Kusov adası
Kusov adası — Şantar adaları qrupuna daxil olan ada. Böyük Şantar adasından 14 km şərqdə yerləşir. Adanın uzunluğu 4,5 km, eni isə 2,5 km arasında dəyişir[1]. Ada 1829-cu ildə rus hidroqrafı Prokopiy Tarasoviç tərəfindən kəşf edilmişdir. Ada elə onun tərəfindən Rus-Amerikan şirkətinin direktoru Nikolay İvanoviç Kusovun şərəfinə adlandırılmışdır. 1999-cu ildə digər adalarla birlikdə "Şantar adaları"[2] yasaqlığına daxil edilir. 2013-cü ildən isə Şantar Adaları Milli Parkı elan edilmişdir[3].
Kusov adası | |
---|---|
rus. Остров Кусова | |
Ümumi məlumatlar | |
Hündür nöqtəsi | 651.8 m |
Əhalisi | 0 nəfər (2015-ci il) |
Yerləşməsi | |
54°42′55″ şm. e. 138°12′37″ ş. u. | |
Ölkə | Rusiya |
Vilayət | |
Arxipelaq | |
Akvatoriya | |
|
İstinadlar
- "Yadeks xəritələri". 2016-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-30.
- "ПОСТАНОВЛЕНИЕ Главы администрации Хабаровского края от 23.06.1999 N 249 "ОБ ОРГАНИЗАЦИИ ГОСУДАРСТВЕННОГО ПРИРОДНОГО ЗАКАЗНИКА ФЕДЕРАЛЬНОГО ЗНАЧЕНИЯ "ШАНТАРСКИЕ ОСТРОВА" НА ТЕРРИТОРИИ ТУГУРО-ЧУМИКАНСКОГО РАЙОНА ХАБАРОВСКОГО КРАЯ"". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-30.
- "Постановление Правительства РФ от 30 декабря 2013 года № 1304". 2014-09-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-04.
Xəritə
- Xəritə N54 Arxivləşdirilib 2011-08-20 at the Wayback Machine
- Xəritə N—54–37
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.