Kvirila çayı
Kvirila çayı (oset. Хъæргæнагдон, gürc. ყვირილა)- Gürcüstanın Cənubi Osetiya bölgəsinin çayı. Rioni çayının sol qolu.
Kvirila çayı | |
---|---|
oset. Хъæргæнагдон, gürc. ყვირილა | |
Ölkə | Gürcüstan |
Şəhər |
|
Mənbəyi | Raçin silsiləsi |
Mənsəbi | Rioni çayı |
Uzunluğu | 140 km |
Su sərfi | 90 m³/s |
Su hövzəsi | 3630 |
Hövzəsinin sahəsi | 3.630 km² |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafi məlumatlar
Başlanğıcını Cənubi Osetiyada Raçin silsiləsindən götürür. Çayın çox hissəsi Gürcüstan ərazisindən keçir. Uzunluğu-140 km, hövzəsinin sahəsi isə 3630 km²-dir. Sol qolu Dzirul çayının tökülməsindən sonra düzənlik ərazidən axır. Qidalanmasında yağış suları əsas rol oynayırlar. İllik su sərfi 61 m³/s-90 m³/s arasında dəyişir. Bu əsasən Zestafon şəhərindəki ölçmələrə əsasəndir. Çiatursk marqanis yatağı bu çayın hövzəsindədir.[1]
Sahilində olan yaşayış məntəqələri
- Xuqata (Cənubi Osetiya)
- Biteta (Cənubi Osetiya)
- Çon (Cənubi Osetiya)
- Dodota (Cənubi Osetiya)
- Xampalqom (Cənubi Osetiya)
- Tbet (Cənubi Osetiya)
- Zemo-Karzmani (Cənubi Osetiya)
- Kvemo-Karzmani (Cənubi Osetiya)
- Perevi (Gürcüstan)
- Pereu (Cənubi Osetiya)
- Sacxere (Gürcüstan)
- Ciatura (Gürcüstan)
- Zestafon (Gürcüstan)
Həmçinin bax
İstinadlar
- Квирила — статья из Большой советской энциклопедии.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.