Kurtilər
Kurtilər[1][2] (q.yun. Κύρτιοι, lat. Cyrtii) — Zaqros dağları yaxınlığında yaşamış qədim tayfa. Adlarına əsaslanaraq[3]Rüdiger Şmittə görə, bu, əsasən Atropateniya Midiyasının dağlarında (Zaqros dağlarının şimal hissəsi) kadusilər, amardlar, tapurlar və başqaları ilə birlikdə məskunlaşmış tayfa idi. Strabon regionda yaşayan kurtliləri miqrantlar və yırtıcı quldurlar kimi xarakterizə edirdi.[4]
Bu məqalə aşağıdaki məqalələr silsiləsinə aiddir: |
Kürdlər |
---|
|
Məskunlaşma
|
Tarix
|
Orta əsr tarixi
|
Müasir tarix
|
Onlar ellinizm dövründə sapançılar kimi tələb olunurdu. Kurtilər bu məqsədlə e.ə. 220-ci ildə padşah III Antioxa qarşı üsyanda Midiya satrapı Molon uğrunda vuruşmuşdular. Kurtilər daha uzaq qərbdə yaşayan karduxilər və bənzərləri ilə bağlı deyildilər.[4] Qarnik Asatryana görə, kurtlilər yalnız köçəri həyat tərzini paylaşan yerli, qeyri-iranlı tayfaların toplusu idi.[5]
İstinadlar
- "kurtilər | Onlayn Lüğət". AZLEKS. 2023-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-01.
- "Müəllifin vəsaiti hesabına nəşr olunur Əsəri Azərbaycan ea tarix İnstitunun - səhifə 4". genderi.org. 2023-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-01.
- G. Asatrian, Prolegomena to the Study of the Kurds, Iran and the Caucasus, Vol.13, pp. 1–58, 2009: "Evidently, the most reasonable explanation of this ethnonym must be sought for in its possible connections with the Cyrtii (Cyrtaei) of the Classical authors."
- Schmitt, Rüdiger. CYRTIANS // Center for Iranian Studies, Encyclopædia Iranica. New York: Columbia University. April 29, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-05-09.
- Potts, Daniel T. Nomadism in Iran: From Antiquity to the Modern Era. Oxford University Press. 2014. 120. ISBN 9780199330799.