Kvareli
Kvareli (gürc. ყვარელი) — Gürcüstanın şərqində, Kaxeti bölgəsində şəhər. 1964-cü ilə qədər qəsəbə statusunu daşıyırdı, o ildən sonra şəhər statusu verildi. Kaxetinin Kvareli bələdiyyəsinin mərkəzidir.
şəhər | |||
Kvareli | |||
---|---|---|---|
gürc. ყვარელი | |||
![]() | |||
|
|||
41°57′00″ şm. e. 45°49′00″ ş. u. | |||
Ölkə |
![]() |
||
Bölgə | Kaxeti | ||
Rayon | Kvareli bələdiyyəsi | ||
Tarixi və coğrafiyası | |||
Yaşayış məntəqəsi statuslu | 1964-cü il | ||
Mərkəzin hündürlüyü | 508 m[1] | ||
Saat qurşağı | UTC+4 | ||
Əhalisi | |||
Əhalisi | 7 739[2] nəfər (2014) | ||
Rəsmi dili | |||
Rəqəmsal identifikatorlar | |||
Telefon kodu | +995 4800 | ||
| |||
![]() |
Şəhər Alazan-Həftəran vadisində yerləşir.
Kvareli şəhərinin sənayesi regionun kənd təsərrüfatı məhsullarını emal edən müəssisələrdən ibarətdir. Bundan başqa yerli xammalla işləyən kərpic zavodu da mövcud idi.[3]
İlya Çavçavadze, Konstantin Marcanişvili və Nikolay Çavçavadze kimi Gürcüstanın görkəmli şəxsləri bu şəhərdə anadan olmuşdular.
Şəhər əhalisi getdikcə azalır, 2014-cu ilki siyahıyaalınmaya görə şəhərdə 7739 nəfər yaşayırdı, 1970-ci ildə bu rəqəm 9500-ə bərabər idi.
İstinadlar
- http://fallingrain.com/world/GG/67/Qvareli.html.
- "მოსახლეობის საყოველთაო აღწერა 2014". საქართველოს სტატისტიკის ეროვნული სამსახური. ნოემბერი 2014. 2018-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 ნოემბერი, 2016.
- Большая Советская Энциклопедия. Гл. ред. А. М. Прохоров, 3-е изд. Т. 11. Италия — Кваркуш. 1973. 608 стр., илл.; 39 л. илл. и карт. 1 карта-вкл.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.