Kuprit

Kuprit – Cu2O - Kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn

Kuprit
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
Cu₂O
Strunz təsnifatı IV/A.02[1]
Xüsusiyyətləri
Kristalloqrafik sinqoniya kubik sinqoniya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xassələri

Rəng – müxtəlif çalarlı qırmızıdan göyümtül-qurğuşunu - bozadək; Mineralın cizgisinin rəngi – qəhvəyi-qırmızı, qırmızı; Parıltı – almaz, yarımmetal parıltısından tutqun parıltıyadək; Şəffaflıq – nazik qırıntıları yarımşəffafdır, şəffaf kristalları nadir tapılır; Sıxlıq – 5,85-6,15; Sərtlik – 3,5-4; Kövrəkdir; Ayrılma – {111} üzrə aydın; Sınıqlar – qeyri-düzgün, qabıqlı; Morfologiya – kristallar: oktaedrik, rombododekaedrik, heksaedrik; Mineral aqreqatları: sıx, dənəvər, torpaqvari, tükşəkilli (xalkotrixit) əmələgəlmələr, püruzlar, bəzən druzalar.

Kuprit, malaxit, xalkozin, 130 mm, Xalxal filiz təzahürü, Naxçıvan MR

Mənşəyi və yayılması

Ekzogen mənşəlidir. Mis sulfidlərinin aşınma məhsulu kimi filiz yataqlarının oksidləşmə zonası və xüsusilə sementləşmə zonası üçün səciyyəvidir. Mineralın tapıntıları bəzi çökmə süxurlarda – əhəngdaşlarında, dolomitlərdə və b. qeyd edilir. Birlikdə rast gəldiyi minerallar: sərbəst mis, malaxit, azurit, xalkozin, xalkantit, broşantit və b. Mineralın tapıldığı yerlər: Şessi (Fransa); Qumeşev, Turyin, Mednorudyanski (Rusiya); Cezkazqan (Qazaxıstan); Sumeb (Namibiya); Çukikamata (Çili); Bisbi (ABŞ). Azərbaycanda Katsdağ, Filizçay, Cixix-Saqator, Gədəbəy, Ağdərə yataqlarında, Çıraqdərə-Toğanalı filiz sahəsi obyektlərində, Balaca - və Böyük Qoşqaçay hövzələrində və b. qeyd edilir.

Tətbiqi

Başqa mis mineralları ilə birlikdə mis filizi kimi istifadə edilir.

İstinadlar

  1. Ralph J., Nikischer T., Mineralogy H. I. o. Cuprite // Mindat.org (ing.): The Mineral and Locality Database. [Keswick, VA], Coulsdon, Surrey: 2000.

Mənbə

  • Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.