Kurqan

KurqanOrta Asiyada ki köhnə Türk məzarlarına verilən ad. Ümumiyyətlə dövlət idarəçisi olanlar üçün edilmişlər. Kurqanlar taxtalarla, bəzən də daşlarla çevrilmiş məzar otaqlarının üstünə bir metr ilə yetmiş metr arasında torpaq yığılmasıyla yaradılar. Kurqanlarda əsl məzar otağı bəzən düzbucaqlı, bəzən kvadrat və ya oval ola bilirdi. Cəsədin tapıldığı yerə bəzən doğrudan çatıla bilir, bəzən də bu otaq altda yerləşirdi. Cəsəd otağının döşəməsi ağac kötükləri və kalasdan hazırlanırdı. Cəsədlərin başı Şərqə çevrilmiş olar və əşyaları ilə birlikdə kurqanlara basdırılardı. Fərqli bölgələrdə kurqanlarda at cəsədlərinə də rast gəlinmişdir. Bu günə kimi olan ən əhəmiyyətli kurqan Qazaxıstandakı Esik kurqanıdır.

Çöldə xüsusilə soylular üçün ən məşhur məzar növü kurqandır. Bu cür məzarlarda, ölən adamın əhəmiyyətinə uyğun olaraq, ümumiyyətlə taxtadan basdırıldığı otağının üzərinə daş və torpaqdan bir yığma təpə yüksəldilirdi. Bunun üzərində də ölən adamı təmsil edən, kobudca insan formalı heykəllər tikilirdi. Bu heykəllərə daha çox "daş ata" deyilməkdədir.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.