Krestovski adası
Krestovski adası — Şərqi Sibir dənizində, Medvejı adaları qrupuna daxil olan ada. İnzibati cəhətdən Yakutiya ərazisinə daxildir.
Krestovski adası | |
---|---|
rus. Остров Крестовский | |
Ümumi məlumatlar | |
Hündür nöqtəsi | 273 m |
Əhalisi | 0 nəfər (2011-ci il) |
Yerləşməsi | |
70°51′10″ şm. e. 160°37′40″ ş. u. | |
Ölkələr | |
Arxipelaq | |
Akvatoriya | |
|
|
|
Tarixi
Adanı ilk ziyarət edən Dmitriy Laptev olmuşdur. O, adanı Müqəddəs Antoniya adasıı' adlandırmışdır. 1655-ci ildə adanı Yakob Vyat ziyarət etmiş və burada heyvan izləri aşkarmışdır. Adanın dəqiq xəritəsini İvan Leontev, İvan Lısov və Aleks Puşkaryov 1769[1] ildə tərtib etmişdir. 1763-cü ildə çavuş Andreev adada qədim insanlara aid yaşayış izləri tapmışdır.
Adanın adını F. Vrangel 1823 ildə Krestovski[2] burnuna yaxınlığı ilə əlaqədar vermişdir.
Coğrafiyası
Kolıma boğazından 30 km şimal-şərqində, Kolıma çayından isə 130 km şimal-qərbində yerləşir. Arxipelaqın qərbində yerləşir.
Medvejı adalarının ən böyük adasıdır. Uzunluğu 16 km, eni şimalda 1,5 km, cənubda 9 km təşkil edir. Adanın şimalında Pioner buxtası vardır. Ən hübdür nöqtəsi Şapka dağı 273 metr hündürlüyə malikdir. Mərkəzində hündürlük 40–112 metrdir. Şimal hissədə 63 metr hündürlükdə Krestovski mayakı vardır.
Flora və fauna
Ada əaasən ot bitkiləri ilə örtülmümdür. Burada Şimal maralı, Qonur ayı, Canavar, Tülkü və kiçik gəmiriçilər yaşayır.
İstinadlar
- Магидович В. И., Магидович И. П. Очерки по истории географических открытий. т. 3. М., 1984.
- С. В. Попов. Морские имена Якутии. — Якутск: Якутское книжное издательство, 1987. — С. 45. — 166 с.