Kristian Şmidt

Kristian Şmidt (alm. Hans Christian Friedrich Schmidt; 26 avqust 1957[1][2], Oberntsenn[d], Bavariya[3]) — Xristian Sosial Birliyindən olan alman siyasətçi, 1 avqust 2021-ci ildə etibarən Bosniya və Herseqovina üzrə yüksək nümayəndə.

Kristian Şmidt
alm. Christian Schmidt
Bosniya və Herseqovina üzrə yüksək nümayəndə
1 avqust 2021 h.h
ƏvvəlkiValentin İntsko
Federal Nəqliyyat və Rəqəmsal İnfrastruktur Naziri (müvəqqəti)
24 oktyabr 2017 14 mart 2018
ƏvvəlkiAleksandr Dobrindt
SonrakıAndreas Şoyer
Federal Qida və Kənd Təsərrüfatı Naziri
17 fevral 2014 14 mart 2018
ƏvvəlkiHans-Peter Fridrix
SonrakıYuliya Klokner
Parlamentin İqtisadi Əməkdaşlıq və İnkişaf üzrə dövlət katibi
17 dekabr 2013 17 fevral 2014
ƏvvəlkiQundrun Kopp
SonrakıTomas Zilberhorn
Parlamentin Müdafiə üzrə dövlət katibi
23 noyabr 2005 17 dekabr 2013
ƏvvəlkiUolter Kolbou
SonrakıRalf Brauksipe
Fürtdən Bundestaq üzvü
2 dekabr 1990 31 iyul 2021
ƏvvəlkiVerner Dollinger
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Oberntsenn, Qərbi Almaniya (indiki Almaniya)
Partiya
Təhsili
  • Erlangen-Nürnberq Universiteti[d] (19771982)
Fəaliyyəti siyasətçi, vəkil
christian-schmidt.de
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şmidt 2014-cü ildən 2018-ci ilədək Qida və Kənd Təsərrüfatı Naziri vəzifəsində çalışdı. 2005–2013-cü illərdə Almaniya Federal Müdafiə Nazirliyində Parlament katibi, 2013-cü ilin dekabrından 2014-cü ilin fevral ayına qədər Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyində Parlamentin dövlət katibi olub.[4] Eyni zamanda Fürtdən millət vəkili kimi də çalışıb.

Həyatı

Şmidt Bad-Vindshaymda Georq Vilhelm Steller Gimnaziyasına yazıldı və 1976-cı ildə abiturunu tamamladı. Daha sonra Qərbi Almaniya Ordusunun dağ diviziyasında məcburi hərbi xidmətə başladı. 1977-ci ildə ErlangenLozannada hüquq təhsilinə başladı. Şmidt 1982 və 1985-ci illərdə dövlət imtahanlarını müvəffəqiyyətlə tamamlayaraq hüquq təhsilini bitirdi. 1985-ci ildə vəkilliyə qəbul edildi və 2005-ci ilin noyabrında Parlamentin dövlət katibi vəzifəsini alanadək hüquq sahəsində çalışdı.

Siyasi fəaliyyəti

Şmidt tələbə ikən 1973-cü ildə XSİ gənclər qrupu olan Gənclər Birliyinə qoşuldu. 1976-cı ildə XSİ-ə üzv olaraq qeydiyyatdan keçdi. 1980–1982-ci illərdə Noyştadt-an-der-Ayş-Bad-Vindshaym GB Bölgə Birliyinin sədri oldu. 1982-ci ildən 1991-ci ilədək Mərkəzi Frankoniyadan GB Regional Dərnəyinin sədri seçildi. Kristian Şmidt 1984–1990-cı illərdə Oberntsenndə bələdiyyə müşaviri və Noyştadt-an-der-Ayş-Bad-Vindshaymda Rayon Şurasının üzvü oldu.

Şmidt 1989–1993-cü illərdə XSİ Dövlət Komitəsinin üzvü oldu, 1999-cu ildə yenidən bu vəzifəyə təyin edildi. 1999-cu ildən etibarən XSİ Dövlət Komitəsindəki vəzifələrinə əlavə olaraq, XSİ Fürt Bölgə Birliyinin sədridir.

Şmidt XSİ-in Xarici Əlaqələr, Təhlükəsizlik və Avropa Siyasəti üzrə Regional İşçi Qrupunun sədridir. 2010-cu ilin may ayından etibarən XSİ Regional Evangelist İşçi Qrupunun sədri vəzifəsində çalışır. 2011-ci ilin may ayında XSİ/XDİ Federal Evangelist İşçi Qrupunun sədri seçildi.

Millət vəkili fəaliyyəti

Şmidt 1990-cı il seçkilərində Bundestaqa seçildi. 1991–2002-ci illərdə Xarici Əlaqələr, Müdafiə və Avropa Siyasəti üzrə XSİ İşçi Qrupunun sədri olub. Daha sonra XSİ/XDİ Parlament Müdafiə İşçi Qrupunun sədri vəzifəsini icra edib. Bu vəzifədə o, XSİ/XDİ-ın müdafiə siyasəti üzrə sözçüsü olaraq da çalışmışdır.

Şmidt 1994–1998-ci illərdə Alman–İsrail Parlament Dostluq Qrupunun sədri və 1998–2005-ci illərdə Alman-Britaniya Parlament Dostluq Qrupunun sədri vəzifələrində çalışmışdır. O, eyni zamanda Alman-Baltik, Alman-Xorvat və Alman-Çex Parlament Dostluq Qruplarının da üzvü olmuşdur. 1991-ci ildə Almaniya-Polşa "Yaxşı Qonşu" müqaviləsi, 1992-ci ildə Almaniya-Çexoslovakiya müqaviləsi üzrə parlament qrupunun məruzəçisi olub. 1997-ci ildə Federal Müdafiə Naziri Şmidti Alman-Çex Müzakirə Forumunun Məsləhət Komitəsinə üzv seçdi.

Almaniya Bundesverinin Federativ Respublika daxilində yerləşdirilməsi ilə əlaqədar 2005-ci il Parlament İştirakı Qanunu ilə əlaqədar müzakirələrdə məruzəçi kimi çalışıb.

Şmidt Almaniya Parlamentinə Fürtü təmsil edən birbaşa seçilmiş namizəd olaraq daxil oldu. 2009-cu il seçkilərində səslərin 43.3%-i qazandı. 2012-ci ilin dekabrında o, 2013-cü ildə qarşıdan gələn Federal Parlament Seçkilərinə XSİ namizədi olaraq yeddinci dəfə namizəd oldu. XSİ Nümayəndələr Məclisi ona səslərin 98.7%-i verdi.[5]

Federal Müdafiə Nazirliyində Parlamentin dövlət katibi fəaliyyəti

Şmidt 23 noyabr 2005-ci ildə Kansler Angela Merkel tərəfindən Federal Müdafiə Nazirliyində Parlamentin dövlət katibi vəzifəsinə təyin edildi. Bu vəzifədə Müdafiə Nazirləri Frants Yozef Yunq, Karl-Teodor tsu Quttenberq və Thomas de Mezyer üçün parlament və siyasi nümayəndə olaraq çalışdı.

Şmidt vəzifədə olduğu müddətdə xidmət əsnasında qarşılaşdıqları radar siqnallarının yan təsirlərindən mənfi təsirlənən xidmət üzvlərinə qulluq etmək üçün fond qurdu. Vəzifədə olduğu müddətdə, İkinci Dünya Müharibəsində alman əsgəri Verner Möldersin müharibə fəaliyyətinin araşdırılması, Federal Respublikasının silahlı qüvvələrinin yenidən istiqamətləndirilməsi və plagiat skandalı sonrasında Müdafiə Naziri tay Quttenberqin istefası da daxil olmaqla bir çox hadisələri araşdırmağı öz üzərinə gördü. Şmidt tsu Quttenberqi plagiat ittihamlarına qarşı müdafiə etdi. Şmidt "Ehtiyac Fondu"nun qurulmasında və maliyyələşdirilməsində də mühüm rol oynadı. Əsgərlərə Yardım Dərnəyi tərəfindən maliyyələşdirilən bu fond, 2012-ci ildə vəzifə əsnasında ağır yaralanan əsgərləri dəstəkləmək üçün yaradılmışdır. Fond Federal Respublikadakı standart qayğı qanunlarını üzrə idarə olunur və xarici ölkələrdən də dəstək alır, bununla da ehtiyacı olan veteranlar üçün əlavə yardım kimi xidmətlər üzrə işləyir.

Şmidt vəzifəsini qorudu və yeni Müdafiə Naziri Tomas de Meyzer tərəfindən vəzifəyə yenidən təsdiq edildi. 2013-cu il federal seçkilərinin ardından koalisiya hökuməti qurmaq üçün aparılan danışıqlarda de Meyzer və Frank-Valter Ştaynmayerin başçılıq etdiyi Xarici İşlər, Müdafiə Siyasəti və İnkişaf Əməkdaşlığı üzrə işçi qrupunda XSİ/XDİ nümayəndə heyətinin bir hissəsi oldu.

Şmidt 2011-ci ildən 2017-ci ilədək Horst Zeyhoferin rəhbərliyi altında XSİ-ın 5 sədr müavinindən biri olaraq çalışdı. Bu vəzifədə partiyasının Xarici Siyasət və Təhlükəsizlik Siyasəti, eləcə də Avropa Siyasəti üzrə nümayəndəsi idi. XSİ-ın Avropa Birliyi səviyyəsində Avropa Xalq Partiyası qrupunun üzvü olan digər partiyalarla əlaqəsindən də məsul idi. İsrail, Xorvatiya, Avstriya, Amerika Birləşmiş ŞtatlarıBöyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına XSİ beynəlxalq işçi kimi təyin olundu.

Federal Qida və Kənd Təsərrüfatı Naziri fəaliyyəti

Şmidt 2014-cü ildən 2018-ci ilədək Kansler Angela Merkelin üçüncü kabinetində Federal Qida və Kənd Təsərrüfatı Naziri olaraq çalışdı.

2016-cı ildə südün qiymətinin düşməsinə cavab olaraq, Şmidt ölkənin südçüləri üçün kreditlər və vergi güzəştləri də daxil olmaqla ən az 100 milyon avroluq təcili yardım paketi təqdim etdi. Həmçinin, vəzifədə olduğu müddətdə Almaniya 2016-cı ilin noyabrından 2017-ci ilin yanvar ayına qədər quş qripi ilə mübarizə aparmaq üçün 776.000 cüt toyuq, hind quşu, ördək və digər quşları kəsdi.[6]

2017-ci ilin noyabr ayında Şmidt Avropa Birliyinin qlifosat istifadəsinin daha beş il uzadılması təklifini dəstəkləmək üçün protokolu pozaraq sol mərkəzli SPD-i qəzəbləndirdi. Lehinə olmayan səsvermədən bir neçə dəqiqə öncə, fərqli hakim partiyalardan olan nazirlərin bu siyasətlə razılaşmaması səbəbindən Almaniyanın AB səsvermələrində bitərəf qaldı. Hadisədən sonra kansler Merkel həmkarının istəyinin əleyhinə və hökumətin göstərişlərini pozaraq lehinə səs verməməli olduğunu irəli sürərək Şmidti açıq şəkildə tənqid etdi. Şmidtin əkinçilik lobbisi ilə əlaqələri o vaxtdan bəri tənqidin bir hissəsidir.[7]

Sonrakı fəaliyyəti

Hökumət postundan ayrıldıqdan sonra Şmidt Xarici İşlər Komitəsi və Birləşmiş Millətlər Təşkilatının Alt Komitəsində çalışır.

Şmidt 2019-cu ildə Almaniyanın birləşdirilməsinin 30-cu ildönümünə hazırlıq işlərinə nəzarət edən komitədə çalışmaq üçün Federal Daxili İşlər, Bina və İcma Nazirliyi tərəfindən təyin edildi.[8]

2021-ci ilin yanvar ayında Almaniya hökuməti Şmidti Bosniya və Herseqovina üzrə yeni yüksək nümayəndəliyə namizəd göstərdi. 27 may 2021-ci ildə avstriyalı diplomat Valentin İntsko yüksək nümayəndəlikdən istefa etdi və Şmidt 1 avqust 2021-ci ildə yeni yüksək nümayəndə təyin edildi.[9]

2021-ci ilin iyununda, 2021-ci il federal seçkilərində iştirak etməyəcəyini, əksinə parlament müddətinin sonuna qədər fəal siyasətdən istefa verəcəyini açıqladı.[10]

Siyasi fikirləri

Şmidt 2012-ci ilin avqustunda Almaniyanın Rusiyadakı səfiri Vladimir Qrininə göndərilən və "Pussy Riot"-un üç üzvünə qarşı məhkəmə prosesindən narahatlığını ifadə edən məktubu imzalayan Bundestaqın 124 üzvündən biri idi. Millət vəkilləri məktubda saxlanılanların aylarla həbsdə saxlanılması və uzun müddət cəzalandırılmasını məntiqsiz adlandırdılar. Onlar məktubda belə qeyd etdilər: "Sekulyar və plüralist bir dövlətdə təxribat xarakterli olsa da, dinc sənətkarlara qarşı olan bu hərəkətlər uzun müddət həbs cəzasına səbəb olan ağır cinayət əməllərində günahlandırılmamalıdır".[11]

Digər fəaliyyətləri

Korporativ işləri

  • "Deutsche Bahn", Müşahidə Şurasının üzvü (2018-ci ildən)
  • "KfW", Müşahidə Şurasının üzvü (2014–2018)
  • "Landwirtschaftliche Rentenbank", Müşahidə Şurasının sədr müavini (2014–2018)

Qeyri-kommersiya təşkilatları

  • "Leo Baeck" Fondu, Qəyyumlar Şurasının üzvü[12]
  • Müdafiə və Təhlükəsizlik Siyasəti Cəmiyyəti (GfW), Qəyyumlar Şurasının üzvü
  • Alman Atlantik Cəmiyyəti, Prezident (2006-cı ildən)
  • Xristian-Yəhudi Əməkdaşlıq Cəmiyyəti, həmsədr (2013-cü ildən)
  • Alman Xarici Əlaqələr Şurası (DGAP), Çex Respublikası Müzakirə Qrupunun sədri[13]
  • Alman-Çex Dialoqu Koordinasiya Şurası, İdarə Heyətinin üzvü
  • Şərqi Almaniyada Diktatorluğu Araşdırma Fondu, Qəyyumlar Şurasının üzvü
  • Berlində Amerika Yəhudiləri Komitəsi, Məsləhət Şurasının üzvü
  • Hans Zaydel Fondu, İdarə Heyəti sədrinin müavini[14]
  • Özünə Yardım üçün Yardım Fondu, İdarə Heyətinin fəxri üzvü
  • Münhen Alp Qoşunları Yoldaşlıq Birliyi, üzv
  • Alman Sülh Araşdırmaları Fondu, Qəyyumlar Şurasının üzvü (2009–2013)
  • Beynəlxalq Sülh Əməliyyatları Mərkəzi, Müşahidə Şurasının üzvü (2009–2013)
  • Almaniya Avtomobil və Səyahət Klubu, Rəyasət Heyətinin üzvü (1993–2007)

Nişanları

  • 2004: Latviya Respublikası "Üç Ulduz" ordeni
  • 2005: Litva Respublikası "Şərəf" ordeni
  • 2005: Almaniya Federativ Respublikası "Şərəf" nişanı
  • 2007: "Bavariya" xidməti mükafatı
  • 2012: Birinci dərəcəli "Milli Müdafiə" Fəxri Fərmanı, Macarıstan

İstinadlar

  1. Stammdaten aller Abgeordneten des Deutschen Bundestages.
  2. Christian Schmidt // Brockhauz Ensiklopediyası (alm.). / Hrsg.: Bibliographisches Institut & F. A. Brockhaus, Wissen Media Verlag
  3. Deutsche Nationalbibliothek Record #138456313 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  4. https://web.archive.org/web/20130603180245/http://www.bundestag.de/bundestag/abgeordnete17/biografien/S/schmidt_christian.html
  5. "Arxivlənmiş surət". 2012-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-01.
  6. "Arxivlənmiş surət". 2021-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-01.
  7. "Arxivlənmiş surət". 2021-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-01.
  8. "Arxivlənmiş surət". 2019-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-01.
  9. "Arxivlənmiş surət". 2021-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-01.
  10. "Arxivlənmiş surət". 2021-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-01.
  11. "Arxivlənmiş surət". 2012-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-01.
  12. "Arxivlənmiş surət". 2020-12-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-08-01.
  13. "Arxivlənmiş surət". 2016-07-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-08-01.
  14. "Arxivlənmiş surət" (PDF). 2019-08-06 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2021-08-01.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.