Queen
Queen – İngiltərə rok qrupu. 1970-ci ildə Smayl qrupunun dağılması ilə Brayan Mey, Rocer Teylor və Freddi Merkuri Londonda Queen qrupunu yaratdılar. Bir il sonra Con Dikonun qrupa daxil olması ilə qrup tamamlanmışdır. 70-ci illərin sonlarında məşhurlaşan qrup indiki dövrə qədər geniş heyran kütləsinə sahibdir. Nə qədər nəzərə alınmasa da qrupun arena rok, qlem rok, hard rok, hevi metal, pop rok kimi tərzlərin inkişafında böyük rolu olmuşdur. 1999-cu ildə Channel 4 tərəfindən keçirilən `Music of the Millenium sorğusunda Queen ən yaxşı ikinci qrup seçilmişdir. Queen qrupunun 18 albomu 18 sinql 8 DVD-si dünya üzrə məşhurluq qazanmış və ən çox albom satan qruplar arasında yerini almışdır. Dünya üzrə 300 milyon albom satmışdır. Bunun 35,5 milyonu ABŞ-də satılmışdır.
Queen | |
---|---|
Musiqiçi məlumatları | |
Fəaliyyət illəri | 1970-ci ildən |
Janrlar | proqressiv rok, qlam rok[1], hard-rok, rok[2][3], art-rok[d][4], pop-rok, ənənəvi hevi-metal[d][5], hevi-metal |
Albom şirkətləri | Elektra Records, Capitol Records[d], EMI Records[d], Hollywood Records, Parlophone[d], Island Records[d], EMI[d] |
Mükafatları | |
queenonline.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Üzvlər
Freddi Merkyuri – solist və pianoçu. Qrupun səsi və simvolu olması onun digər bacarıqlarını kölgədə qoymasına səbəb olmuşdur. Amma son dərəcə qabiliyyətli pianoçudur. Queenin bir çox mahnısı ona aiddir. "Bohemian Rhapsody", "We Are the Champions", "Don't Stop Me Now", "Mustapha", "Crazy Little Thing Called Love" kimi qrupun bir çox hitini özü bəstələmişdir. Merkuri, Rolling Stones jurnalı tərəfindən tarixdəki ən yaxşı 18-ci müğənni seçildi və ən yaxşı qrup vokalisti adlandırıldı. Blenderin sorğusunda tarixdəki ən yaxşı kişi müğənni seçildiyi kimi 2009-da "Classic Rock" jurnalı tərəfindən tarixdəki ən yaxşı rok müğənnisi seçildi. Freddi Merkyuri, bir çox müğənniyə nümunə olduğu kimi səhnədəki yüksək enerjisi, hələdə bir çox insan tərəfindən tarixdəki ən yaxşı vokal olaraq qəbul olunan tenor tipli səsi ilə musiqi tarixindəki ən böyük müğənnilərdən biri hesab olunur. Merkyuri, həmçinin bəstəkarlıq qabilliyəti ilə diqqət cəlb edirdiki, Bohemian Rhapsody mahnısı 2002-də CBS kanalının sorğusunda tarixdəki ən yaxşı mahnı seçildi.
Con Dikon – bas gitarist. 1971-ci ildə keçirilən seçmələrdə qrupa seçildi. Freddi Merkurinin ölümündən sonra qrupdan ayrıldı və musiqi həyatını bitirdi. Aralarında "You are my Best Friend", "Another One Bites the Dust" və "I Want to Break Free"nin də olduğu bir çox mahnının bestələmişdir. Dikon, qrupun səhnədə ən az enerji sərf edəni və ən az mahnı yazan üzvü olmasına baxmayaraq qrupun ən böyük hiti hesab olunan "Another One Bites the Dust" mahnısını bəstələmişdir. Dikon, qrupun rok əvəzinə daha çox soul kimi musiqi stilləri ilə böyüyən tək üzvü olduğundan onun yazdığı mahnılarda rok elementlərindən az istifadə olunur. Dikon, rok tarixindəki ən yaxşı bassistlərdən biri kimi qəbul oldunduğu kimi Under Pressure mahnısının başındakı məşhur bas solosunu özü bəstələmişdir.
Brayan Mey – gitara və vokal. Uşaqlıq vaxtı atası ilə düzəltdikləri "Red Special" gitarasını hələ də işlətməktədir. "Tie Your Mother Down", "We Will Rock You", "I Want It All" və "Fat Bottomed Girls" mahnılarını bəstələmişdir. VH1 kanalının sorğusunda Mey, tarixdəki ən yaxşı gitarist adlandırıldı. "Rolling Stones"un keçirdiyi siyahıda 39-cu yerdə yer alan Mey, Allmusic tərəfindən rok musiqisi tarixindəki ən təsirli gitaristlərdən biri kimi göstərilmişdir. Mey, həmçinin astrofizikdir və vokalda da uğurlu olması ilə diqqət çekir. Mey, 2 tam studiya albomu çıxartmışdır. Musiqidəki uğuruna görə "Britaniya" ordeni ilə tərtif olunan Brayan Mey, 2005-ci ildə Planet Rock tərəfindən keçirilən sorğuda tarixdəki ən yaxşı 7-ci gitarist seçildi. O, Furia adlı filmin mahnılarını hazırlamışdır.
Rocer Teylor – baterist (zərb aləti) və vokal. Qrupun bateristi olmaqla yanaşı ritm gitara, gitara və bas da çalmışdır. Qrupun "Radio Ga Ga", "The Invisible Man", "A Kind of Magic" və "These Are The Days of Our Lives" kimi hitləri bəstələmişdir. Rocer, qrupun solo albom çıxardmış ilk üzvüdür. Planet Rock sorğusunda tarixdəki ən yaxşı 8-ci baterist seçilən Teylor, Rolling Stone jurnalının tarixdəki ən yaxşı bateristlər listində də yer almışdır. Teylor buradaki uğurundan əlavə güclü bir vokal istedada sahibdir. Queen konsertlərində arxa vokal olsada qrupun bəzi mahnılarını özü tək oxuyur. Bundan əlavə Teylor, Paul Rodcers ilə birlikdə çıxdıqları dünya turnesində Radio Ga Ga və These Are the Days of Our Lives kimi mahnıları özü oxumuşdur.
Kino və Televiziya
Queen Flash Gordon və Highlander filmlərinin mahnılarının hazırlanmasında böyük rolu olmuşdur. Bundan başqa bir çox filmdə Queenin mahnılarından istifadə edilmişdir. Bunlardan ən əsası "Wayne's World" filmində Queenin "Bohemian Rhapsody" mahnısından istifadə edilmişdir.
Albomlar
- 1973 — Queen
- 1974 — Queen II (albom)
- 1974 — Sheer Heart Attack (albom)
- 1975 — A Night at the Opera (albom)
- 1976 — A Day at the Races (albom)
- 1977 — News of the World (albom)
- 1978 — Jazz (albom)
- 1980 — The Game (albom)
- 1980 — Flash Gordon (albom)
- 1982 — Hot Space (albom)
- 1984 — The Works (albom)
- 1986 — A Kind of Magic (albom)
- 1989 — The Miracle (albom)
- 1991 — Innuendo
- 1995 — Made in Heaven (albom)
Tanınmış mahnıları
- "We Will Rock You"
- "We Are The Champions"
- "Bohemian Rhapsody"
- "The Show Must Go On"
- "Don't Stop Me Now"
- "Crazy Little Thing Called Love"
- "Another One Bites the Dust"
- "Radio Ga Ga"
- "Under Pressure"
- "Killer Queen"