Kuhistan

Kuhistan (fars. قهستان, "dağlıq ölkə") — İranda təbii vilayət. Dəşti-KəvirDəşt-i Lut səhraları arasında yerləşir. Səthi geniş çökəkliklərlə parçalanmış bir sıra meridional silsilələrdən ibarətdir. Silsilələrin hündürlüyü 1,500–2,000 metr, bəzi zirvələrin hündürlüyü 2,500 metrdən çoxdur. Buradakı Murkum dağı 2,839 metrdir. Kəskin kontinental səhra iqlimi var. Yayı isti, quru, qışı sərindir. İllik yağıntı 200 mm-dən azdır. Daşlı, qumlu və şoran səhra landşaftına malikdir. Otlaq heyvandarlığı inkişaf etmişdir. Dağətəyi hissədə kiçik vahələr var.[1]

Kuhistan
Ölkə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İstinadlar

  1. Куһистан // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VI ҹилд: КубаМисир. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1982. С. 33.

Əlavə ədəbiyyat

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.