Krotos
Krotos (həmçinin Krot ya Kroton) - yunan mifologiyasında personaj - kentavr. Pan və Yevfemin oğlu. O, at ayaqlarına və satir quyruğuna malikdir[1]. Sosifeyanın satir dramına əsasən o, muzalarla birlikdə Helikonda tərbiyə almış və alicənab olmuşdur[2]. Krotos ox-kamanı və muzaları alqışlamaq üçün əl çalmağı icad etmiş və muzalar ona vəhşı heyvanları ovlamağı öyrətmişlər. Muzaların xahiş və təkidləri əsasında[3] tanrı Zevs onu göyə qaldıraraq ox atan bürcünə çevirmişdir[4].
Krotos | |
---|---|
Mifologiya | Qədim Yunanıstan dini |
Cinsi | kişi[d] |
Atası | Pan |
Anası | Yevfem |
Mənşəyi | Kentavrlar |
İstinadlar
- Гигин. Астрономия II 27
- Гигин. Мифы, выписки Досифея 4
- Псевдо-Эратосфен. Катастеризмы 28
- Гигин. Мифы 224
Həmçinin bax
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.