Krım Muxtar Respublikası gerbi
Krım gerbi (ukraynaca:Герб Автономної Республіки Крим) — Krım Muxtar Respublikası və Krım Respublikasının rəsmi gerbidir. 1992-ci ildən etibarən istifadə olunmasına baxmayaraq, 21 aprel 1999-cu ildə rəsmi olarak qəbul edilmişdir.[1]
Krım Muxtar Respublikası gerbi | |
---|---|
Detallar | |
Armiger | Krım Muxtar Respublikası və Krım Respublikası |
Təsis edilib | 24 sentyabr 1992 |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
1944-cü ildə Krımın tatar əhalisi almanlarla əməkdaşlıqda ittiham edilərək Krımdan sürgün edildilər. Bundan sonra Krımın muxtariyyəti də ləğv olundu. 1954-cü ildə isə Krım oblastı Ukraynanın Rusiyaya birləşdirilməsinin 300 illiyi münasiətiylə Ukraynaya verildi. Sovet İttifaqı çökməyə başladığı zaman Krımın muxtariyyəti yenidən bərpa edildi. Məhz bu zaman - 1992-ci ildə Krımın gerbi olaraq bu gerbin istifadəsnə başlanıldı. Rəsmi olaraq isə, 1999-cu ildən istifadə edilmişdir.
2014-cü ildə Rusiyanın Krımı işğal etməsindən sonra muxtariyyət ləğv edilmiş və gerbin istifadəsi faktiki olaraq dayandırılmışdır.[2]
Haqqında
Gerb qırmızı Varyaq qalxanı və sağ pəncəsində mavi inci tutan, sağa dönük gümüşü qrifondan ibarətdir. Qalxanın hər iki tərəfində də bəyaz sütun vardır. Qalxanın üst tərəfində isə doğan günəş vardır. Qalxanın altından iki sütuna da sarılmış Krım bayrağı keçir. Mavi, bəyaz və qırmızı rəngli zolağın üzərində Krımın şüarı - Birlik içində rifah - yazılmışdır.
Varyaq qalxanı uzun illər önəmli ticarət yollarının Krımda kəsişməsinin simvolu kimi gerbə əlavə edilmişdir.[3] Qalxanın üzərindəki qırmızı rəng Krımın dramatik və qəhrəman tarixinin rəmzidir.[3] Qara dənizin şimalındakı bölgələr tez-tez qrifonla təmsil edilir. Həmçinin qrifon Krımdakı antik yunan koloniyaları olan Pantikapaeum və Xersones Taurikanın gerbləri olaraq da bilinir. Krımın bir çox yerlərindəki antik abidələrin üzərində qrifon rəsmləri də vardır.[3]
Səsləndirilən bir digər versiyaya görə qrifon pəncəsi üzərindəki incinin Krımın dünyanın incisi olduğunun və qrifonun isə bu gənc respublikanın qoruyucusu olduğunun rəmzləridir.[3] İncinin mavi olması Krımdakı mədəniyyətlərin kombinasiyasının, sütunlar tarix boyunca yarımadada mpvcud olmuş antik sivilizasiyaların və doğan günəş isə, rifah və yenilənməyin simvəllarıdır.[3]
Tarixi gerbləri
Krım ərazisindəki inzibati vahidlər tarix boyunca müxtəlif gerblərdən istifadə etmişdirlər. Bu gerblərdən bəziləri:
- Feodoro çarlığı (XIV əsrin əvvəlləri - 14750)
- Krım xanlığı
(1441–1783) - Taurida Governorate
(1802–1921) - Krım Regional Hökuməti
(1918–19) - Krım Muxtar Sovet Sosialist Respublikası
(1938–45)
İstinadlar
- "KIRIM ARMASI: FOTOĞRAF, ANLAM, AÇIKLAMA". tr.aroundtravels.com. 2021-07-11 tarixində arxivləşdirilib.
- "Kırım'ın yasa dışı ilhakı 7 yıl önce '26 Şubat olayları' ile başladı". www.aa.com.tr. 2022-06-02 tarixində arxivləşdirilib.
- fotw.net Arxivləşdirilib 2007-03-11 at the Wayback Machine — Crimea Autonomous Republic (Ukraine)