Kuala Lumpur qülləsi

Kuala Lumpur qülləsi ( KL Tower, malay Menara Kuala Lumpur  ; çin. 吉隆坡塔 ), Malayziyanın Kuala Lumpur şəhərində yerləşən kommunikasiya qülləsi. Tikinti 1 mart 1995-ci ildə başa çatdırılmışdır. Yüksəkliyini 421 metr (1,381 fut) hündürlüyə çatır və dünyada 7-ci ən yüksək qüllədir . Qüllənin damı 335 metrdədir (1,099 fut). Qüllənin qalan hissəsi, şəhərin panoramalı görünüşünə açılan mənzərinin görünməsini təmin edən dönən restoranı var və bura liftə qalxmaq mümkündür.

Kuala Lumpur qülləsi
Menara Kuala Lumpur
منارا کوالا لومڤور
Ümumi informasiya
ŞəhərKuala Lumpur
ÖlkəMalayziyaMalayziya
Koordinatlar3°09′10″ şm. e. 101°42′12″ ş. u.
Tamamlanıb13 sentyabr 1994
Açılma23 iyul 1996
Təntənəli açılış tarixi1 oktyabr 1996
SahibiKumpulan Senireka Sdn. Bhd.
Hündürlük
Antena şpili421 m (1,381 ft)
Dam örtüyü335 m (1,099 ft)
Üst mərtəbə7,700 m2 (82,882 sq ft)
İstinadlar
[1][2]

Burada iştirakçılar pilləkənləri yuxarıya doğru irəliləyirlər yarışlar keçirilir,bu yarışlar hər il keçirilir,. Qüllədə İslam fələk rəsədxanası yerləşir.Qüllə, Kuala Lumpurda ictimaiyyətə açıq olan ən yüksək nöqtədir

Tarix

Kuala Lumpur qülləsi üçün rəsmi təməlqoyma 1 oktyabr 1991-ci ildə Malayziyanın 4-cü baş naziri Dato Seri Dr Mahathir bin Mohamad tərəfindən həyata keçirilib.Qüllənin tikintisi üç mərhələli bir proseslə həyata keçirilib.

Birinci mərhələ Jalan Bukit Nanasın genişləndirilməsi və torpağın tikinti yerindən çıxarılması idi. Bu mərhələ 1 avqust 1992-ci ildə başa çatdırılmışdır.

1 iyul 1992-ci ildə, ikinci mərhələ qüllənin təməlinin və zirzəmisinin tikintisi ilə başladı. Təxminən 50.000 kubmetr 31 saat boyunca davamlı olaraq beton töküldü və Malayziya inşaat sektorunda rekorda imza atdı. 1 aprel 1993-cü ildə təməl işi tamamlanmışdır.

Üçüncü mərhələ 1994-cü ilin mayında başlayan üst quruluşun qurulmasıdır. Qüllənin tikintisi qüllə şaftının, sonra qüllə başının qurulması ilə başlandı. Qüllə başlığına son toxunuş tətbiq olunduqdan sonra turistik binanın tikintisi başladı.

Üst mərtəbənin əsas lobbisi nəhəng birilyant kimi parıldayan şüşə örtüklü qübbələrlə bəzədilmişdir. Bu qübbələr İsfahandan olan İran sənətkarlar tərəfindən Muqarnas şəklində tərtib edilmiş və düzəldilmişdir.

Baş nazir Mahathir Mohammad 13 sentyabr 1994-cü ildə teleqüllənin antennasının yerləşdirilməsi mərasimində çıxış etdi və qüllənin hündürlüyü 421 metrə çatdı Abadlıq işlərindən sonra Menara Kuala Lumpur 23 iyul 1996-cı ildə ictimaiyyətə açıldı.

Menara Kuala Lumpur rəsmi olaraq 20:30 1 oktyabr 1996-cı Baş nazir Mahathir Mohamad tərəfindən mərasimlə açıldı MST . Tanınmış qonaqlar arasında Yang Di-Pertuan Aqonq Tuanku Jaafar ibni Almarhum Tuanku Abdul Rahman, Raja Permaisuri Agong Tuanku Najihah, Bruney Sultanının xanımları, Sultana Hajah Saleha və Şahzadə Hajah Mariam Binti Abdul Aziz var idi.[3]

Yayım

Dünya böyük qüllələr federasiyasına üzv olan Kuala Lumpur qülləsi, müxtəlif yayım məqsədləri üçün bir neçə təşkilat tərəfindən istifadə olunur. Əslində yalnız televiziya yayımı üçün nəzərdə tutulmuşdur, tikinti zamanı radio antenləridə əlavə edilmişdir.

Televiziya :
  • Media Prima Berhad
    • NTV7 ( UHF Kanal 35)

Media telekommunikasiya və yayım teleqülləsi olan Kuala Lumpur qülləsindən yayımlanan televiziya stansiyaları özəl (kommersiya) stansiyayalardır, NTV7 isə Media Prima Berhad adlı da törəmə təşkilatın 200 metrlik antennaları vasitəsi ilə UHF vasitəsilə yayımına daxil edilmişdir.

Hal-hazırda Malayziyada bütün televiziya yayımı analoqdur. Kuala Lumpur Qülləsi, tamamilə rəqəmsal yayım üçün etibarlı yayım antennası deyil, çünki qüllə meşələr və ya yüksək mərtəbəli binalarla əhatə olunmuşdur lazım olan yüksək tezlikli dalğaları ötürmək üçün kifayət qədər hündürlüyə malik deyil. Alternativ olaraq, yeni 421 metr uzunluğunda antennanın hazırlnaması planlaşdırıldı.(1,381 fut). Kuala Lumpur qülləsindən yayımlanan televiziyalar, televiziya yayımını daha keyfiyyətli aparamaq üçün rəqəmsal yayım antennasını 401 ilə 421 metr arasında uzatmaq planı hazırladı. Qüllə antennasının hündürlüyünü 421 metrə artırmaq üçün, strukturun özünə təxminən 4 milyard dollar dəyərində xərc çəkilməli olacaq və qüllə 200 metr uzanacaq .

KL qülləsi dünyanın ən yüksək yeddi qülləsi arasında.

Mövcud Kuala Lumpur qülləsinin aviasiya məhdudiyyətləri Kuala Lumpur Qülləsi hündürlüyünün artırılmasını məhdudlaşdırır, lakin bu mövzunu əlaqədar nazirliklər və qurumlar ilə müzakirə etməyi davam etdirilir Lakin bu planlar həyata keçirilmirsə, Kuala Lumpur qülləsindən bu şəkilldə yayımlanmaya davam edəcək Media Prima Berhad istisna olmaqla, televiziya siqnallarının ötürülməsi dayandırılacaq.

Qeyd olunan kanalların tezliyii

  • UHF 35 -NTV 7

Faktlar

KL qülləsi dünyanın ən böyük yeddinci telekommunikasiya qülləsidir.KL Tower, telekommunikasiya xidmətlərinin keyfiyyətini və yayımın dəqiqliyini artırmaq üçün qurulmuşdur. Kuala Lumpurun simvoludur.

Müşahidə qülləsindən görünən mənzərənin panoraması

Nəqliyyat

Qüllə Jalan Puncakda yerləşir Onlar çox yaxın olmasa da, ən yaxın tranzit stansiyaları Bukit Nanas Monoray stansiyası və Dang Wangi LRT stansiyalarıdır.

Turizm

Turistlər şəhərin 360 dərəcə görünüşünü müşahidə etmək üçün Kuala Lumpur qülləsinə axışır. Lift müşahidə məntəqəsinə 52 saniyəyə qalxır.

Qalereya

Həmçinin bax

Xarici keçidlər

İstinadlar

  1. Şablon:Skyscraperpage
  2. Şablon:Emporis
  3. Kuala Lumpur Tower, 1 oktyabr 1996-cı ildə Arxivləşdirilib 2020-12-28 at the Wayback Machine New Straits Times açıldı Arxivləşdirilib 2020-12-28 at the Wayback Machine
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.