnçondakı Qanqhva-qun və Onqcin-qunun birləşdirilməsi
2000-ci il 8,961,533

nəfər

2005-ci il 10,335,343

nəfər

2010-ci il 11,484,241

nəfər

2011-ci il 11,801,231

nəfər

2012-ci il 11,948,596

nəfər

2013-cü il 12,107,216

nəfər

2014-cü il 12,245,960

nəfər

2015-ci il 12,366,711

nəfər

2016-cı il 12,536,474

nəfər

2017-ci il 12,728,620

nəfər

2018-ci il 12,890,445

nəfər

2019-cu il 13,090,648

nəfər

2020-ci il 13,700,000

nəfər

İstinadlar

  1. archINFORM (alm.). 1994.
  2. https://kosis.kr/eng/statisticsList/statisticsListIndex.do?menuId=M_01_01&vwcd=MT_ETITLE&parmTabId=M_01_01&statId=1962001&themaId=#SelectStatsBoxDiv.
  3. 조선총독부령 Arxivləşdirilib 2022-04-08 at the Wayback Machine 제6호 (1910년 10월 1일 공포) 참조.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.