Kriptovalyuta
Kriptovalyuta və ya qısaca kripto - mübadilə vasitəsi olaraq istifadə etmək üçün yaradılan rəqəmsal aktiv. Burada fərdi koin sahiblərinin qeydləri əməliyyat prosesini mühafizə etmək, əlavə koinlərin yaradılmasına nəzarət etmək və koin mülkiyyətinin ötürülməsini təsdiq etmək üçün güclü kriptoqrafiya istifadə edərək hazırlanan, komputerləşdirilmiş verilənlər bazası formasında mövcud olan ledcerdə saxlanılır.[1][2] Bu valyuta növü fiziki formada mövcud deyil (kağız pul kimi) və hər hansısa bir mərkəzi hakimiyyət tərəfindən dövriyəyə buraxılmır. Kriptovalyutalar tipik olaraq mərkəziləşmiş rəqəmsal aktivlərin və mərkəz bankçılıq sistemlərinin əksinə, desentralizasiyadan istifadə edir.[3] Kriptovalyuta buraxılmadan əvvəl zərb edildikdə və ya yaradıldıqda və ya tək bir emitent tərəfindən verildikdə, ümumi olaraq mərkəzləşdirilmiş sayılır. Desentralizasiyalaşdırılmış nəzarət prinsipi ilə tətbiq edilən hər bir kriptovalyuta bölüşdürülmüş ledcer vasitəsi ilə işləyir. Ən çox istifadə edilən ledcer vasitələrindən biri ictimai maliyyə əməliyyatı verilənləri olan blokçeyn texnologiyasıdır.[4]
Bitkoin ilk dəfə 2009-cu ildə açıq mənbəli proqram təminatı kimi buraxıldıqda ilk desentralizasiyalaşmış kriptovalyuta oldu.[5] Bitkoin yaradıldıqdan sonra digər kriptovalyutalar da yaradıldı.
Tarixi
1983-cü ildə amerikalı kriptoqraf Deyvid Çom e-pul olaraq adlandırılan, anonim, kriptoqrafik elektron pul barədə fikirləşdi.[6][7] Daha sonra o, Digicash vasitəsi ilə bunu reallaşdırdırdı.[8] E-pulun ilk formasında kriqtoqrafik elektron ödəmələr bankdan nağd pul çıxarmaq və alıcıya bunu göndərmədən əvvəl xüsusi şifrələnmiş kodlar hazırlamaq üçün istifadəçinin proqram təminatını tələb edirdi. Bu, rəqəmsal valyutanın emitent bank, hökumət və ya hər hansı üçün tərəfin təqibi olmadan istifadəsinə şərait yaratdı.
1996-cı ildə ABŞ Milli Təhlükəsizlik Agentliyi "Pulu necə zərb etmək olar: Anonim elektronik pulun kriptoqrafiyaı" başlıq məqalə nəşr etdi. Kriptovalyuta sistemini təsvir edən məqalə ilk dəfə MIT poçt siyahısında,[9] daha sonra 1997-ci ildə ABŞ Qanun Yenilənməsində nəşr edildi.[10]
1998-ci ildə Vey Day "b-money"-in təsvirini nəşr etdi. "b-money" anonim kimi xarakterizə edildi və təsvirdə elektron pul sisteminin necə bölüşdürdüyü göstərildi.[11] Az sonra, Nik Zabo "bit gold"-u təqdim etdi.[12] Bitkoin və bitkoindən sonra yaranan digər kriptovalyutalar kimi "bit gold" da elektron valyuta sistemi kimi xarakterizə edildi. "bit gold" istifadəçilərdən kriptoqrafik olaraq bir araya gətirilmiş və nəşr edilmiş həlləri olan iş sübutu funksiyasını tamamlamağı tələb edirdi.
İlk desentralizasiyalaşmış kriptovalyuta - bitkoin Satoşi Nakamoto təxəllüslü anonim biri tərəfindən 2009-cu ildə yaradıldı. Bitkoin içində iş sübutu sxemi olan, kriptoqrafik heş funksiyası SHA-256-dan istifadə etdi.[13][14] 2011-ci ilin aprelində internet senzurasını çətinləşdirən desentralizasiyalaşmış DNS yaratmaq üçün Neymkoin istehsal edildi. Bir az sonra, 2011-ci ilin okytabrında Laytkoin buraxıldı. O, SHA-256 əvəzinə, öz heş funksiyası kimi skript istifadə etdi. Digər çox bilinən kriptovalyuta Peerkoin iş sübutu və pay sübutu hibridindən istifadə etdi.[15]
6 avqust 2014-cü ildə Birləşmiş Krallıq öz Xəzinəsinə kriptovalyutaların öyrənilməsi və əgər olacaqsa, ölkə iqtisadiyyatında hansı rolu oynayacaqlarını tədqiq etməyi tapşırdığını elan etdi. Tədqiqatın nəticəsində nizamlamaların edilib-edilməməsi ilə bağlı izahat da verməli idi.[16]
Rəsmi izahı
Yan Lanskiyə görə kriptovalyuta aşağıdakı 6 şərti qarşılayan sistemdir:[17]
- Sistem mərkəzi iqtidarı tələb etmir: onun vəziyyəti bölüşülmüş konsensus vasitəsilə davam etdirilir,
- Sistem kriptovalyuta vahidlərini və onların mülkiyyətinin icmalını saxlayır,
- Sistem yeni kriptovalyuta vahidlərinin yaradılıb-yaradılmayacağını izah edir. Əgər yeni kriptovalyuta vahidi yaradılırsa, sistem onların mənşəyini n və yeni vahidlərin mülkiyyətinin necə təyin olunacağını izah edir,
- Kriptovalyuta vahidlərinin mülkiyyəti müstəsna və kriptoqrafik olaraq sübut edilə bilər,
- Sistem kriptoqrafik vahidlərinin mülkiyyətinin dəyişdiyi yerdə əməliyyatın aparılmasına icazə verir. Əməliyyat icmalı sadəcə bu vahidlərin hal-hazırkı mülkiyyətini sübut edən varlıqlar tərəfindən göstərilə bilər.
- Əgər eyni anda, eyni kriptoqrafik vahidin mülkiyyətinin dəyişdirilməsi ilə bağlı əmr daxil olarsa, sistem bunlardan maksimum birini icra edir.
2018-ci ilin martında kriptovalyuta (ing. cryptocurrency) sözü Vebster lüğətinə daxil edildi.[18]
Həmçinin bax
- Kriptovalyutaların siyahısı
- Ehtereum
İstinadlar
- Andy Greenberg. "Crypto Currency". Forbes. 20 April 2011. 31 August 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 August 2014.
- Polansek, Tom. "CME, ICE prepare pricing data that could boost bitcoin". Reuters. 2 May 2016. 23 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 May 2016.
- Allison, Ian. "If Banks Want Benefits of Blockchains, They Must Go Permissionless". International Business Times. 8 September 2015. 12 September 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 September 2015.
- Matteo D'Agnolo. "All you need to know about Bitcoin". timesofindia-economictimes. 26 October 2015 tarixində arxivləşdirilib.
- Sagona-Stophel, Katherine. "Bitcoin 101 white paper" (PDF). 13 August 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 11 July 2016.
- "Archived copy" (PDF). 18 December 2014 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 26 October 2014.
- "Archived copy" (PDF). 3 September 2011 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 10 October 2012.
- Pitta, Julie. "Requiem for a Bright Idea". 30 August 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 January 2018.
- "How To Make A Mint: The Cryptography of Anonymous Electronic Cash". groups.csail.mit.edu. 26 October 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 January 2018.
- Law, Laurie; Sabett, Susan; Solinas, Jerry. "How to Make a Mint: The Cryptography of Anonymous Electronic Cash". American University Law Review. 46 (4). 11 January 1997. 12 January 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 January 2018.
- Wei Dai. "B-Money". 1998. 4 October 2011 tarixində arxivləşdirilib.
- "Bitcoin: The Cryptoanarchists' Answer to Cash". IEEE Spectrum. 4 June 2012 tarixində arxivləşdirilib.
Around the same time, Nick Szabo, a computer scientist who now blogs about law and the history of money, was one of the first to imagine a new digital currency from the ground up. Although many consider his scheme, which he calls "bit gold", to be a precursor to Bitcoin
- Jerry Brito and Andrea Castillo. "Bitcoin: A Primer for Policymakers" (PDF). Mercatus Center. George Mason University. 2013. 21 September 2013 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22 October 2013.
- Bitcoin developer chats about regulation, open source, and the elusive Satoshi Nakamoto Arxivləşdirilib 3 oktyabr 2014 at the Wayback Machine, PCWorld, 26 May 2013
- Wary of Bitcoin? A guide to some other cryptocurrencies Arxivləşdirilib 16 yanvar 2014 at the Wayback Machine, ars technica, 26 May 2013
- "UK launches initiative to explore potential of virtual currencies". The UK News. 10 November 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 August 2014.
- Lansky, Jan. "Possible State Approaches to Cryptocurrencies". Journal of Systems Integration. 9/1. January 2018: 19–31. doi:10.20470/jsi.v9i1.335. 12 February 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 February 2018.
- "The Dictionary Just Got a Whole Lot Bigger". Merriam-Webster. March 2018. 5 March 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 March 2018.
Mənbə
- Chayka, Kyle. "What Comes After Bitcoin?". Pacific Standard. 2 July 2013. İstifadə tarixi: 18 January 2014.
- Guadamuz, Andres; Marsden, Chris. "Blockchains and Bitcoin: Regulatory responses to cryptocurrencies" (PDF). First Monday. 20 (12). 2015. doi:10.5210/fm.v20i12.6198.