Krasnoyarsk su anbarı
Krasnoyarsk su anbarı — Yenisey çayı üzərində Krasnoyarsk SES tikintisi zamanı meydana gəlmiş su anbarı. Dünyanın ən böyük su anbarlarından biri hesab olunur. Rusiyada Bratsk su anbarından sonra ölçüsünə görə ikinci yerdədir. Anbar vadi tiplidir. Su həcmi 73,3 км3, sahəsi isə 2000 km2[1].
Krasnoyarsk su anbarı | |
Tepsey dağı və Krasnoyarsk su anbarı | |
55°06′ şm. e. 91°34′ ş. u. | |
Ölkə | Rusiya |
Rayon | Krasnoyarsk diyarı |
Şəhər | Krasnoyarsk |
Dəniz səviyyəsi | 243 m |
Uzunluğu | 70 m |
Eni | 15 m |
Sahəsi | 2.000 m² |
Həcmi | 73,3 m³ |
Sahil uzunluğu | 1500 km m |
Orta dərinliyi | 37 m |
Tökülən çaylar | Yenisey, Tuba çayı, |
Axan çaylar | Yenisey |
Ümumi məlumat
Su anbarının şimal sərhəddi Abakan şəhərinin yerləşdiyi rayondadır. Bu ərazidə Abakan çayı Yenisey ilə birləşir. Cənub sərhəddi isə Krasnoyarsk SES -in bəndi ilə bitir. Cənub və şimal sərhəddi arasındakı bir başa məsafə 250 km, ancaq ümumi uzunluq daha böyüküdür - 338 km. Su anbarının ən enli yeri 15 km-dir. Su səthinin dəniz səviyyəsindən hündürlüyü 243 metrdir.[2]
Su anbarına bir neçə yetərincə böyük çay tökülür: sağ sahildə — Tuba, Sisim, Sıda, sol sahildə — Biryusa. Anbar tikilənə qədər bu çaylar Yenisey çayına birləşirdi. Su anbarı tikildikdən sonra bir neçə körfəz formalaşdı. Bunlardan daha böyükləri — Tubin, Sıda, Karasuq, Sisim, Derben, Biryusin. Sahil boyu yerləşən qayalıqlarda bir çox mağaraların çıxışları mövcuddur. Bunlardan ən böyüyü Biryusin mağarasıdır. Onun uzunluğu 6 km-dir.[3]
Krasnoyarsk su anbarının doldurulması prosesi 1967-1970-ci illərdə həyata keçirilmiş. Anbarın su ilə doldurulması nəticəsində Sibirdə ilk rus məskunlaşma məntəqəsi su altında qaldı. Müasir Krasnoturinsk rayonu ərazisində yerləşən xakas tayfalarının Abakan qəsri də su anbarının suları altında qalmış. Bundan başqa bölgədə mövcud olmuş qədim yenisey qayaüstü yazıların çoxu su altında qaldı.[4]
Su anbarının ixtiofaunasına 26 balıq və çənəsizlərin bir növü olan Sibir minoqası daxildir.
Şəkillər
İstinadlar
- Вышегородцев А. А., Космаков И. В., Ануфриева Т. Н., Кузнецова О. А. Красноярское водохранилище. Новосибирск. Наука.2005.212
- Красноярское водохранилище: мониторинг, биота, качество вод. — Красноярск: Сибирский федеральный университет, 2008. — С. 34—71, 247—281. — 538 с.
- "Arxivlənmiş surət". 2022-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-12.
- В форме эстампажей, выполненных Аннинским и его учениками в технике контактного микалентного копирования, изобретённой членом Союза Художников России В. Ф. Капелько.