Kusov Torpağı
Kusov Torpağı — Yeni Torpaq arxipelaqına daxil olan iri bir ada. İnzibati cəhətdən Rusiyanın Arxangelsk vilayəti ərazisinə daxildir. Ada Barens dənizi ilə əhatələnmişdir. Arxipelaqın cənubunda yerləşir. Adadan cənubda yalnız kiçik adsız adalar vardır. Vayqaç adasından Kara darvazası boğazı ilə ayrılır. Adadan bir qədər aralıda Prokofev və Persey bankələri yerləşir. 59 metrə malik olan ən hündür zirvə adanın cənub-şərqində yerləşir. İkinci zirvə isə 52 metrdir. Adanın mərkəzində yerləşir. Adada çoxlu sayda göl və axar vardır. Ada ətrafında çoxlu sayda körfəz vardır. Onlardan ən böyüyü Tarxov körfəzidir. Paxtusov körfəzi isə adanın çimal-qərbində yerləşir. Adanın şimal və qərb nöqtəsi Panteryov burnu, cənub nöqtəsi isə Kusov Nosdur. Yaxınlığında yerləşən adalar — Krasnıe adaları, Malıy Olen, Troynoy, Demidov, Jarkov, Oktavin, Vtoraya Luda, Srednıy, Pervaya Luda, Naximov, Malıy Loqinov.
Kusov Torpağı | |
---|---|
rus. Кусова Земля | |
Ümumi məlumatlar | |
Hündür nöqtəsi | 59 m |
Əhalisi | 0 nəfər (2015-ci il) |
Yerləşməsi | |
70°31′45″ şm. e. 56°59′10″ ş. u. | |
Ölkə | Rusiya |
Vilayət | |
Arxipelaq | |
Akvatoriya | |
|