Kseniya Poznyak
Kseniya Kovalenko — Belarusdan milliləşdirilmiş azərbaycanlı qadın voleybolçu. 1986-cı ildə noyabr ayının iyirmi biri Belarusun Bereza şəhərində anadan olmuşdu. Əqrəb bürcündəndir, evli və ali təhsillidir. Hündür boyu ilə seçilən voleybolçunun (190 sm) blok yüksəkliyi 295 santimetrdir. Bu göstərici onun zərbələri zamanı 300 santimetrə qədər çata bilir. Blokçu mövqeyində oynayan Kseniya 2004-cü ildən etibarən qadınlardan ibarət Azərbaycan milli voleybol komandasının şərəfini qoruyur. Milli komanda ilə birlikdə müvafiq olaraq 2006 və 2014-cü illərdə keçirilən Voleybol üzrə qadınlararası dünya çempionatında da iştirak etmişdi. Son klubu Azəryol Bakıdır. Bu komandada "iki" nömrəli formanı tərlədir.[1]
Kseniya Kovalenko | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Kseniya Kovalenko |
Doğum tarixi | |
Doğum yeri | Bereza Belarus |
Vətəndaşlığı | azərbaycanlı |
Voleybolçu məlumatları | |
Boyu | 1.90 m |
Çəkisi | 78 kq |
Zərbəsi | 300 sm |
Bloku | 295 sm |
Mövqeyi | Blokçu |
Karyerası | |
Komandası | Azəryol Bakı |
Nömrəsi | 2 |
Klub karyerası | |
2003–2009 2009–2011 2011–2012 2013 2013– |
Azərreyl Bakı Lokomotiv Bakı Parme Volley Girls Azərreyl Bakı Azəryol Bakı |
Milli komanda karyerası | |
2004– | Azərbaycan |
Vikianbarda əlaqəli mediafayllar |
Karyerası
Altı illik Azərreyl macərası
Karyerasına 2003-cü ildə Azərreyldə başlayan voleybolçu bu komanda ilə bir sıra uğurlar qazanmışdı. Belə ki, 2003-cü ildən 2008-ci ilə kimi Voleybol üzrə Azərbaycan Superliqasında beş dəfə çempionluq əldə edən Azərreylin əsas oyunçularından biri də Kseniya olmuşdu və bu titulların hamısı onun karyerasına "bonus" kimi əlavə edilmişdi. O həmçinin bu müddətdə komandası ilə birlikdə CEV Qadınlar Çempionlar Liqasıda tez-tez mübarizə aparırdı. 2004-cü ildə bu turnirdə "dördlər finalı" həyəcanı yaşayan voleybolçu medalın bir addımlığında qalmışdı. Buna səbəb komandasının üçüncülük matçında Fransa komandası Kanna məğlub olması idi. Bundan sonra da bir neçə dəfə Çempionlar liqası həyəcanı yaşayan Kseniyanın klubu ancaq qrup mərhələsində büdrəyirdi. Məsələn, 2007-ci ildə də müvafiq turnirdə iştirak edən Azərreylin heyətində Kovalenkanın oynaması elə də inandırıcı görünmürdü. Həmin il milli komandamızın çıxış edəcəyi "Heydər Əliyev Kubokuna yollanmayan belaruslu Çempionlar liqasında oynamaq şansı əldə etmişdi. Sonda yenə də komandası qrup mərhələsini keçə bilmədi. Skavolini Pezzaro və Əczacıbaşı komandalarını özündən irəli buraxan Azərreyl qrupda üçüncü olmuşdu. Ancaq digər çempionatlardan fəqli olaraq bu turnir Kseniya üçün əlamətdar oldu. Çünki, o, turnirin sonunda "ən yaxşı blokçu" mükafatına layiq görülərək karyerası üçün tarixi uğura imza atmışdı. Voleybolçu 2009-cu ildə klubla müqaviləsini pozaraq azad agent statusuna malik oldu.[2]
Lokomotivlə gələn yüksəliş
2009-cu ildə yay transfer bazarlığı zamanı Lokomotiv klubunun radarına düşən Kseniya Kovalenko tez bir zamanda "dəmiryolçular" ilə razılıq əldə edə bilmişdi. 2010-cu ildə isə komandası ilə ikiillik müqavilə imzalayaraq bir çoxlarının proqnozunu alt-üst etdi. Onunla maraqlanan isə təkcə Lokomotiv deyildi. Bu komandadan qabaq İtaliya və Polşa klublarını ciddi bir şəkildə maraq dairəsində olan voleybolçu hətta həmin vaxt "Serie A"nı beşinci yerdə tamamlayan Urbino ilə anlaşmışdı. Son anda maliyyə məsələsində razılıq əldə edə bilməyərək geri dönmüşdü. Bundan sonra o, daha iki mövsüm Lokomotivin formasını tərlədəcəkdi. Lokomotivdə qaldığı mövsümlərdə bir çox uğurlara imza atan Kseniya burada 2008-09 mövsümündə Superliqanın bürünc, 2009-10 mövsümündə isə gümüş medallarına yiyələnmışdi. Hər iki mövsümdə turnirn "ən yaxşı blokçu"su adına layiq görülmüşdü. Eyni mükafatı 2009-10 mövsümündə keçirilən və günümüzdə mövcud olmayan Azərbaycan Kubokunda da qazana bilmişdi. O, Lokomotivdəki karyerası zamanı Avropa arenasında da ciddi uğurlar əldə edə bildi. Belə ki, voleybolçu 2010-11 mövsümündə Avropa Qadınlar CEV Çağırış Kubokunda final həyəcanı da yaşamışdı. Bu turnirin gümüş medallarını qazanan Lokomotiv klubunun əsas oyunçularından biri də Kovalenko idi. Kovalenkonun klubu tərk etdiyi mövsümün ertəsi ili Lokomotiv komandası həmin kuboku finaldaBakı Voleybol Klubunu məğlub edərək qazandı.[3]
Legioner həyatı (2011-2012)
Voleybolçu 2011-ci ilin iyulunda İtaliyada əsas liqaya yeni yüksələn Siqrade Parma komandasına transfer olundu. Belaruslu oyunçu bu komandada əsas heyət üzvünə çevrilsə də, mövsümün sonunda aldığı zədə İtaliyanı tərk etməsinə səbəb olub. 2011-12 mövsümü tamamən bu klubda keçirən Kseniya qeyd etdiyimiz zədə ücbatından bir il voleybol oynaya bilməmişdi.[4]
Yenidən doğma klubda
2013-cü ildə yaşadığı uzun müddətli zədədən qurtularaq özünə gələn voleybolçunun bir neçə aya tam hazır vəziyyətə gələcəyi möcüzə sayılsa da onunla maraqlananlar kifayət qədər idi. Elə bu minvalda o Bakının Azərreyl komandası ilə razılıq əldə etmişdi. Bu transferdə həmin vaxt Azərreylin baş məşqçisi postunda qərarlaşan italyan məşqçi Alessandro Kiappininin böyük rolu olmuşdu. Belədə "qırmızı-qaralar" həm Çempionlar Liqasında, həm də superliqada Kovalenkonun xidmətindən yararlanmağı məqsədəuyğun sayıb. Əslində Kseniya doğma klubuna qayıdıb. Belə ki, zədə üzündən xeyli vaxtdı meydana çıxmayan yığma üzvü 2003-09-cu illərdə bu klubun şərəfini qoruyub. Növbəti 2 ildə Lokomotivin uğurları üçün tər tökən 190 sm boya malik voleybolçu Bu üzdən İstanbulda bərpa kursu keçən blokçu bir müddət Beşiktaşın tərkibində məşqlərə də qatılıb. Bir neçə ay öncə məhz Azərbaycan Voleybol Federasiyasının dəvətiylə ölkəyə qayıdan Kovalenko "Azəryol Bakı"nın heyətində hazırlıq prosesinə cəlb olunsa da, oynamaq fürsəti əldə etməyib. Kseniya həmin mövsüm ölkə çempionatının 10-cu turu çərçivəsində "Lokomotiv Biləcəri"ylə oyunda Azərreylin ehtiyat oyunçular skamyasında əyləşib və görüş ərzində meydançaya çıxmayıb.[5]
2013-cü ildə Azərreylin Azəryol Bakı klubu ilə razılığı nəticəsində bu klubun ikinci komandası olması həmin zaman heyətdə olan oyunçulara da təsir etdi. Belə ki, Azərreylin bütün əsas oyunçuları birinci komanda sayılan Azəryola keçdi. Bu axın zamanı Kseniya da özünü yeni klubda tapdı. Ancaq Azəryolda Vargas və Vons kimi usta blokçuların olması onun əsas heyətdə yer almasını əngəlləyirdi.[6]
Milli komanda karyerası
2004-cü ildən etibarən qadınlardan ibarət Azərbaycan milli voleybol komandasının şərəfini qoruyan Kseniya Voleybol üzrə qadınlararası dünya çempionatının 2006-cı ildə keçirilən yarışlarında komandamızın heyətində yer almışdı. 2009-cu ildə Polşada keçirilən Avropa çempionatına yollanan Azərbaycan millisinin blokçularından biri də Kseniya Kovalenka idi. Voleybolçu iki il sonra da Avropa çempionatının final mərhələsində iştirak etmişdi. Ancaq bu yarışlarda onun komandası yalnız müvafiq olaraq on ikinci və doqquzuncu yeri tutmuşdu. 2013-cü ildə də Qitə çempionatına aparılan voleybolçu bu turnirdə də "pley-off"dan irəlisini görə bilməmişdi.[7]
2014-cü ildə Voleybol üzrə qadınlararası dünya çempionatının seçmə mərhələsində göstərdiyi performansla millimizin mundiala vəsiqə qazanmasında əsas pay sahiblərindən biri olmuşdu. Onun dünya çempionatında necə oynuyacağı isə voleybol auditoriyası tərəfindən böyük maraqla gözlənilir.[8]
Uğurları
Şəxsi mükafatları
- 2007 CEV Çempionlar Liqası - "Ən Yaxşı Blokçu"[9]
- 2009 Azərbaycan superliqası - "Ən Yaxşı Blokçu"
- 2010 Azərbaycan kuboku - "Ən Yaxşı Blokçu"
- 2010 Azərbaycan superliqası - "Ən Yaxşı Blokçu"
İstinadlar
- Kseniya Kovalenko şəxsi məlumatlar Arxivləşdirilib 2014-10-21 at the Wayback Machine (az.)
- Kseniya Çempionlar liqasında komandasına kömək edəcək (az.)
- Davis ve Kovalenko Lokomotiv'de... Arxivləşdirilib 2022-03-31 at the Wayback Machine (türk.)
- Kovalenko Cariparma Sigrade Parmada Arxivləşdirilib 2021-04-18 at the Wayback Machine (türk.)
- Kovalenko da "Azərreyl"də Arxivləşdirilib 2021-04-14 at the Wayback Machine (az.)
- Rakip: Azeryol Bakü Arxivləşdirilib 2014-05-30 at the Wayback Machine (türk.)
- Avrupa Kadınlar Voleybol Şampiyonası Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine (türk.)
- Qadın voleybolçulardan ibarət milli komandamızın heyəti açıqlanıb Arxivləşdirilib 2014-08-18 at the Wayback Machine (az.)
- Kovalenkonun başarıları Arxivləşdirilib 2021-04-18 at the Wayback Machine (türk.)
Xarici keçidlər
- Kseniya Kovalenko şəxsi məlumatlar Arxivləşdirilib 2014-10-21 at the Wayback Machine (az.)