Kristofer Ren

Kristofer Ren (ing. Christopher Wren; 20 oktyabr 1632 – 25 fevral 1723) — ingilis memar və riyaziyyatçı, Mason, Orijinal № 1 Lojası Böyük Ustadı olmuşdur. İngiltərə milli memarlıq üslubunun yaradıcısıdır. Memarlıq işlərində Roma stilinə üstünlük vermişdir.

Kristofer Ren
ing. Christopher Wren
Doğum tarixi 20 (30) oktyabr 1632[1][2][…]
Vəfat tarixi 25 fevral (8 mart) 1723[1][2] (90 yaşında)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti memar, astronom, riyaziyyatçı, fizik, anatomiyaçı, universitet müəllimi[d], siyasətçi, şəhər planlaşdırıcısı[d]
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İnşasına 1675-ci ildə başladığı və 1710-cu ildə inşası başa çatan İngiltərənin Müqəddəs Pavlo kilsəsi İngiltərənin yepiskop İqamətgahı sayılır. Bundan başqa, London tarixində 1666-cı ildə baş verən Böyük London yanğını ilə əlaqədar "Monument to the Great Fire of London" adlı abidəsi, "Marlborough House" adlı böyük evi, Winchester şəhərində yerləşən yepiskop saraylar, "Trinity College" kitabxanası, Qrinviçdə yerləşən "Royal Naval Hospital" xəstəxana və s. bu kimi abidələr Kristofer Renə aiddir.

Aqata Kristinin (1890–1976) "Tələ" pyesində personajlardan biri K. Renin adını daşımaqla fəxr edir. Ancaq pyesdə memarın yaşadığı dövr XIX əsr kimi göstərilir.

Məzarında "Oxucu, əgər bir abidə axtarırsansa, ətrafına bax" sözləri yazılmışdır.[5]

Həmçinin bax

İstinadlar

  1. Maktutor riyaziyyat tarixi arxivi. 1994.
  2. Christopher Wren // Benezit Dictionary of Artists (ing.). OUP, 2006. ISBN 978-0-19-977378-7
  3. Summerson J., Bell A. Christopher Wren // Encyclopædia Britannica (brit. ing.). Encyclopædia Britannica, Inc., 1768.
  4. Past Fellows database (brit. ing.).
  5. David S. Kidder , Noah D. Oppenheim. Entelektüelin Kutsal Kitabı (türkçe). Maya Kitap. 2012.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.