Kredit

Kredit (lat. creditum) — bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Həmin şərtlərlə pul vəsaitinin verilməsi haqqında götürülmüş hər hansı öhdəlik, qarantiya, zəmanət, borc qiymətli kağızlarının diskontla və ya faizlər alınmaqla satın alınması və müqaviləyə əsasən hər hansı formada verilmiş vəsaitin qaytarılmasını tələb etməklə bağlı digər hüquq da kredit anlayışına aiddir.[1]

Bu anlayışa Bank fəaliyyəti ilə əlaqədar birbaşa və ya dolayı yol ilə Bank tərəfindən nağd pul şəklində verilən ssudalar, yaxud Bank tərəfindən üzərinə götürülən öhdəliklər, o cümlədən overdraftlar, akkreditivlər, qarantiyalar və sair gözlənilən və gözlənilməyən öhdəliklər aiddir.[2]

Bank krediti

Bank krediti – bank tərəfindən borcalanla bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqları) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir.

Kredit sistemi

Kredit sistemi dedikdə, kredit-hesablaşma münasibətlərinin, kreditləşmənin forma və metodlarının və kredit-maliyyə institutlarının məcmusu başa düşülür.

Kredit sisteminin 2 forması mövcuddur:

  1. Funksional forma
  2. İnstitusional forma.

Funksional forma - kredit münasibətlərinin məcmusu, kreditləşmənin forma və metodları başa düşülür.

İnstitsional forma - maliyyə-kredit təşkilatlarının məcmusu, sərbəst pul vəsaitlərini bir yerdə cəmləşdirən və onları borc verən kredit sistemi başa düşülür.

Funksional formadan yanaşdıqda kredit sistemi bank, istehlak, kommersiya, dövlət, beynəlxalq kreditlə meydana çıxır. Kredit sisteminin institsional strukturunun aparıcı istiqaməti banklardır. Tarixən kredit sisteminin əsası kimi banklar çıxış edirdi.

Kredit sistemi o zaman bütöv və obyektiv olar ki, o , aşağıdakı 3 elementi özündə əks etdirsin:

  1. Kredit münasibətləri sistemini
  2. Kredit idarələri sistemini
  3. Kreditləşmə sistemini

Müasir kredit sistemi 2 əsas anlayışı özündə birləşdirir:

  1. Kreditləşmənin müəyyən formaları və metodları üzərində bazalaşan hesablama-kredit və ödəniş münasibətlərinin məcmusu
  2. Fəaliyyət göstərən maliyyə-kredit institutlarının məcmusu

Bank sisteminə malik istənilən ölkənin pul-kredit sistemlərinin əsasını Mərkəzi banklar təşkil edir. Mərkəzi bank ikipilləli bank sisteminin ilk pilləsində mövqe tutur. Mərkəzi bank ilk növbədə dövlətlə iqtisadiyyat arasında vasitəçidir və vasitəçi kimi qanunvericiliklə təsdiqlənmiş qanunlar vasitəsilə pul və kredit axınını tənzimləyən bir təşkilatdır. Kredit sisteminə daxil olan 2-ci qurum kommersiya banklarıdır. Kommersiya bankları –bank qanunvericiliyinin imkan verdiyi bütün əməliyyatları yerinə yetirirlər. Kredit sistemində mövcud olan digər bir qurum isə holdinqlərdir.

Kreditin əsas prinsipləri

  1. Təcililik
  2. Əvəzlilik
  3. Qaytarılma

Kreditin formaları[3]

Müasir dövrdə kreditin aşağıdakı formaları var.

  1. Dövlət krediti – zamanı borc verən və ya kreditor rolunda dövlətin özü çıxış edir.
  2. Kommersiya krediti – bir sahibkar tərəfindən digərinə əmtəələr formasında verilən kreditdir.
  3. Veksel krediti – banklar tərəfindən veksel sahiblərinə və təhcizatçılar tərəfindən alıcılara verilən kredit növüdür.
  4. İstehlak krediti – əhaliyə istehlak mallarının alınması və məişət xidmətlərinin ödənilməsi üçün verilən kreditdir.
  5. İpoteka krediti – əmlakın girov qoyulması əsasında verilən kreditdir.
  6. Kommunal krediti – kommunal təsərüfatın və mənzil tikintisinin ehtiyacları üçün verilən kreditdir.
  7. Kənd təsərüfatı krediti – kənd təsərüfatının inkişafı üçün nəzərdə tutulmuş kredit növüdür.
  8. Beynəlxalq kredit – borc kapitalının ölkələr arasında hərəkəti və fəaliyyətidir.

Kredit defoltu

Qanuna görə, bank işçilərinin və ya kollektorların ölü zərbəsini təhdid etmək, onu təhdidlərlə çağırmaq hüququ yoxdur, amma təcrübə göstərir ki, bu qaydanı çox vaxt laqeyd edirlər.[4]

Azərbaycanda kredit sistemi

Azərbaycanda kredit sistemi Mərkəzi Bankkredit təşkilatlarından ibarətdir. Bu sistemin ən mühüm tərkib hissəsi Mərkəzi Bankdır. Kredit təşkilatlarına isə banklarqeyri-bank kredit təşkilatları aiddir.[5]

Mənbə

  1. "BANKLAR HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU" (PDF). 2011-01-03 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2011-01-18.
  2. "Arxivlənmiş surət" (PDF). 2011-10-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2011-01-19.
  3. "Kreditin formaları". 2011-02-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-02-01.
  4. "Kredit ödəməsən nə olacaq?". 2022-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-04.
  5. "Azərbaycanda kredit sistemi". 2011-02-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-01-19.

[1]

Həmçinin bax

  1. "Ukraynadakı mikromaliyyə təşkilatları". 2019-11-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-11-02.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.