Kurud

KurudZəngəzur mahalının Qafan rayonunda kənd.[2]

Kurud
39°16′15″ şm. e. 46°07′08″ ş. u.
Ölkə  Ermənistan
Rayon Qafan rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 0 nəf. (2011)[1]
Kurud xəritədə
Kurud
Kurud

Tarixi

Kurud Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd. Ku­rud kəndi rayon mərkəzindən 40 km şimal-qərbdə Şotalı çayının yuxarı axarında, dəniz səviyyəsindən 2.200 m hündürlükdə, Kirs dağının ətəyin­də, bir tərəfdən Sisyan, digər tərəfdən Goruş rayonları ilə həmsərhəd əra­zidə yerləşir. 1918-ci il qaçqınlığı dövründə Kurud kəndi bilavasitə keçid məntəqə­sinə çevrilmişdir. Ermənilərin azərbaycanlı kəndlərində törətdikləri qır­ğınlar Kuruddan da yan keçməmişdir. Kənd 1988ci ildə erməni daşnakları tərəfindən tamam dağıdılmış, əhalisinin əksəriyyəti həlak olmuşdur. Əhalinin bir hissəsi dağlardan aşaraq Naxçıvan ərazisinə qaçqın düşmüşdür. 1922-ci ildə kəndin əhalisinin bir qismi yenidən öz yurdlarına dönmüş­dü. Qonşu Çiriş və Kirs kəndləri ilə birlikdə yenidən özləri üçün güzəran yaratmışdı. Heyvandarlıq və əkinçilik əhalinin güzəranını yaxşılaşdırma­ğa xeyli kömək etmişdi. Kənddə səkkizillik məktəb, klub, kitabxana, tibb məntəqəsi, rabitə şöbəsi yaradılmışdı. Sonralar orta məktəb açılmışdı. Kolxoz quruculuğu dövründə erməni hökuməti kurudlulara qarşı qəd­darlıq etmişdir. 1959-cu ildə Ermənistan KP MK-nm birinci katibi millətçi Y.Zarobya- nın şəxsi təşəbbüsü ilə ermənilər Zəngəzur azərbaycanlılarının ev-eşiyini, var-dövlətini yerlə-yeksan edən, minlərlə günahsız insanların qanını su kimi axıdan, quldur Andranikin və onun dəstəsinin vəhşi əməllərini ört- basdır etmək məqsədilə "Zəngəzur" bədii filmi çəkiblər. Filmdə göstərir­lər ki, 1918-20-ci illərdə qırğını guya ermənilər yox, azərbaycanlılar törət­mişlər. Kino lentində göstərilirdi ki, "günahsız" ermənilərin qanmı dağlar­da, düzlərdə, dərələrdə, təpələrdə axıdan azərbaycanlılar olublar. 1965-ci ildən sonra Kurud kol­xozu da ləğv edilib yenicə yaranmış Gığı sovxozuna birləşdirildi. Bu da mədəni yolla Kurud əhalisini Azərbaycana qovmaq mənasına gəlirdi. 1968-ci ildə rayon ərazisində baş vermiş zəlzələ isə bu prosesi daha da gücləndirdi. Çünki zəlzələnin törətdiyi dağıntıları bərpa etmək üçün Er­mənistan hökuməti azərbaycanlılara maddi yardım göstərmədi. Kəndin xeyli hissəsi Culfa və Ordubad rayonlarına, bir hissəsi isə Bakıya köçdü. Başqa azərbaycanlı kəndləri kimi, Kurud kəndində də sosial məsələlər çox pis vəziyyətə düşdü. Bu vəziyyət artıq 1988-ci il prosesinin yaxınlaş­masına sanki bir növ xəbərdarlıq idi. Kurudlular Zəngəzurda özlərinə məxsus qonaqpərvərlik və əyilməz­liklər! ilə həmişə seçiliblər. 1988-ci ildə 600 nəfərdən artıq əhalisi olan bu kəndin adamları var-yoxları əllərindən alınmaqla doğma yurdlarından qovuldular.


Coğrafiyası və iqlimi

Toponim Azərbaycan dilinin yazıya qədərki dövründə «dağ» mənasında işlənən kur sözünə[3] -ud şəkilçisinin artırılmasından düzəlib «dağlıq, uca, yüksək yerdə yerləşən kənd, yaşayış yeri» mənasını verir. Relyeflə bağlı yaranan toponimdir. Kurud kəndi uca dağlıq bir yerdə yerləşir. Deməli, kəndin adı ilə onun yerələşdiyi yer arasında bir eynilik vardır. Quruluşca düzəltmə toponimdir. Qafan ərazisində Kurud, Sisyanda Urud və Culfada Şurud kəndləri bir sacayaq şəklində yerləşiblər.

Əhalisi

Kənddə 1897-ci ildə 145 nəfər, 1922-ci ildə 172 nəfər, 1926-cı ildə 185 nəfər, 1931-ci ildə 220 nəfər[4], 1987-ci ildə 600 nəfər[5] azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayında kəndin sakinləri Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından tamamilə deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.

Toponimləri

Qarı pəyəsi, Dəvə boynu, Qarağatlı, Alçalıq, Ala meşə, Anzın, Ağ zəmi, Ağ qaya, Ayrankəsən, Böyük quzey, Böyük qaya, Cəvizlik, Cidalı piri, Dəlik daş, Daşbaşı, Dəflər, Duman xırmanı, Səncər aul, Top gölü, Kəlbi gölü, Qara çeşmə, Sulu dərə, Quru dərə, Rəcəb bağı, Ədilin çeşməsi, Türçən (Tir uçan), Abdullanın zəmisi, Poladın zəmisi, Çanqıllı selav, Köşək, Nav zəmi, Kor çeşmə, Salıq su, Golavar, Uzun güney, Novlu çeşmə, Pireyvət, Piralata, Əhməd ölən, At yeyən, Göy gədik, Yanıq güney, Yanıq kaha, Qızıl aul, Hamar, Tək ağac, Gülxaç, Bayram yeri, Xirmən samanlığı, Ağaşı Novlu çeşmə, Tüsdülü daş, Turab odlayan, Dağarcıq düşən, Sədi əkən, Göbək zəmi, Arxaşan, Pir güneyi, Öküz qayası, Pəhlivan, Qovxədik, Sarı qulaq, İşdənpara, Buz daşı, Heydər düşən və s.

İnanc yerləri

Cidalı piri, Piralata, Pireyvət, Şikarı piri, Dəlik daş, Qara qaya, Cındalı piri

Görkəmli şəxsiyyətləri

  • Tamxil Ziyəddinoğlu — Bütöv Azərbaycan qəzetinin təsisçisi və baş redaktoru (2008), Televiziyada "Hərbivətənpərvərlik" şöbəsinin böyük redaktoru, "Zireh" və "Hünər meydanı" verilişlərinin müəllifi.
  • İsa Cəfərov - Kimya üzrə fəlsəfə doktoru, ADPU-nun Kimya fakültəsinin “Üzvi kimya və kimya texnologiyası” kafedrasının müəllimi.


İstinadlar

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
  3. 123, s.30
  4. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.62-63, 136-137
  5. Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, «Gənclik», 1995. s.147

Ədəbiyyat

  • Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994.
  • PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
  • Həbib Rəhimoğlu. "Silinməz adlar, sağalmaz yaralar", Bakı, "Azərnəşr", 1997.
  • B.Ə.Budaqov, Q.Ə.Qeybullayev. "Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti". Bakı, "Oğuz eli", 1998.
  • Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, "Gənclik", 1995.
  • A.Muradverdiyev. ZƏNGƏZUR-TARİXİMİZİN YADDAŞI. Bakı: Xəzər, 2007. - 1024 s. səh-413
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.