Kuin Latifa

Kuin Latifa (ing. Queen Latifah) — ABŞ müğənnisi və aktrisası.

Kuin Latifa
ing. Queen Latifah
Ümumi məlumatlar
Doğum adı Dana Eleyn Ouens
Ləqəbi Queen Latifah
Doğum tarixi
Doğum yeri ABŞ ABŞ
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti Müğənni
Fəaliyyət illəri 1987-ci ildən
Janr Pop musiqi
Musiqi alətləri piano
Albom şirkətləri Interscope Records, Motown[d]
queenlatifah.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Dana Eleyn Ouens 18 mart 1970-ci ildə Nyu Cersi ştatının Nyuark şəhərində müəllim və polis ailəsində doğulmuşdur.[1][2] 8 yaşında ikən "yumşaq", "incə" mənalarına gələn "Latifa" (ərəb. لطيفة) ləqəbini götürmüşdür.[3] Kuin Latifanın 10 yaşı tamam olan zaman onun valideynləri ayrılmışdır. 1988-ci ildə Latifa musiqi karyerasına başlamış və 1989-cu ildə ilk "Salamlayıram Kraliça" (ing. All Hail the Queen) adlı albomunu çıxarmışdır. 1995-ci ildə çıxardığı "Qara hakimiyyət" (ing. Black Reign) albomuna daxil olan "U.N.I.T.Y." mahnısına görə Qremmi mükafatına layiq görülmüşdür. Kuin Latifa 1992-ci ildə qardaşına motosiklet bağışlamış və məhz bu motosikletdə qardaşı qəzaya düşərək vəfat etmişdir. Bu hadisədən sonra Latifa narkotik maddələrə meyl göstərmiş və qanunsuz silah satışı ilə məşğul olmağa başlamışdır. Bir müddət sonra o bu vərdişlərinə son qoymuşdur. Kuin Latifa bir çox filmlərdə iştirak etmiş və qısametrajlı cizgi filmlərində personajları səsləndirmişdir.

Albomlar

İlFilmlər
1989All Hail the Queen
1991Nature of a Sista
1994Black Reign
1998Order in the court
2002She's a Queen
2004Dana Owens Album
2007Trav'lin' Light
2009Persona

Filmoqrafiya

İlFilmlər
1991Tropik malyariya
1999Sümük toplayıcısı
1999–2001Kuin Latifanın şousu
2002Çikaqo
2003Çox qorxulu kino 3
2004Piknik
2005Gözəllik salonu
2006Sonuncu tətil
2006Buz dövrü 2: Qlobal istiləşmə
2007Personaj
2008Bir dəfə Veqasda
2009Buz dövrü 3: Dinozavrların erası
2012Buz dövrü 4: Kontinental dreyf

İstinadlar

  1. Hyman, Vicki. "The Queen holds court". The Star-Ledger. 2007-07-18. 2007-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-07-21.
  2. "Queen Latifah Biography (1970-)". 2009-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-05.
  3. "People.com bio". 2009-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-05.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.