Ksilofon
Ksilofon (yunanca yun. ξύλον — ağac + φωνή — səs) — müəyyən səslənmə yüksəkliyi olan zərb musiqi alətidir. Özündə müəyyən notlara köklənmiş uzunsov yonulmuş ağac parçalarının sıra ilə düzülmüş formasını ehtiva edir. Bu taxta bloklar üzərinə kürəvari başlıqları olan çubuqlarla və ya çox da böyük olmayan qaşığabənzər xüsusi çəkicciklərlə ( musiqiçilərin öz aralarında bu çəkicciklərə "keçi ayaqları" da deyilir) vurmaqla səs əldə edilir.
Ksilofonun tembri forte-də kəskin, şıqqıltılı, piano-da isə yumşaqdır.
Alətin tarixçəsi
Ksilofonun mənşəyi çox qədimdir. Bu tipdə olan alətlərin ən sadə növünə müxtəlif xalqların Afrika, Cənub-Şərqi Asiya ,Latın Amerikası bu günə kimi də rast gəlinir.
Ksilofon haqda ilk qeydlər XVI əsrin başlanğıcına aiddir: Arnolt Şlik musiqi alətləri haqqında risaləsində bunabənzər aləti hueltze glechter adı ilə təqdim edir. XIX əsrə qədər Avropa ksilofonu kifayət qədər primitiv alət idi, zəncir kimi bir-birinə bəndlənmiş təxminən iyirmiyə yaxın taxta blokdan ibarət idi və hamar səth üzərində bərabər sərilirdi.Bu cür alətin daşınması rahatlığı səyyar, köçəri musiqiçilərin ona diqqətini artırmışdı.
Ksilofonun təkmilləşdirilməsi 1830-cu illərə aiddir. Belorus musiqiçisi Mixoel İosef Quzikov bu alətin diapazonunu iki+yarım oktavaya qədər genişləndirmiş, həmçinin, taxta blokları xüsusi tərzdə 4 sıraya düzməklə konstruksiyanı dəyişmişdir. Ksilofonun bu modeli sonralar 100 ilə yaxın istifadə olunmuşdur.
Ksilofonun musiqidə rolu
Ksilofonun orkestrdə ilk məlum istifadəsi faktı 1810-cu ildə Ferdinand Kauer adlı bəstəkarın yazdığı Yeddi variasiya əsəridir. Ksilofonu həm də öz əsərlərinə fransız bəstəkarı Kastner daxil edirdi. Ksilofonun işləndiyi ən məşhur əsərlərdən biri Sen-Sans,Kamilın "Ölüm rəqsi" simfonik poemasıdır. (1872)