Kuinsi Cons
Kuinsi Dilayt Cons (ing. Quincy Delight Jones, Jr.; d.14.3.1933, Çikaqo, İllinoys, ABŞ) — amerikalı musiqiçi, aranjmançı, musiqi prodüseri və truba ifaçısı.[1] 28 dəfə Qremmi mükafatı laureatı[2] və 80 dəfə nominantı,[2] o cümlədən 1991-ci ildə "Grammy Legend Award" mükafatçısı, tarixdə ən çox satılan musiqi albomunun prodüseri.
Kuinsi Cons | |
---|---|
ing. Quincy Delight Jones, Jr. | |
| |
Ümumi məlumatlar | |
Doğum adı | Quincy Delight Jones |
Doğum tarixi | |
Doğum yeri | Çikaqo, İllinoys, ABŞ |
Vətəndaşlığı | ABŞ |
Uşaqları | 7 (Rəşidə Cons, Kenya Kinski-Jones daxil olmaqla) |
Partnyoru |
|
Musiqiçi məlumatları | |
Fəaliyyəti | dirijor, truba ifaçısı[d], bəstəkar, qrup rəhbəri[d], cazmen, avtobioqraf[d], musiqi prodüseri, şair, mahnı müəllifi[d], musiqi şirkəti idarəçisi[d], film prodüseri, aktyor, televiziya prodüseri[d], aranjimançı, humanist |
Fəaliyyət illəri | 1951 — h/h |
Janrlar | Ritm-n-blyuz, fank, soul, svinq, bossa nova, caz, hip-hop, rok-n-roll |
Musiqi alətləri | truba, Valtorn, zərb qurğusu[d], klavişli alət[d], piano, sintezator |
Albom şirkətləri | Columbia Records, Mercury Records, Qwest Records |
Təhsili |
|
Üzvlüyü | |
Mükafatları | |
quincyjones.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Kuinsi Consla əməkdaşlıq edən məşhur müğənnilər arasında Rey Çarlz, Maykl Cekson, Frenk Sinatra, Din Martin, 2Pac, Marvin Gey, Stivi Uander, Vill Smit və bir çox başqaları var.
1960-1970-ci illər
1964-cü ildə Kuinsi Cons ilk dəfə Sidni Lümetin "Sələmçi" (ing. Pawnbroker) filminə musiqi bəstələdi. Filmin uğurundan sonra Cons "Mercury Records"dan ayrıldı və Los-Ancelesə köçdü. Burada o, bir çox filmlərə musiqi bəstələdi, o cümlədən, "Nazik sap" (ing. The Slender Thread) (1965), "Soyuqqanlılıq" (ing. In Cold Blood) (1967), "İsti cənub gecəsində" (1967), "Makkennanın qızılı" (1969), "İtalyansayağı oğurluq" (1969), "Bob və Kerol, Ted və Elis" (Bob & Carol & Ted & Alice) (1969), "Sonuncu insan" (ing. The Lost Man) (1969), "Kaktus çiçəyi" (1969), "Qaçış" (1972) və s.
Bu dövrdə Kuinsi Consun yaratdığı ən məşhur musiqi əsəri onun "Big Band Bossa Nova" albomuna daxil olan "Soul Bossa Nova" mahnısı idi.
Bu dövr, həmçinin, 21 studiya albomunun, o cümlədən "Walking in Space", "Gula Matari", "Smackwater Jack" və "Body Heat" kimi uğurlu albomların buraxılması ilə də yadda qalmışdır.
İstinadlar
- "Quincy Jones". October 20, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 27, 2014.
- Callaway, Sue. "Fortune test drives a Mercedes Maybach with Quincy Jones – February 5, 2007". CNN. January 28, 2007. June 27, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 18, 2009.
Xarici keçidlər
- "Kuinsi Consun rəsmi veb-saytı".
- Kuinsi Cons — IMDb səhifəsi
- "Kuinsi Consun tərcümeyi-halı və şəkli". (ing.)