Kristof Şnayder

Kristof "Doom" Şnayder ( Christoph Schneider)(11 may 1966, Şərqi Berlin) — Alman musiqiçisi. Rammstein qrupunun zərbçisi.

Kristof Şnayder
alm. Christoph Schneider
Ümumi məlumatlar
Ləqəbi Doom
Doğum tarixi
Doğum yeri Şərqi Berlin, ADR
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti Musiqiçi
Fəaliyyət illəri 1990- indiyənədək
Janrlar Yeni Alman Sərtliyi Neue Deutsche Härte, industrial metal
Musiqi aləti zərb qurğusu[d]
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bioqrafiya

Erkən həyatı

Şnayder 1966-cı il may ayının 11-də Şərqi Berlində Pankovda anadan olmuşdur. Özündən iki yaş kiçik bacısı var.

Şnayder 16 yaşında gimnaziya məktəbini bitirmiş,daha sonra telekommunikasiya köməkçisi kimi işləməyə başlamışdır. 1984-cü ildə Şərqi Almaniya ordusunda xidmət etmişdir. Qrupun yeganə üzvüdür ki, hərbi xidmətini tam başa vurmuşdur.[1]

Karyerası

Şnayderin valideynləri onun musiqi ifa etməyi öyrənməyini istəyirdilər, buna görə də onlar Şnayderi ilk Sosialist orkestra ilə bağlı olan musiqi məktəbinə göndərməli olurlar. Burada ona 3 seçim təklif edilir: baraban (truba),klarnet, trombon. Şnayder isə birincini seçir, çünki trubada ifa etmək onun üçün çox asan idi. Kristof özünü zərbdə ifa etməkdə özünü çox istedadlı biri kimi hesab edirdi, bir il sonra orkestraya daxil olaraq, konsertlərdə ifa etməyə başlayır.Burada o baraban ilə maraqlanır. Daha sonra valideynlərinə bu alətdə ifa etmək istədiyini söyləyir, ancaq onlar bu ideyaya dəstək vermirlər çünki "onlar klassik dünyanın insanları idi". Kristof evə gedərək dəmir qutu və vedrədən öz zərb dəstini düzəldir və çubuqlarla məşq etməyə başlayır. 14 yaşında o zərb batereyası (Drum kit(ing),Ударная установка(rus.) almışdı, daha sonra valideynləri ona bunda məşq etməyə, dərslər almağa icazə verdi.[2]

1985-ci ildə Şnayder universitetdə təhsil almaqla musiqi ambisiyalarını yeritmək üçün telekommunikasiya işindən çıxmalı olur, ancaq 2 dəfə universitetə daxil ola bilmir,[1] pianoda ifa etmək kimi başqa musiqi bacarığına sahib olmadığı üçün rədd edilir. O, öz üzərində işləmək üçün öyrənməyə davam edir.[2] Şnayder zərbçi kimi qruplara daxil olmaq üçün 1985-ci ildən 1990-cı ilə qədər ardıcıl olaraq çalışır, nəhayət Die Firma qrupuyla uğura imza atır.

O,1994-cü ildə və Rixard KruspeOliver Ridelə qoşulur. Till Lindemanın qrupa qoşulmasndan sonra onlar "Berlin Senate Metrobeat" yarışmasına qatılır, 4 parçadan ibarət demo üçün səsyazma şansı əldə edir.[1]

Hal-hazırda o, Sabian (zərb dəstinin nazik qab formasında olan aləti, rusca-тарелки) zillərindən və Sonor barabanlarından istifadə edir.

Daha öncə Tama barabanından və Meinl Perküsyon zillərindən istifadə olunmuşdu.

Sonor Dişli:

  • Bronze Artist Snare (07 1406 BRB Tunc qara AS)
  • Drumkit Sonor "Delite" seriyası
  • 600 Seriya dəsti
  • Giantstep Bas Pedallar

Şəxsi həyatı

"Doom" ləqəbi 1993-Doom video oyununun adından götürülür. Kristofun Alman müəllif hüququ agentliyi üçün bir ada ehtiyacı var idi, ancaq Kristof Şnayder adına həddən artq çox rast gəlinirdi. Paul Landers "Doom" adını təklif etdi çünki onlar bu oyunu xoşlayırdı.[2]

Sevdiyi favorit rok qrupları: Deep Purple, Led Zeppelin, MotörheadAC/DC.[2]

Təchizat (LIFAD Turu)

Baraban: Sonor

  • 24″ x 20" Bass Drum
  • 24″ x 20" Bass Drum
  • 14″ x 06" Snare Drum
  • 14″ x 13" Tom
  • 16″ x 15" Floor Tom
  • 18″ x 17" Floor Tom
  • 12″ x 05" Snare Drum
  • 20″ x 15" Gong Drum

Boşqab: Sabian

  • Paragon Hats 14″
  • HHX Evolution Splash 12″
  • AAX X-Celerator Hats 14″
  • HH Power Bell Ride 22″
  • HHX X-Plosion Crash 19″
  • HHX X-Plosion Crash 18″
  • HHX X-Treme Crash 18″
  • HHX X-Plosion Crash 20″
  • AAX X-Plosion Crash 19″
  • HHX Chinese 18″
  • HHX Chinese 20″
  • HHX Evolution Splash 12″
  • HH China Kang Chinese 10″
  • AAX X-Plosion Crash 20″
  • HHX Evolution O-Zone Crash 18″
  • APX O-Zone Crash 18″
  • HHX Evolution Hats 10″

İstinadlar

  1. "Who the hell are Rammstein?". Rammimages.com. 2006. 23 July 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 November 2012.
  2. 2010 interview with Metal Hammer

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.