Kristian Beyl
Kristian Şarl Filip Beyl (ing.Christian Charles Philip Bale; 30 yanvar 1974[1][2][…]) — ingiltərəli aktyor.
Kristian Beyl | |
---|---|
ing. Christian Bale | |
![]() | |
Doğum adı | Christian Charles Philip Bale |
Doğum tarixi | 30 yanvar 1974[1][2][…] (50 yaş) |
Vətəndaşlığı |
![]() ![]() |
Uşağı | Sanra Blaziç (Həyat yoldaşı). 1 qızı var. |
Fəaliyyəti | Aktyor |
Fəaliyyət illəri | 1982-ci ildən |
Boyu | 1,83 m |
Mükafatları |
![]() |
IMDb | ID0000288 |
![]() |
Həyatı
Kristian Beyl 30 yanvar 1974-cü ildə Uelsin Heyverfordvest şəhərciyində, sənətçi ailəsində anadan olub. Anası balerina, hər iki babası isə aktyor olub.
Karyerası
10 yaşında birinci dəfə səhnəyə çıxan Kris ilk olaraq məşhur ingilis komiki Rouen Sebastyan Etkinsonun diqqətini çəkib və onu "Ağıldan kəm" pyesinə götürüb. Tezliklə balaca Krisi yerli televiziyaya çağıraraq "Anastasiya: Annanın sirri" filminə çəkirlər. Onun böyük kinematoqrafdakı debütü 1987-ci ildə baş tutub. Kris Astrid Lindqrenin "Mio, mənim Miom" uşaq nağılının ekranlaşdırılmış versiyasına dəvət alıb. Bu filmdə o, baş qəhrəman Mionun dostu Yum-Yum obrazını canlandırıb. Amma 13 yaşlı Kris Beyli dünya miqyasına çıxaran kino, elə həmin il çəkilmiş Stiven Spilberqin "Günəş imperiyası" filmi oldu. Bu filmdəki roluna görə Kristian Beyl ABŞ Kinotənqidçiləri Milli Şurasının təqdim etdiyi "Görkəmli gənc aktyor" mükafatına layiq görülüb. Artıq növbəti ildə o, Şekspirin "V Henrix" əsərinin Kennet Brana tərəfindən ekranlaşdırılmış versiyasında, eləcə də "Xəzinələr adası" televiziya filmində oynadı. 1992-ci ildə aktyorun karyerasında yeni mərhələ başladı. Bu vaxtdan etibarən o, sırf yetkin adam rolları oynamağa başladı. "Qəzet paylayan" musiqili komediyası bu qəbildən olan ilk film idi. Bunun ardınca o, "Yellənən uşaqlar" və üç Oskar mükafatı nominantı olmuş "Kiçik qadınlar" filmlərinə çəkildi. Sonra aktyor "Pokahontas" cizgi filminin səsləndirilməsində iştirak etdi. Səsləndirmə sahəsində o özünü 2005-ci ildə də sınaqdan keçirib. Bu, "Gəzən qəsr" məşhur yapon animasiya filminin Amerika versiyasının çıxdığı zaman baş vermişdi. Kristofer Nolanın "Betmen: Başlanğıc" filmi Kristian Beyli dünyanın birinci dərəcəli məşhur aktyorlarının sırasına daxil etdi. 2009-cu ildə Terminator: Qurtuluş filminə çəkilmişdir.
Filmoqrafiya
İstinadlar
- Christian Bale // Encyclopædia Britannica (ing.).
- Christian Bale // filmportal.de. 2005.