Krım xan sarayı
Krım xan sarayı — Krım xanlarının sarayı olub, Bağçasaray şəhərində yerləşir. Bağçasaray 1530-1783-cü illərdə Krım xanlığının paytaxtı olmuşdur. Hazırda saray dünyanın dörd bir yanından gələn ildə təxminən 200.000 ziyarətçini qəbul edir. Bundan başqa, cənub-şərqi Avropada Türk-İslam mədəniyyətinin bir abidəsi kimi xüsusi əhəmiyyətə malikdir.
Krım xan sarayı | |
---|---|
44°44′55″ şm. e. 33°52′55″ ş. u. | |
Ölkə | Ukrayna/ Rusiya |
Şəhər | Bağçasaray |
Yerləşir | Bağçasaray |
Sifarişçi | I Sahib Gəray |
Tikilmə tarixi | XVI əsr |
Üslubu | Osmanlı memarlığı |
Vəziyyəti | muzey |
Rəsmi sayt | handvorec.ru |
UNESCO Ehtiyat Siyahısı | |
Rəsmi adı: Bagçesaray Palace of the Crimean Khans | |
Tipi | Mədəni |
Kriteriya | i,iii,v,vi |
Təyin edilib | 2003 |
İstinad nöm. | 1820 |
Dövlət | Ukrayna |
Region | Avropa |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Krım xan sarayı bir-birinə bağlı ancaq müxtəlif vaxtlarda inşa edilmiş binalardan meydana gələn böyük bir kompleksdir. Topqapı sarayının kiçik amma zərif bir bənzəri kimidir.
XVI əsrin əvvəllərində (1503-cü ildə) Krım Xanı I Mənqli Gəray xan dövründə tikintisinə başlanan saray, ondan sonrakı xanlar tərəfindən də genişləndirilərək bugünkü möhtəşəm halına qovuşmuşdur. Tikintisində İrandan, Anadoludan və İtaliyadan ustalar ilə Rus və Ukraynalı kölələr çalışmışdır. Saray ümumi görünüş olaraq Osmanlı saraylarından, xüsusilə də Topqapı sarayından qabarıq izlər daşıyır. Bunda İstanbulda yetişən Krım xanlarının geri qayıdanda İstanbulda gördüklərini Sarayda tərtib etmələri təsirli olmuşdur.
Övliya Çələbi Sarayı- "Dörd yanı qala kimi dörd künclü, bərkidir divarlı bir saray" kimi danışmaqda və ətrafının beş min altmış addım olduğunu, dörd bir tərəfində dəmir qapıların, tərkibində də zərbxana, mətbəx, ərzaq anbar, hamam və s. tikililərin olduğunu bildirmişdir.
Saray bir tərəfdən Krım xanlığının idarə olunduğu bir inzibati mərkəz ikən, digər tərəfdən də bir çox mədəni fəaliyyətə də ev sahibliyi edirdi. Krım xanı Gəray Xanın (1758-1764) bir rəsm kolleksiysının yerləşdiyi sarayda Molireden oyunlar oynanırdı.
Saray, ilk dəfə 1736-cı ildə General Münnich, 1737-ci ildə General Lassi və 1771-ci ildə Knyaz Dolgorukovun orduları tərəfindən darmadağın edilmişdir. Xüsusilə I Səlim Gəray Xan tərəfindən yaradılan və baha verilməyən minlərlə əl yazmadan ibarət məşhur kitabxana yanıb kül olmuşdur. Bu ağır hücumların ardından saray və şəhər yenidən təmir edilsə də bu təmirlər sarayın ilk keçirildiyi dövrdəki özünəməxsusluğunu də getdikcə ortadan qaldırmış və Osmanlı saraylarına daha çox oxşar bir hala gəlmişdir.
Krımın 1783-cü ildə Rus Çarı tərəfindən işğalın ardından, Çariça II Yekaterinanın direktivləri bir Fransız memara sarayın planı çıkartdırılmış, sonra aparılan bərpa da sarayın möhtəşəm görünüşü əhəmiyyətli dərəcədə məhv edilmişdir. Saray xüsusən Krım müharibəsi əsnasında 1854-1855-ci illərdə xəstəxana kimi istifadə edilmiş və bu dövrdə saray böyük ölçüdə zərər görmüşdür. 1914-cü ilə aid bir səyahət rəhbərində Sarayda aparılan bərpa işlərinin sarayın əzəmətinə böyük zərbə vurduğu bildirilirdi. 1955-ci ildən saray kompleksi içində Bağçasaray Tarix və Arxeologiya muzeyi yerləşir. Saray bəzi döyüş filmlərində dekorasiya kimi də istifadə edilmişdir.
Sarayın içində bir-birindən qiymətli sənət əsərləri və hekayələri ziyarətçilərini dərindən təsir edir. Vaxtilə atlı süvarilərin maneə atdığı sarayın həyətində, artıq sarayı gəzmək üçün gözləyən çoxsaylı turist qrupları gözləyir. Sarayı rəhbəriniz altında gəzməyə başlayarkən hər yerdə sizə deyiləcək ayrı bir tarixin və hekayənin olduğunu görəcəksiniz. Göz yaşı çeşməsində mərmərə işlənən bir sevda, Puşkinin Bahçasaray Bulağı şeirinin misralarında isə, bu böyük məhəbbətin ölməz izlərini taparsınız. Demirkapı sizə Krım Xanlığının əzəmət və qüdrəti haqqında ipucu verəcək. Qızıl Bulaq, keçmişdəki zənginliyindən izlərini daşıyarkən, Qızıl Otaqda əzəmət və dəbdəbə, Hərəmxanada keçmişin sirrlərini dərindən dərinə tənəffüs edirsiniz əslində. İki minarəli Hancamii isə estetik gözəlliyin səmaya açılan zərif əlləridir.
Krım xan sarayı muzeyi
1917-ci ildə görkəmli sənətkar, tarixçi və arxeoloq Üsein Bodaninskinin işləri ilə Sarayda bir muzey yaradılmış və Krım Tatarlarına aid bir çox qiymətli eksponat muzeydə toplanmışdır. Amma 1944-cü ildə Krım tatarlarının sürgün edilməsinin ardından muzey bağlanmış və bir çox qiymətli əsər keçən zaman içərisində itmişdir. 1950-ci ildə "Şərq Muzeyi" adı ilə ziyarətçilərə qapılarını açan saray nümayiş etdirilən və anbarlarda saxlanılan minlərlə əsəri Krım tatarlarının ən mühüm tarixi kimi nümayiş etdirir.
Hazırda muzeyə Sərvər Əbubəkr rəhbərlik edir. Ömrünü Krım- Tatar mədəniyyətini dünyaya tanıtmağa və sarayı yaşatmağa həsr etmiş bu əzmli insan və qrupunun səyləri sayəsində, muzeyə xeyli yeni eksponat gətirilmiş və sarayın xarab vəziyyətdəki bir çox hissəsi bərpa edilərək ziyarətə açılmışdır.
Saraya Çürüksu dərəsi üzərindəki daş körpüdən keçilərək girilir. Əsas qapıdan, həyətə girəndə sağ tərəfdə muzeyin ana girişi, sol tərəfdə isə, bilet kassaları, Xan məscidi, qəbiristanlıq, hamam və digər yardımçı binalar yerləşir. Ağacların kölgəsindəki geniş həyət, eyni zamanda ziyarətçilərin istirahət edəcəyi baxımlı bir bağça şəklindədir. Xüsusilə yaz aylarında turistlərin sıx bir şəkildə ziyarət etdiyi sarayda ziyarətçilər, qruplar halında rəhbərləri altında muzeyi gəzirlər.
Bilet alınıb rəhbər altında sarayın muzey qapısından içəri girdikdə, girişdə sağda yer alan sarayın baş planın qarşısında qruplara Krım tatarları, Krım xanlığı, Krım xan sarayının tikilişi və bənzəri məsələlərdə uzun-uzadı izahatlar verilir. Deyilənlərə və sarayın planına baxdıqda, bir çox binanın Ruslar tərəfindən aradan qaldırılmış olduğu bəlli olur.
Dəmirqapı
Sarayın girişində qarşılaşılan ilk mühüm əsər, Dəmirqapıdır. İkinci həyətə açılan geniş bir giriş qapısı olan dəmirqapı, İtalyan memar Alevizio Novı tərəfindən düzəldilmişdir. Rus çarının dəvəti ilə Krımdan sonra Moskvaya gedən İtalyan memar, Krımda saxlanılıb sarayın inşasında tapşırılanda, tipik İntibah dövrü xüsusiyyətlərini daşıyan bu əsəri meydana gətirmişdir. Dəmirqapı 1503-cü ildə I Mənqli Gəray xan tərəfindən Salacakdakı köhnə saraydan gətirdilərək indiki yerinə qoyulmuşdur. Mərmər portal, korent başlıqlı titullar, söylər ilə yarımdairə formasında bir fronton və incilərlə işlənmiş quruluşlu intibah bəzəmələri diqqətçəkicidir. Xüsusilə fronton hissəsindəki Krım xanlığının rəmzi Daraq Tamga dərhal gözə çarpır.
Qapının kitabəsində bu ifadələr yer alır: "Bu sarayın sahibi və bu məmləkətin hökmdarı, ulu sultan Mənqli Gəray, Hacı Gəray Xanın oğlu. Allah onu və onun nababasını hər iki dünyada qorusun. Bu qapı, iki qitənin (Avropa və Asiya) sultanı və iki dənizin xaqanı, (Azov və Qara Dəniz) Xan Hacı Gəray Sultanın oğlu Mənqli Gəray Xan əmri ilə yaradılmışdır".
Dəmirqapı ehtişamlı görünüşündən gərək ki, Krım tatar tarixinin, xüsusilə XX əsrin başındakı bir çox mühüm hadisələrə şahidlik etmişdir. Krım Demokratik Respublikasının quruluşu və bənzəri bir çox mühüm hadisə bu qapının önündə çəkilən fotoşəkillərlə əbədiləşdirilmişdir.
Bulaqlı həyət
İntibah tərzi bəzəkləri ilə diqqəti çəkən və 1733-cü ildə Kaplan Gəray xan dövründə tikilən Qızıl bulaq, görülməsi vacib olan digər bir tarixi əsərdir. Qızıl tozu ilə işləmələri bəzənən bulağının üst qabarıq hissəsini rumi bəzənmiş, üstünə sülüs yazı yazılmışdır.
Göz yaşı bulağı (Bağçasaray bulağı)
Sarayın ən məşhur yelərindən biri Göz yaşı bulağıdır. Krım xanı Krım Gəray Xan tərəfindən, çox sevdiyi və gənc yaşında ölən həyat yoldaşı Dilarə Bikeçin xatirəsinə "Dünya durduqca bu bulaq də mənim kimi ağlasın" deyərək Bağçasaraylı bir daş ustasına (bəzilərinə görə İranlı Ömər ustaya) 1763-cü ildə bu bulağı inşa etdirmişdir. Bəzi mənbələrə görə isə Krım Gəray xan hərəmində Mariya Potocka adında Lex əsilli gənc bir xanımı görən kimi aşiq olur. Xanım Krım xanının məhəbbətinə qarşılıq vermir və ölür. Gəray xan elə kədərlənir ki, məhəbbətini ifadə etmək üçün ən yaxşı heykəltəraşı daşdan bir ağlayan heykəl düzəltməsini əmr edir. Və beləcə şeirlərə mövzu olan dillərə dastan Bağçasaray daş bulağı yaradılmış olur.
Bulaq əsl yerində hər bir su damcısının çıxardığı səs insana ağlama-hıçkırıq səsi kimi gəlir və qulaq asana dərindən təsir edirmiş. Bulaq bugünkü yerinə qoyulanda, bulağın bu orjinallığı itmişdir. Bulağın üzərindəki şəkillərin mənaları da bulağının tikiliş hekayəsini təsdiq edir. Mərmərdən düzəldilmiş gül göz yaşları dolu bir göz mənasına gəlir. Göz yaşları ürək kurnesini (yuxarıdakı böyük quruculuğuna) kədərlə doldurur. Zaman bütün acıları yüngülləşdirir (iki kiçik quruculuğuna), lakin zehində qalanlar yenə də acı xatırladır (ortadakı böyük quruculuğuna) və həyat beləcə davam edib gedər (fondakı spiral).
Tikiliş hekayəsi və tarixdə qoyduğu izlər, bu bulağın ziyarətçilərinə dərindən təsir göstərmiş və şöhrətinin hər tərəfə yaymışdır. Bulaq tikildiyi tarixdən etibarən "Göz yaşı bulağı" kimi adlandırılmışdır. Məhz o gündən bulağın su xəzinəsinə qoyulan və hər gün yenilənən sarı və qırmızı güllər, bir-birini sevən bu iki insanın simvoludur.
1822-ci ildə məşhur Rus şair və yazıçı Puşkin, sürgündə ikən sarayı gəzmiş və bulağın hekayəsindən çox təsirlənmiş və "Bağçasaray bulağı" adlı əsərini qələmə almışdır. Şeir o dövrdə Çar Rusiyasında və Avropada məşhur olmuşdur.
Adına bulaqlar qurulan, şeirlər yazılan Dilarə Bikeçin türbəsi Bağçasarayda Xan sarayı divarına bitişikdir. Bəzi mənbələrdə Göz gaşı bulağının türbənin divarına bitişik olaraq tikildiyi də bildirilir.
Divan zalı
Bulaqlı həyətin xarici küncündə yer alan Divan zalının orjinalında üç tərəfi açıq idi. Ancaq ruslar tərəfindən otağın bağçaya açılan üç tərəfi rəngli şüşələrlə örtülərək bugünkü halına gətirilmişdir. Ortasında kiçik bir fəvvarənin axdığı salonda keçmişdən günümüzə yalnız üç dənə sidr tatami orijinal halı çatmışdır.
"Şanı yüksək Xanlar hansı divanın taxtında otursa, bütün qapı qulları və qaraçı haqları əl qaldırıb, ədəb və üsul kimi yerlərində dayanırlar. Xanın sağ tərəfində Titul Sultan oturur. Onun Krım ölkəsindəki taxt mərkəzi Akmescit şəhəridir. Xanın sol tərəfində Nureddin Sultan oturur. Divan iclasından sonra böyük ziyafət verilir". Vaxtilə Krım xanlığının gündəlik məsələlərinin müzakirə edilib qərar verildiyi Divan zalı, artıq turistləri qəbul edir.
Məscid
Divan zalının düz yanında 1741-ci il tarixli yatıq düzbucaqlı formalı bir məscid yerləşir. Daş bünövrəli bu kiçik formalı binada günümüzdə əlyazma Quranlar və müxtəlif dini motivli əşyalar nümayiş etdirilir və bura gələn turistlərə İslam dini haqqında müxtəlif məlumatlar verilir.
Hərəm dairəsi
Turistlərin sarayda ən çox maraq etdikləri yerlərdən biri də Hərəmxana dairəsidir. Vaxtilə dörd böyük müstəqil binadan ibarət Hərəmxana dairəsindən günümüzə (digər üç bina Ruslar tərəfindən ortadan qaldırıldığı üçün) təkcə bir bina çata bilib.
Bir neçə pilləli pilləkənlə çıxılan Hərəm Dairəsinin girişindəki divarda Krım-Tatar evlərinə aid erker tərzi taxta qəfəslər, otaqlarında isə Krım xanlarının ailələri ilə birlikdə gündəlik həyatlarında istifadə etdikləri müxtəlif geyim və əşyalar nümayiş etdirilir.
Hərəm dairəsinin arxasındakı bağda vaxtilə Xanın xanımları və uşaqları oynayarmışlar. Bağçada yer alan "Ay nənni bulağı"ndan su içənlərin gəncləşməsinə inanıldığı üçün ziyarətçisi də və su içənləri də çoxdur.
Xidmətçi otaqları
Xanlıq dövründə sarayın xidmətçilərinin qaldığı hissələr olan bu otaqlar günümüzdə Krım tatarlarına aid etnoqrafik əsərlərin (paltarlar, mətbəx ləvazimatı, mebellər, fotoşəkillər və gündəlik həyata aid digər materiallar) nümayiş olunduğu sərgi salonlarına çevrilmişdir. Bu hissədəki otaqlardan birində də İsmayıl Bəy Gaspralıya aid müxtəlif əşyalar və tarixi sənədlər nümayiş etdirilir. Daha əvvəllər 1944-cü ildə Krım tatarlarının deportasiya ilə bağlı şəkil və sənədlərin nümayiş olunduğu otaq isə artıq mövcud deyil.
Xan məscidi
Krım xan sarayının ümumi görünüşü ilə mükəmməl bir harmoniya yaradan Xan məscidi bugünkü mənzərəsini 1740-1743-cü illərdə almışdır. İlk inşa edildikdə günbəzli bir quruluş olan məscid, 1736-cı ildə General Münnich komandanlığı altındakı Rus qoşunları tərəfindən darmadağın edildikdən sonra, bugünkü görünüşü ilə Səlamət Gəray xan tərəfindən yenidən tikilmişdir. Məscid bəzi mənbələrə görə Göz Yaşı bulağını da memarı olan İranlı Ömər Usta tərəfindən 1763-cü ildə inşa edilmişdir.
Zəngin bəzəkli daş oymalı mehrabı, çox xoş taxta minbəri və iki incə minarəsi saray ilə tam bir harmoniya içindədir. Qarşısında qapalı son camaat yeri, yanlarda aşırımlar vardır. Cənub-qərb guşəsində zəngin bəzəkli Padşah Mahfilinə dik bir taxta pilləkən ilə çıxılır. Bunun divarları Türk çiniləri ilə örtülüdür.
Məscid yalnız ümə günləri ibadətə açıqdır. Xüsusilə Bağçasarayda yaşayan Krım tatarlarının namaz vaxtında məscid görülməyə dəyər bir gözəllikdi
Qəbiristanlıq
Xan məscidinin dərhal yanı başındakı qəbiristanlıq hissəsi Çar və Sovet dövründə ağır bir təxribata məruz qalmışdır. 1944-cü il sürgünündən sonra qəbiristanlıq ümumi bir talana məruz qalmış və məzar daşlarına qədər hər şey viran edilmişdir. Qəbir daşlarının bir çoxu inşaatlarda tikinti materialı olaraq istifadə edildikləri üçün tapılmamışdır. Bir az torpağın altından və ya heç əlaqəsi olmayan müxtəlif yerlərdən gəlmiş və bu əcdad yadigarı istirahatgahın yenidən ayağa qaldırılmasına çalışılmışdır.
Qəbiristanlıqda 1592-ci ildən etibarən Tatar xanlarının və həyat yoldaşlarının məzarları yerləşir. Qəbiristanlıqda yer alan künbəzləri qurğuşun örtüklü iki türbədə Krım Xanlarından I Mənqli Dövlət Gəray xan, II Qazi Gəray xan, III İslam Gəray xan və IV Mehmed Gəray xanın qəbirləri yer alır. İki türbənin yanında açıq türbə isə II Mənqli Gəray xana məxsusdur. Qəbiristanlığın yanındakı bağın başındakı zərif türbədə isə, Krım Gəray xanın gənc yaşda ölən həyat yoldaşı Dilarə Bikeçin qəbri yerləşir. Qəbiristanlıqda türbələrin başqa sahədə Krım Gəray xan, Arslan Gəray xan, II Səlim Gəray xan kimi Krım xanları ilə Titul sultanların və digər xanədan nümayəndələrinin qəbirləri yerləşir. Qəbiristanlığın cənub-şərqində pəyələr, şərqində arxa bağçada isə bir cüt hamam yer yerləşir. Olduqca daxma halda bu hissənin bərpa edilməsinə ehtiyac var.
Qızıl otaq
Kırım xan sarayının bəzi hissələrində bərpa işləri davam etdiyi üçün, bəzi hissələr isə bərpaya ehtiyac duyduğu üçün turistlərə bağlıdır. Bu hissələrdən biri də Qızıl otaqdır. Mövqeyi etibarilə sarayın ən hakim nöqtəsində yer alır. Həyətin və Divan zalının divarına bitişik, böyük xarici həyətə böyük bir çıxıntı halında uzanan bu xüsusi hissə 1764-cü ildə tikdirilmişdir. İki pəncərə ilə işıqlanan Qızıl otaqda 24 ədəd bəzəkli tavanda, bir-birinə keçən hissələr qabarıq olaraq işlənmişdir. Sidrlər, tünd qırmızı məxmər üzərinə qızıl sırıq naxışlı parçalarla döşənilidir. Divar bəzəklərində isə, mavi rəng hakimdir. Divarlara o dövrün bir şairinin dilindən, gözəllikləri tərifləyən beyt yazılıb.
Sarayın Divan zalının olduğu meydandan ikinci mərtəbəyə çıxanda Elçi qəbul salonuna düşülür. Krım xanının qəbuluna gələn elçilərə Xanlığının əzəmətini göstərməsi üçün, bu otaqda dəbdəbəli tərzdə bəzəmələr edilmişdir.
Elçi qəbul salonundakı iki böyük eyvandan birinda xan, digərində isə musiqi heyəti oturardı. Bu salonun fonu mərmər döşəmə, üstünə həsir; Tavan, taxta və naxışlarla bəzəklidir.
Yaz çardağı
XVII əsrdə inşa edilən yaz çardağı XVIII əsrdə yenidən tikilib. Çardağın ortasında Türk barokko stilində mərmərdən kiçik bir fəvvarə var.
Təmiz hava, işıq və fəvvarənin sakitləşdirici səsi ilə dolu bu otaq divan toplantılarından sonra çox gözəl bir istirahət yeridi.
Xan və idarəedicilər burada söbbət edər, musiqi dinləyir və yüngül yeməklər yeyərdilər. Sarayda bir çox musiqiçi olardı. Ədəbiyyat Krım xanlığı mədəniyyətinin inkişaf etmiş bir hissəsi idi. Krım yaxın şərq ədəbiyyatına bir çox şair və yazıçı qazandırıb. Hətta bunlardan bəziləri sülalə nəslindən gəlir.
Həlim Gəray, Rammal Xoca, Məhəmməd Rza, Mehmed Senai kimi bir çox Krım Tatar yazıçılarnın əsərləri müasir tarixçilər üçün mənbə təşkil etmişdir. Bora Qazi Gəray, Bahadır Gəray, Əl-Hacı Səlim Gəray kimi bəzi xanlar şeirlər yazıb, musiqi əsərləri yaratmışdılar. Məsələn, Bora Qazi Gəray, Qəzayi təxəllüsü ilə tanınan məşhur bir şairdir. Krım xanlığı şairlərinin gördüyü işlərdən bəziləri son illərdə xalqa Krım-Tatar mədəniyyətini xatırlamaq üçün yenidən nəşr olunmuşdur.
Çardağın pəncərəsindən görünən, çiçəklərlə dolu, hovuzlu həyət yenidən canlandırılan bir digər gözəl məkandır. Sarayın soylu yerliləri bu bərəkətli bağda yürüşlər edirdilər. Hovuzlu otağın mərkəzində bəzəkli hovuza su tökən mərmər fəvvarə yerləşir.
Şahin qülləsi
Hərəm dairəsinin qarşı həyət bağça divarına bitişik vəziyyətdəki Şahin qülləsi, Krım xanı və saray əyanlarının mərasimləri və ətrafı seyr etməsi üçün inşa edilmişdir. Bərpası başa çatmasına baxmayaraq hələ də ziyarətçilərə bağlıdır.
Sarıgözəl hamamları
Dəmir qapının qərbində xarici tində 1533-cü il tarixində tikdirilən Sarıgözəl hamamları yerləşir. Altdan istilik sistemi ilə qızdırılan hamam, asimmetrik planlı olub, soyunma yeri, soyuqluq və istilik kimi üç hissə halında tikilmişdir.
Mənbə
- Hansaray Arxivləşdirilib 2015-04-24 at the Wayback Machine
- Ханский дворец- Бахчисарай.
- Бахчисарайский ханский дворец Arxivləşdirilib 2015-04-27 at the Wayback Machine