Ksenon

Ksenon (Xe) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 54-cü element. Ksenon havanın daimi komponentləri arasında ən nadiridir. Həmin qrupun elementi olan arqonun hər 100000 atomuna bir ksenon atomu düşür. Amma Yer atmosferi o qədər böyükdür ki, onun tərkibində 2 milyard ton ksenon var. Ksenonun 9 stabil nuklidləri var. Yalnız qalayın nuklidləri bir ədəd çox olub 10-dur. Uran minerallarında ksenonun 133Xe və 135Xe əlavə nuklidləri var. Havadan ksenonun alınması böyük əmək və enerji məsrəfi ilə əlaqədardır. O, yalnız qızıldan 2.5 dəfə ucuz və 25 dəfə gümüşdən baha başa gəlir. Ksenon 1898-ci ildə ingilis kimyaçılar, Vilyam Ramzay və Moris Travers tərəfindən kəşf olunmuşdur və kəşf olunduqdan keçən birinci 64 ildə onu təsirsiz qaz hesab etmişlər (VIIIA qrupun dörd daha yüngül elementlərinə oxşar olaraq). Keçən əsrin 60-cı illərinin əvvəllərində amerika kimyaçısı P.D.Bartled ona diqqət yetirdi ki, ksenon atomunun ionlaşma enerjisi elədir ki, güclü oksidləşdirici ondan elektron qopara bilər. Bu ideya təsdiq olundu; alimlər ksenonun (I) birinci kimyəvi birləşməsini ala bildilər:

54 yodksenonsezium
Kr

Xe

Rn
Ümumi
Ad, İşarə, Nömrə ksenon, Xe, 54
Qrup, Dövr, Blok 18, 5, p
Xarici görünüşü
Atom kütləsi131.293(6) q/mol
Elektron formulu[Kr] 5s2 4d10 5p6
Fiziki xassələr
Halı
Sıxlığı(0 °C, 101.325 kPa)
q/L
Ərimə temperaturu-111.7 °C
(161.4 K, -169.1 °F)
Qaynama temperaturu-108.12 °C
(165.03 K, -162.62 °F)
Elektromənfiliyi
Oksidləşmə dərəcəsi
Spektr =
İonlaşma enerjisikCmol-1

Xe + PtF6 = Xe[PtF6]

Sonrakı tədqiqatlar ksenonun onlarca birləşməsini almağa imkan verdi (flüoridləri, oksidləri, turşuları və onların duzları).

Alimlər ksenonun ağrı kəsici və ümumi narkoz üçün istifadə üsulunu işləyib hazırlamışlar.


This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.