Kventin Tarantino

Kventin Cerom Tarantino (ing. Quentin Jerome Tarantino; 27 mart 1963[1][2][…], Noksvill, Tennessi) — Amerika rejissoru, aktyoru və prodüseri.

Kventin Tarantino
ing. Quentin Tarantino
Doğum adı Quentin Jerome Tarantino
Doğum tarixi 27 mart 1963(1963-03-27)[1][2][…] (61 yaş)
Doğum yeri
Vətəndaşlığı
Həyat yoldaşı
Partnyorları
  • Mira Sorvino[d] (19951998)[6]
  • Didem Erol[d] (20072011)
Atası Toni Tarantino[d]
Fəaliyyəti aktyor, ssenarist, kinorejissor, film prodüseri, kino aktyoru, yazıçı, montajçı[d], televiziya aktyoru, rejissor
Fəaliyyət illəri 1983-cü ildən
Üzvlüyü
Mükafatları "İncəsənət və Ədəbiyyat" ordeni "İncəsənət və ədəbiyyat" ordeninin komandor dərəcəsi Hungarian Order of Merit
Ən yaxşı orijinal ssenariyə görə "Oskar" mükafatı Ən yaxşı orijinal ssenariyə görə "Oskar" mükafatı Ən yaxşı ssenariyə görə "Qızıl qlobus" mükafatı Ən yaxşı ssenariyə görə "Qızıl qlobus" mükafatı Ən yaxşı ssenariyə görə "Qızıl qlobus" mükafatı Golden Globe Award for Best Motion Picture – Musical or Comedy "Qızıl qlobus" mükafatı "Oskar" mükafatı "Saturn" mükafatı
IMDb ID0000233
{{{imzanın izahı}}}
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kventin Tarantino fəaliyyəti dövründə Oskar mükafatı, Qızıl Palma Budağı, Qızıl Qlobus və Britaniya kino və televiziya incəsənətləri akademiyası mükafatları qazanmışdı. Anası Konni Makxyu yerli aborigen tayfalarından olsa da, Los-Ancelesdə böyüyüb Karyerası 1990-cı illərdə müstəqil filmlərdən başlamışdı. Çəkildiyi məşhur filmlər arasında "Quduz köpəklər" (1992), "Kriminal qiraət" (1994), "Şəfəqdən qüruba qədər" (1996) və "Billi öldürmək" (2003). Üslubu qeyri-xronoloji postmodernist süjetlər və zorla stilləşdirilmiş üslublardan fərqlənir. Fəaliyyətinin ilk on ilində artıq onun barəsində bioqrafik kitablar yazılır, tədqiqatlar aparılır, müxtəlif fikirlər söylənilir və qalmaqallar eşidilir.

Rejissorluq xətti

Rejissorların çoxundan fərqli olaraq Tarantino öz sənədini özü, video prokatda klerk işləyərkən öyrənmişdir. Onun kinematoqraf zövqü orijinal pop-culturespecialty movie sintezi təsiri altında formalaşıb. Tarantinonun bütün kinolarına öz xüsusi xətti məxsusdur, ona gorə də başqa rejissorların işlərini Tarantino filmləri ilə səhv salmaq çətindir.

Hər şeydən öncə onun filmləri dolaşıq və parçalanmış xronologiya axımı ilə fərqlənir, ondan başqa qanlı səhnələrin tam açıq və dəqiq nümayiş olunması, şiddət estetizasiyası və uzun dialoqların yer alması ilə fərqlənməkdədir. The Quentin Tarantino Archives saytın məlumatına görə (3 yanvar 2011) 2010-cu ilin ən yaxşı on filmi:

  • 1. "Toy story. Böyük qaçış."
  • 2. "Social network"
  • 3. "Animal kingdom"
  • 4. "I am love"
  • 5. "Tangled"
  • 6. "True grit"
  • 7. "The town"
  • 8. "Greenberg"
  • 9. "Cyrus"
  • 10. "Enter the void"

Tarantino filmlərinə başqa kiçik əlamətlər də məxsusdur. Qəhrəmanlar adətən "General motors" avtomobillərini idarə edirlər, əsasən "Chevrolet" və "Cadillac" markalarını. Kinoların hamısında nəsə holland yer almaqdadır: "Reservoir köpəklər" filmində ilk "Little Green Bag" mahnısısnı George Baker ifa edib, söz və musiqini isə Jan Gerbrand Visser və Benjamino Bouwens yazıblar – onların hamısı hollanddır. "Kriminal qiraət" filmində qəhrəmanlar Amsterdam haqqında danışırlar, Vincent Vega holland piposunu çəkir, "Billi öldürtmək" filmində Uma Thurman qəhrəmanının adi Beatriksdir – Hollandiyanın indiki kraliçasının adı.

Demək olarki Tarantinonun bütün kinolarında mexican standoff səhnəsi vardır, bu səhnədə bir neçə qəhrəman bir birlərinə silah yönəldirlər. Filmlərdə çox professionalcasına qəhrəmanlarin bədən hissələrinin kəsilməsi imitativ səhnələri qurulub, böyük hissəsi kadrın arxasında qalan şiddət və qəddarlıq yer alır, bu elementlərin rejissorun kinolarında böyük yer almasına baxmayaraq, real həyatda Tarantinonun şiddətdə nifrət edir.

Kinolarda çoxlu sayda close up ve daha çox extreme close up’da çəkilmiş bədən hissələri və ya əşyalar var, maşın baqajnikindən çəkən kamera rakursları rejissorun bütün filmlərində yer alır. Qəhrəmanların çoxu ləqəqblənir. Kinoda reklama nifrət etdiyinə görə, Tarantino tez tez uydurlmuş brendlərdən istifadə edir, misal üçün kinolarin çoxunda "Red Apple" siqaretlərini görmək olar. Əsas qəhrəman ən azindan bir cinayət işi görüb, bəzi kinolarında qəhrəmanlar ağ qara kostyum geyinirlər, dialoqlar daha çox kafe və restoranlarada aparılır.

Ssenarilərin coxunda azyaşlı uşaqların valideynlərinin oldürülmə səhnələrini görmək olar. Misal üçün "Quduz köpəklər" filmində polismen yalvarır: "Məni öldürmə, mənim balaca uşaqım var!"ç sonra isə onu soyuqqanlıcasına öldürürlər. "Kill Bill. Vol I" filmində isə Beatriks balaca Nicky gözü önündə anasını öldürür. "İnglourious Basterds" filmində Diane Kruger qəhrəmanı təzəlikçə ata olan alman əskərini qətlə yetirir.

Daha çox Tarantino Harvi Keytel, Maykl Medsen, Uma Turman, Tim Rot, Semuel L. Cekson kimi aktyorlarla işləməyə üstünlük verir. Rejissorun hər filmində (Death Proof filmini nəzərə almasaq) Skorsezenin "Mean Streets" filmində oynayan aktyorlardan biri çəkilib.

Filmoqrafiya

  1. Quduz köpəklər (film, 1992) / Reservoir Dogs
  2. Kriminal qiraət (film, 1994) / Pulp Fiction
  3. Dörd otaq (film, 1995) / Four Rooms ("Hollivuddan olan adam" novellası)
  4. Ceki Braun (film, 1997) / Jackie Brown
  5. Billi öldürmək: 1-ci hissə (film, 2003) / Kill Bill: Vol. 1
  6. Billi öldürmək 2 (film, 2004) / Kill Bill: Vol. 2
  7. Ölümün sübutu (film, 2007) / Death Proof
  8. Şərəfsiz əclaflar (film, 2009) / Inglourious Basterds
  9. Azad olunmuş Canqo (film, 2012) / Django Unchained
  10. Mənfur səkkizlik (film, 2015) / The Hateful Eight
  11. Bir vaxtlar Hollivudda (film, 2019) / Once Upon a Time … in Hollywood

İstinadlar

Mənbə

  • "Qürubu olmayan şəfəq! Tarantino". //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 22–23.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.