Kral Ceymsin Bibliyası

"Kral Ceymsin Bibliyası" (ing. King James Bible, abr. KCB) və ya "Kral Ceyms versiyası" (ing. King James Version, abr. KCV) — Bibliyanın anqlikan kilsəsi üçün 1604-cü ildə yazılmağa başlanmış, 1611-ci ildə tamamlanmış və İngiltərə kralı VI və I Ceymsin[lower-alpha 1][lower-alpha 2] maliyyəsi ilə nəşr edilmiş ingilis dilinə tərcüməsi. "Kral Ceymsin Bibliyası" bu vaxta qədər təsdiqlənmiş "İcazə verilmiş versiya" (ing. Authorized Version, abr. AV) statusunu daşıyırdı.

Kral Ceymsin Bibliyası
ing. King James Bible
«İcazə verilmiş versiya» tərcüməsinin 1611-ci ildə Kornelis Boel tərəfindən çap edilmiş birinci buraxılışının başlıq səhifəsi. Burada, həvari Pyotr və Pavel, mərkəzi mətnin üzərində əyləşdiriliblər. Onların yanlarında Musa və Aaron dayanır. Səhifənin dörd küncündə dörd yevangeliyanın müəllifləri Matfey, Mark, Luka və İohann simvolik heyvanları ilə əyləşdirilmişdir. Qalanları Pyotr və Pavelin ətrafında dayanan Həvarilərdir (İuda uzaqlara baxır). Səhifənin ən yuxarısında ivrit diakritik işarələri ilə "יְהֹוָה" – Tetraqrammaton yazısı yazılmışdır.
«İcazə verilmiş versiya» tərcüməsinin 1611-ci ildə Kornelis Boel tərəfindən çap edilmiş birinci buraxılışının başlıq səhifəsi. Burada, həvari PyotrPavel, mərkəzi mətnin üzərində əyləşdiriliblər. Onların yanlarında MusaAaron dayanır. Səhifənin dörd küncündə dörd yevangeliyanın müəllifləri Matfey, Mark, Lukaİohann simvolik heyvanları ilə əyləşdirilmişdir. Qalanları Pyotr və Pavelin ətrafında dayanan Həvarilərdir (İuda uzaqlara baxır). Səhifənin ən yuxarısında ivrit diakritik işarələri ilə "יְהֹוָה" – Tetraqrammaton yazısı yazılmışdır.
Müəllif 52 nəfər
Janr müqəddəs Kitab
Mövzu Bibliya
Orijinalın dili ivrit dili
Ölkələr  İngiltərə
Orijinalın nəşr ili 1611
Nəşr Robert Barker
Səhifə təx. 1.200
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Kral Ceymsin Bibliyası" işinin kitablarına Yəhudi Bibliyasından 39 kitab, Apokrifdən 14 kitabdan ibarət bir vəsiyyətnamələrarası hissə və Əhdi-Cədiddən 27 kitab daxildir. Tərcümə yazısı "üslub əzəməti"nə görə qeyd edilir. Kitab həmçinin, ingilis mədəniyyətinin ən əhəmiyyətli kitablarından biri[2] və ingilisdilli dünyanın formalaşdırılmasında hərəkətverici qüvvə hesab edilir.[3]

Tərcümə ilk dəfə Robert Barker tərəfindən çap edilmişdir və anqlikan kilsəsi səlahiyyətliləri tərəfindən təsdiqlənmiş Bibliyanın ingilis dilinə üçüncü tərcüməsi idi. Onlardan birincisi kral VIII Henri hakimiyyəti dövründə nəşr edilmiş "Böyük Bibliya" (1535), ikincisi isə kraliça I Elizabet hakimiyyəti dövründə nəşr edilmiş "Yepiskoplar Bibliyası" (1568) idi.[4]

Struktur

"Kral Ceymsin Bibliyası" Yəhudi Bibliyasından 39 kitabdan, Apokrifdən 14 kitabdan və Əhdi-Cədiddən 27 kitabdan ibarətdir.

Qeydlər

  1. Ceyms 1567-ci ildə Şotlandiya taxtına VI Ceyms olaraq, 1603-cü ildə isə İngiltərə və İrlandiya taxtına I Ceyms olaraq çıxmışdır. Buna görə də, onun adının düzgün forması – "VI və I Ceymsin".
  2. "And now at last, ... it being brought unto such a conclusion, as that we have great hope that the Church of England (sic) shall reape good fruit thereby ..." [1]

İstinadlar

  1. KJV Dedicatorie, 1611
  2. "400 years of the King James Bible". The Times Literary Supplement. 2011-02-09. June 17, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 12, 2011.
  3. "The King James Bible: The Book That Changed the World – BBC Two" (ingilis). BBC. March 12, 2011. June 28, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 12, 2019.
  4. Daniell, 2003. səh. 204

Mənbə

  • Anon. The Elizabeth Perkins Prothro Bible Collection: A Checklist. Bridwell Library. 1996. ISBN 978-0-941881-19-7. 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-12.
  • Barber, Charles Laurence. Early modern English (second). Edinburgh: Edinburgh University Press. 1997. ISBN 0-7486-0835-4.
  • Bobrick, Benson. Wide as the waters: the story of the English Bible and the revolution it inspired. New York: Simon & Schuster. 2001. ISBN 0-684-84747-7.
  • Bois, John; Allen, Ward; Walker, Anthony. Translating for King James; being a true copy of the only notes made by a translator of King James's Bible, the Authorized Version, as the Final Committee of Review revised the translation of Romans through Revelation at Stationers' Hall in London in 1610–1611. Taken by John Bois ... these notes were for three centuries lost, and only now are come to light, through a copy made by the hand of William Fulman. Here translated and edited by Ward Allen. Nashville: Vanderbilt University Press. 1969. OCLC 607818272.

Ədəbiyyat

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.