Kreyq Mello

Kreyq Mello (ing. Craig Mello) — amerikan biokimyaçısı, 2006-cı ildə Endrü Fayrla birgə ribonuklein turşusunun interferensiyasının (əngəlləmə, genlərin ikiqat RNTnin tərəfindən susdurması) kəşfinə görə Nobel mükafatına layiq görülüb.

Kreyq Mello
Craig Cameron Mello
Doğum tarixi
Doğum yeri ABŞ, Konnektikut
Vətəndaşlığı ABŞ
Elm sahələri genetika, molekular biologiya
Elmi dərəcəsi
İş yerləri
Təhsili
Üzvlüyü
Mükafatları Nobel mükafatıFiziologiya və tibb üzrə Nobel mükafatı (2006)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Kreyq Mello 1982-ci ildə Braun Universitetinin biokimya fakultəsini bakalavr dərəcəsi ilə bitirmişdir. 1990-cı ildə Harvard Universitetində hüceyrə və inkişaf biologiyası üzrə doktor işini yazır. Ardından Fred Hatçinson adına Xərçəng Araşdırma Mərkəzində post-doktorant kimi çalışmışdır. Daha sonra Massaçusets Universitetinin Tibb fakültəsində Molekular Təbabət üzrə professor vəzifəsinə keçdi. Bundan başqa Hovard Hyuz adına Tibbi İnstitutunda araşdırmacı kimi çalışıb.

1998-ci ildə Endrü Fayrla birgə eukariotlarda genləri işə salan və söndürən RNT interferensiyasını kəşf edir [1]. Bu, birər genlərin funksiyasını incələnməsi üçün önəmli biotibbi araşdırma üsuludur. Bundan əlavə, RNT interferensiyasını müalicəvi məqsədlər üçün cəhd edilmişdir.

Üzvlüklər və ödüllər

2003 - Molekular Biologiya üzrə Amerikan Milli Akademiyasının Texniki Elmlər Ödülü
2003 - Biotibbi elmlər üzrə Wiley Ödülü
2004 - Massaçusetts Ümumi Hospitalının Uarren Üçillik Ödülü, Endrü Fayrla birgə
2005 - Kanadanın Gairdner Fondunun Uluslararası Ödülü, Endrü Fayrla birgə
2005 - Tibbin təməl elmlərində seçkin işlərinə görə Dr. Lüis S. Rosenştil Ödülü
2005 - Masri Ödülü, Endrü Fayrla birgə
2005 - Amerikan Milli Elmlər Akademiyasının üzvü
2006 - Biotibbi araşdırmasına görə Dr. Paul Yansen adına Ödül
2006 - Pol Erlix və Lüdviq Darmştedter Ödülü, Endrü Fayrla birgə
2006 - Fiziologiya və Tibbdə Nobel mükafatı, zusammen mit Andrew Fire [2]

İstinadlar

Həmçinin bax

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.