Kuqərsen rayonu

Kuqərsen rayonu (başq. Күгәрсен районы) — Rusiya Federasiyası, Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Morak kəndidir.

Kuqərsen rayonu
Bayraq[d] Gerb
Bayraq[d] Gerb

52°42′50″ şm. e. 56°37′37″ ş. u.


Ölkə
Tarixi və coğrafiyası
Yaradılıb 20 avqust 1930
Sahəsi
  • 3.400 km²
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 27.858 nəf. (1 yanvar 2019)[1]
Rəqəmsal identifikatorlar
Telefon kodu 34789
Poçt indeksi 4533ХХ
Avtomobil nömrəsi 02, 102
Rəsmi sayt
Kuqərsen rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafiyası

Rayon respublikanın cənubunda, Aqidel çayının sol sahilində, Orenburq vilayəti ilə həmsərhəddir. 1930-cu ildə təsis edilmişdir. Rayonun ərazisi 3372.64 km²-dir.

Rayon şimal, mərkəzi və şərq hissələri Zilair yaylası və hündürlüyü 740 m-ə qədər olan dağlarla əhatələnmişdir. Qərbdən Ümumi Sırtın 590 m-ə qədər olan şimal qayaları ilə əhatələnir. İqlimi mülayim kontinental, isti və quraqdır. Hidroqrafik şəbəkə Aqidel çayı və onun qolları olan İrtyubyak, Böyük İk, Kiçik İk, İnyak, Nakas ilə formalaşır. Aqidel çayındakı, Yumaquzin kəndi yaxınlığında böyük bir su elektrik stansiyası tikildir. Cökə, palıd, ağcaqayın meşələri ərazinin 40% -ni tutur. Rayonda qaz kondensatı, qonur kömür, gil, tikinti daşı, gips, qum və çınqıl, aqronom filizləri vardır.

İqtisadiyyat

Kənd təsərrüfatına yararlı torpaqlar: 174,4 min ha, əkin sahələri - 96,9 min ha, otlaqlar - 56,6 min ha, biçənəklər - 20.8 min ha. Rayonun əsas təsərrüfat sahəsi kənd təsərrüfatıdır. Bitkiçilikdə taxılçılıq, şəkər çuğunduru və günəbaxan becərilməsi, heyvandarlıqda ətlik və südlük maldarlıq, qoyunçuluq, donuzçuluq, arıçılıqla təmsil olunur.

Rayonda 11 kənd təsərrüfatı müəssisəsi, 11952 fərdi yardımçı təsərrüfat və 148 fermer təsərrüfat mövcuddur.

Rayon ərazisindən Maqnitoqorsk-İra magistral yolu ilə keçir.

Əhalisi

Rusiya İqtisadi İnkişaf Nazirliyinin proqnozuna görə[2]:

2024 - 27,59 min nəfər. 2035 - 25,01 min nəfər.

Milli tərkib

2010-cu il Ümumrusiya siyahıyaalmasına görə: başqırdlar - 55,1%, ruslar - 28,9%, tatarlar - 13%, digər millətlərdən olanlar - 3%[3]. Dini baxımından əhalisi provaslav və müsəlmandır.

Yerli özünü idarəetmə

Durtöylö rayonu ərazisinə 20 kənd inzibati vahidliyinə ümumilikdə 114 yaşayış məntəqəsi daxildir.

Səhiyyə

Əhaliyə tibbi xidmət göstərmək üçün 186 çarpayıya sahib xəstəxana vardır. Ümumilikdə 52 feldşer-mama məntəqəsi var. Səhiyyə sektorunda 60 həkim və 268 orta tibb işçisi fəaliyyət göstərir.

Ambulatoriya müəssisələrinin gücü bir növbədə 405 ziyarətçi üçün nəzərdə tutulmuşdur.

Görməli yerləri

İstinadlar

  1. Численность населения муниципальных образований Республики Башкортостан. 2019. S. 62.
  2. "Стратегия пространственного развития Российской Федерации на период до 2025 года (проект)" (PDF). 2018-12-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-06-22.
  3. "Итоги Всероссийской переписи населения по Республике Башкортостан. Т.5" (pdf). Территориальный орган Федеральной службы государственной статистики по Республике Башкортостан. 2013-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-20.
  4. "Возвращайся домой, Бэндэбике!". 2020-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-14.
  5. "Виртуальный тур по Мурадымовскому ущелью". 2017-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-14.
  6. "Официальный сайт природного парка «Мурадымовское Ущелье»". 2012-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-14.
  7. "Сайт Национального парка «Башкирия»". 2022-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-14.
  8. "Центр путешествий.Башкирия Национальный парк". 2017-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-14.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.