Kris Teylor (geymdizayner)

Kristofer Teylor (ing. Christopher Taylor) — ABŞ kompüter, stolüstükart oyunu istehsalçısı.

Kris Teylor
Fəaliyyəti mühəndis

Həyatı

Kristofer Teylor ABŞ-nin Cənubi Kaliforniya bölgəsində anadan olmuşdur. O, "Interplay Entertainment" tərəfindən yayımlanan orijinal "Fallout" epizodunun baş dizayneri rolu ilə tanınır.[1][2] Teylor burada Tim Keyn, Leonard Boyarski və Ceyson Anderson ilə birlikdə çalışmışdır. "Interplay"də olarkən Teylor "Star Trek: Starfleet Command",[3] "Stonekeep"[4] və "Fallout 2" videooyunlarının dizaynına töhfə vermişdir. O həmçinin, "The Lord of the Rings Online" videooyununun prodüseri olaraq da çalışmışdır.

2005-ci ildə Teylor və digər iki "Fallout" dizayneri (Tom Deker və Skott Everts) stolüstü oyun və kart oyunu istehsalına yönəlmiş "Zero Radius Games" şirkətini təsis etmişdir. 22 sentyabr 2008-ci ildə "Interplay"in saytında Teylorun şirkətə yenidən qoşulduğu və "Fallout Online" üzərində çalışacağı açıqlanmışdır.[1] Buna baxmayaraq, seriyanın yeni sahibi olan "Bethesda" hüquqi yollarla layihənin ləğv edilməsinə nail olmuşdur.[5]

Teylor 2016-cı ildə satışa çıxarılan "Pillars of Eternity" əsasında yaradılmış "Pillars of Eternity: Lords of the Eastern Reach" stolüstü oyununun dizayneri idi.[6]

İstinadlar

  1. Spiess, Kevin. "Chris Taylor gets to work on Fallout MMORPG". Neoseeker. 24 September 2008. 14 June 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 September 2010.
  2. "Fallout (1997) Windows credits - MobyGames". MobyGames. 2022-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-01.
  3. McWhertor, Michael. "Interplay Brings Back Original Fallout Designer". Kotaku. 11 May 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 September 2010.
  4. Zysberg, Benjamin. "Stonekeep revient". factornews (French). 17 January 2010. 9 August 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 September 2010.
  5. "The rise and fall of Project V13, the online Fallout game that never was". The Verge. 2022-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-01.
  6. Hall, Charlie. "Playing the Pillars of Eternity tabletop game with Chris Taylor". Polygon. Vox Media. 5 August 2015. 23 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 July 2016.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.