Kuper (Formula-1 komandası)

Kuper (ing. Cooper Car Company) — avtomobil şirkəti, əsası 1947-ci ildə Charles Cooper və oğlu John Cooper tərəfindən qoyulmuşdur. 1946-cı ildə Surrey, İngiltərədə Joohn və uşaqlıq dostu Eric Brandon kiçik bir qarajda yarış avtomobilləri hazırlamağa başladılar. 1950-ci illərdə və 1960-cı illərin əvvəllərində motor idmanında ən yüksək səviyyəyə çatdılar, çünki onların arxa mühərrikli, tək oturacaqlı avtomobilləri İndianapolis 500 və Formula 1-ə yenilik gətirdi. Kuperin irsi sayəsində Böyük Britaniya inkişaf edən bir yarış sənayesinin məskənidir və Kuper adı hələ də İngiltərədə istehsal olunan, lakin hazırda BMW tərəfindən satılan ¨Mini¨ istehsal maşınlarının Cooper versiyalarında yaşayır.

Kuper
Ölkə

Tarixi

Coopers tərəfindən qurulan ilk avtomobil, John Cooper və Eric Brandon tərəfindən idarə edilən və bir JAP motosiklet mühərriki ilə təchiz edilən tək oturacaqlı, 500-cc Formula 3 yarış avtomobilləri idi. Cooper 500 avtomobili, bu avtomobilin yamaclarda və yollarda müvəffəqiyyət qazanması sürücülər arasında tələbə səbəb oldu ki , nəticədə Kuper daha çox avtomobil istehsal etməyə başladı. 1940 və 1950-ci illərdə Kuper 300 tək və ikili silindirli avtomobil qurdu və 1951–1954 illər arasında 78 əsas yarışdan 64-nün qalibi olan F3 kateqoriyasına hakim oldu. Ön mühərrikli Formula 2 Cooper Bristol modeli 1952-ci ildə tətbiq olundu. Bu model Juan Manuel Fangio və Mike Hawthorn tərəfindən sürüldü. 1957-ci ildə Jack Braham arxa mühərrikli Formula 1 Kuper yarış avtomobili ilə Monako Gran pri də 6-cı yeri tutur. Brabham, 1960-cı ildə sınaq üçün Indianapolis Motor Speedway çempionatında qalib olan Cooper T53 "Lowlines" dən birini aldı və 500 mile yarışına qatılaraq 9-cu oldu. Hər Formula avtomobilinin istehsalçısı arxa mühərrikli avtomobilləri hazırlamağa başladı, Cooper-in tək oturacaqlı avtomobili, praktikliyi və ağıllı quruluşlu mürəkkəb bir texnologiya dizaynı ilə Lola, Lotus, BRM və Ferrari-ni üstələyirdi. 1960-cı ildə John Cooper, 1963-cü ildə ikili mühərrikli Mini idarə edərkən yol qəzasında ciddi şəkildə yaralanarkən onun tənəzzülü sürətləndi və Charles Cooper 1964-cü ildə vəfat etdi.

Son illər

Coopers, Formula 1 Dünya Çempionatında 129 yarışda iştirak etdi və 16 yarışda qalib oldu. Atasının ölümündən sonra, 1965-ci ilin aprel ayında, John Cooper, Cooper Formula One komandasını Chipstead Motor Group-a satdı. Uğuruzluq və sponsor cəhdləri , 1969-cu ildə Şirkətin sonuna gətirib 2009-cu ilin oktyabrında John Cooper'in oğlu Mike Cooper, Cooper Car Company şirkətinin velosiped bölməsini ¨Cooper Bikes¨-i işə saldı.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.