Kuba inqilabı
Kuba inqilabı — 26 iyul 1953-ci ildə başlayan və 1959-cu ildə inqilabçıların qələbəsi ilə başa çatan inqilab. Fidel Kastro, Raul Kastro və Ernesto Çe Qevaranın başçılığı ilə inqilabçılar diktator Fulhensiyo Batistanın Hərbi-diktaturasını ləğv etdilər.
Kuba inqilabı | |||
---|---|---|---|
Tarix | 26 iyul 1953-1 yanvar 1959 | ||
Yeri | Kuba | ||
Nəticəsi | İnqilabçıların qələbəsi Batistanın diktaturası ləğv olunur. | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
İnqilab |
---|
Metodlar
|
Səbəblər
|
Nümunələr
|
Siyasət portalı Kateqoriya |
İnqilabın səbəbləri
XX əsrin 50-ci illərində Kuba ABŞ inhisarçılığının qurbanına çevrilmiş; tam şəkildə ABŞ investisiyasından asılı idi. Fulhensiyo Batista hakimiyyətə gələndən sonra isə Kuba başqa bu cür dövlətlərdən fərqli olaraq inkişaf edir; amma o, Kubada hərbi-diktatura elan edərək bir çox partiyaları, həmçinin Kommunist Partiyasını da ləğv edir. Ölkədə Konstitusiya ləğv olunur. Cavan ali təhsilli kubalılar diktatura ilə barışmaq istəmirdilər. Onların içərisində (Fidel Kastro və onun qardaşı Raul Kastro) Kastro qardaşları ortodoks partiyasının üzvləri idilər. Kastro qardaşları Ortodoks partiyasının diktataturayla mübarizə aparacağnı düşünürdülər amma ortodoks partiyasının qətiyətsizliyi nəticəsində Fidel və Raul partiyanı tərk etdilər olarla birlikdə bir neçə cavan kubalılarda partiyanı tərk etdilər və sərbəst mübarizəyə başladılar. Silahlar əldə etmək üçün Fidel Kastro və onun adamları Santyaqo-de-Kuba şəhərində Monkada kazarmasını və Bayamo şəhərindəki kazarmanı ələ keçirmək istəyirdilər.Bir il ərzində hücüma hazırlıq gedirdi.Silahlanmaq üçün bəzi Fidelin tərəfdaşları hər şeyi satmağa məcbur idilər.
İnqilabın gedişi
- 26 iyul 1953-ci ildə bir qrup inqilabçı Fidel Kastronun başçılığı altında Santyaqo-De-Kuba da yerləşə Monkada kazarmasına hücüma keçirlər. 2 saatlıq döyüşdən sonra inqilabçılar məğlub olur. Çoxsu ölür sağ qalanlar isə (Fidel və Raul qardaşları sağ qalırlar) həbs edirlər.Məhkəmədə bütün inqlabçılara ağır cəza verirlər.Kastro hüqüqşünasdan imtina edir və məhkəmədə özü özünü müdafiə edir. Məhkəmədə Fidel Kastro özünün tanınmış sözünü deyir "Tarix mənə bəraət qazandıracaq!".Məhkəmənin qərarına görə Fidel 15 il müddətinə azadlıqdan məhrum olunur. Daha sonra Batista milləti sakitləşdirmək üçün və yeni inqilabdan qorxaraq Fideli və onun tərəfdaşlarını azad edir.
- 1953 ci ildə azad olunan Fidel Kastro Meksikaya köçərək orada 26 iyul hərəkatı-(isp.Movimiento 26 de Julio) yaradır. Monkada kazarmasına uğursuz hücümdan sonra həbs olunan daha sonra isə azad olunan Fidel Meksikaya köçür və orada 26 iyul hərəkatı yaradır və yeni hücüm üçün könüllülər yığır.Burada Fidel Ernesto Çe Qevara ilə tanış olur Çe Qevara 26 iyul hərəkatına daxil olur.
- 2 dekabr 1956 Gəmi ilə Kubaya 82 nəfərdən ibarət inqilabçı dəstəsi gəlir.İnqilabçıların gəlməyindən xəbər tutan dövlət ordusu hücüma keçir nəticədə 82 nəfər inqılabçı qalır Kastro inqilabçıları Syerra-Maestra dağlarına aparır.Batista 1000 nəfərlik ordunu inqilabçıların üstünə yollayır yaxınlığda olan bütün yollar bağlanılır hər yerdə silahlılar dayanır. Qanlı döyüşlərlə inqilabçılar Syerra-Maestra dağlarına yalnız 22 nəfər sağ çatır bunların arasında gələcəydə Kuba İnqilabında böyük rol oynayan(Fidel Kastro, Raul KastroErnesto Çe Qevara, Kamilo Syenfueqos, Ramiro Valdes, Xuan Almeyda). 22 nəfərlə qalsalarda İnqilabçılara böyük kömək millətdən eləcə-də başqa dövlətlərdə yaşayanlardan gəlirdi.Belə-ki Kuba dan kənarda 62 qrup fəaliyyət göstərirdi bular əsasən ABŞ Mərkəzi Amerika,Karib dənizinin yaxınlığında yerləşən dövlətlərdə Silah və Pul yığımı ilə məşqul olurdular həmdə orada yaşayanalra inqilabın məqsədi səbəbləri haqqında danışılırdı.
- 1 yanvar 1959-cı ildə İnqilabçı ordusu Santyaqoya daxil oldular digər inqilabçı qrupu Çe Qevaranın başçılığı altında Santa-Klara şəhərini götürdülər.
- 1 yanvara keçən gecə Batista Dominikan Respublikasına qaçır.
- 2 yanvar İnqilabçılar Havanaya daxil olurlar
- 6 yanvar Fidel Kastro təntərahla paytaxta daxil olur.
Mənbə
- "İnqilab müharibəsinin epizodu: son hücüm" (rus.)
- Tarasov Aleksandr Nikolayeviç. "MKX nın Çe Qevaraya qarşı 44 illik müharibəsi" (rus.)
- Qranme gəmisində olanların bioqrafiyası (fr.)
- "Вокруг Света" jurnalı (rus.)
- Kuba inqilabının tarixi (rus.)
- Kuba inqilabı haqqında Yel Universitetinin kitabxanasında olan materiallar (ing.)
- Фидель Кастро и создание "Движения 26 июля" Arxivləşdirilib 2010-07-22 at the Wayback Machine (ing.)