Kristallik sipər
Kristallik sipər (rus. кристаллический щит, ing. shield) — platformaların (kratonların) ən böyük (eni yüz və min km-ə çatan) müsbət strukturu. K. s. kristallik süxurlardan təşkil olunmuş qırışıqlı özül səthə çıxır. K. s. adətən uzun müddət formasını saxlayan yer qabığının qaldırılmış sahəsini təşkil edir. "Sipər" termini E. Zyüss (1885), "Kristallik sipər" isə N. S. Şatski (1947) tərəfindən təklif edilmişdir.[1]
Həmçinin bax
İstinadlar
- Kristallik sipər // Geomorfoloji terminlərin izahlı lüğəti. Bakı: "Elm". 2012. səh. 152. ISBN 978-9952-453-14-0.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.