Kröller-Müller muzeyi
Kröller-Müller Muzeyi (Niderlandca tələffüz: [krɵlərˈmylər myˌzeːjɵm]) Hollandiyanın Otterlo bölgəsindəki Hoge Veluwe Milli Parkında yerləşən milli sənət muzeyi və heykəltəraşlıq bağıdır. İncəsənət kolleksiyaçısı Helen Kröller-Müller tərəfindən əsası qoyulan muzey, özünün və ərinin keçmiş mülkünün ərazisi (hal-hazırda milli park) daxilində 1938-ci ildə açıldı. Van Qoq muzeyindən sonra Vinsent van Qoqun ən böyük rəsm kolleksiyasına sahibdir. Muzeyi 2015-ci ildə təxminən 380.000 nəfər ziyarət edib.[4]
Kröller-Müller Muzeyi | |
---|---|
Kröller-Müller Museum | |
| |
Əsası qoyulub | 13 iyul 1938[1] |
Açılış tarixi | 1938 |
Təsisçi | Helene Kröller-Müller |
Ölkə | |
Yerləşir | Ede[d] |
Ünvan | Houtkampweg 6[3] |
Ziyarətçi sayı | 380.000 (2015-ci ildəki hesablamara görə)[4] |
Direktor | Lisette Pelsers[5] |
Muzeyə yetişmək |
|
Telefon | +31 318 591 241 |
İş rejimi | 10:00-17:00 |
Bilet | 5–20 € |
52°05′45″ şm. e. 5°49′01″ ş. u. | |
krollermuller.nl | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Kröller-Müller Muzeyi Vinsent van Qoqu yaxından tanıyan və onun əsərlərini kolleksiya şəklində yığan H. P. Bremmer-in tövsiyəsi ilə həvəskar sənət kolleksiyaçısı Helene Kröller-Müller tərəfindən qurulmuşdur.[6] 1935-ci ildə bütün kolleksiyasını Hollandiya dövlətinə bağışladı.[7] 1938-ci ildə Henri van de Velde tərəfindən dizayn edilmiş muzey ictimaiyyətə açıldı. 1961-ci ildə heykəltəraşlıq bağı əlavə edilmiş və 1977-ci ildə Vim Qvist tərəfindən hazırlanmış yeni sərgi açılmışdır.[1]
Kolleksiya
Muzeydə Vincent van Qoqun "Kafe terasında gecə", Kədərlənən Qoca (Əbədiliyin qapısında) və Kartof Yeyənlərin bir versiyası kimi bəzi əhəmiyyətli rəsm əsərləri qorunub saxlanılır. Bu da muzeyi dünyada ikinci ən böyük (Amsterdamdakı Van Qoq Muzeyindən sonra) Van Qoq rəsmlərinin kolleksiyası olan muzeyə çevrilmişdir. Muzeydə Van Qoqun əsərlərindən başqa Piet Mondrian, Jorj-Pyer Söra, Odilon Redon, Jorj Brak, Pol Qogen, Lukas Kranax (böyük)Lukas Kranax, Ceyms Ensor, Juan Gris, Pablo Pikasso kimi rəssamların əsərləri var.
Heykəltəraşlıq bağı
Kröller-Müller Muzeyi, 30 hektardan çox ərazisi ilə Avropanın ən böyük meşə parklarından birinin ərazisində yerləşən geniş heykəltəraşlıq bağı ilə də məşhurdur. Bağ Helen Kröller-Müllerin sənət, memarlıq və təbiət arasındakı simbioz konsepsiyasını əks etdirir. Beukhof, H., Essen, F. van, Pelzers, E., Sevink, J. "Nature and Art, The Hoge Veluwe, Waanders Uitgeverij, Zwolle" (PDF) (ing. ). 2005. 9 May 2019 tarixində arxivləşdirilib (PDF). Kolleksiyaya Ogüst Roden, Henry More, Jan Dübüffe, Mark di Suvero, Lusio Fontana, Klaes Oldenburg, Fritz Votruba, Joyep van Liyeshout və daha bir çox sənətkərların əsərləri daxildir.
Kolleksiyadan seçilmiş əsərlər
- Pol Sinyak, Breakfast, 1886-87
- Vinsent van Qoq, Kafe terasında gecə, 1888[9]
- Vinsent van Qoq, Country Road in Provence by Night, 1890
- Jorj-Pyer Söra, Le Chahut (Can Can), 1889-90
- Anri Kross, Fisherman, 1895
- Odilon Redon, The Cyclops, c. 1914
- Juan Gris, Le Compotier (The Fruit Bowl), 1914
- Henry Moore, Sculpture with hole and light, 1967
- Richard Serra, One, 1988
Adminstrasiya
year | visitors |
---|---|
2012 | 307,000[10] |
2013 | 330,000[11] |
2014 | 392,000[4] |
2015 | 380,000[4] |
Lisette Pelsers 2012-ci ildən bəri Kröller-Müller Muzeyinin direktor vəzifəsini icra edir.[5][12]
Muzeyin 2012-ci ildə 307.000, 2013-cü ildə[10] 330.000, 2014-cü ildə[11] 392.000,[4] və 2015-ci ildə 380.000 ziyarətçisi olmuşdur.[4]
Muzey 2013-cü ildə ölkə daxilində ən çox ziyarət edilən 12-ci muzey oldu.[13]
İstinadlar
- Johannes van der Wolk, "Helene Emma Laura Juliane Kröller-Müller Arxivləşdirilib 2016-08-28 at the Wayback Machine" (in Dutch), Biografisch Woordenboek Gelderland, 1998. Mənbə 27 Sentyabr 2013-cü il tarixində tapıldı.
- archINFORM (alm.). 1994.
- Address/directions Arxivləşdirilib 2014-10-10 at the Wayback Machine, Kröller-Müller Museum. Mənbə 27 Sentyabr 2013-cü il tarixində tapıldı.
- "380.000 bezoekers voor Kröller-Müller in 2015 Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine" (in Dutch), De Stentor, 2016. Retrieved 15 yanvar 2016.
- Structure Arxivləşdirilib 2013-10-02 at the Wayback Machine, Kröller-Müller Museum. Retrieved 27 sentyabr2013.
- "Helene Kröller-Müller & Vincent van Gogh" (ing. ). holland.com. 2020-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 fevral 2020.
- Jennifer Holdway. 26 by 26. Tate Publishing. 2010. səh. 138-139. ISBN 9781607996378.
- The potato eaters Arxivləşdirilib 4 aprel 2013 at the Wayback Machine, Kröller-Müller Museum. Retrieved 24 August 2013.
- Terrace of a café at night (Place du Forum) Arxivləşdirilib 2012-08-27 at the Wayback Machine, Kröller-Müller Museum. Retrieved 23 avqust 2013.
- Top 55 Museumbezoek 2012 (nid. ), Nederlandse Museumvereniging, 2012. Mənbə 19 avqust 2013-cü ildə əldə tapılmışdır.
- Daan van Lent & Pieter van Os, "Musea doen het goed: aantal bezoekers in 2013 fors gestegen Arxivləşdirilib 2016-03-08 at the Wayback Machine" (nid. ), NRC Handelsblad, 2013. 3 avqust 2014.
- Birgit Donker, "Lisette Pelsers nieuwe directeur Kröller-Müller Museum Arxivləşdirilib 2021-03-04 at the Wayback Machine" (in Dutch), NRC Handelsblad, 2011..
- Daan van Lent & Pieter van Os, "Musea doen het goed: aantal bezoekers in 2013 fors gestegen Arxivləşdirilib 2016-03-08 at the Wayback Machine" (in Dutch), NRC Handelsblad, 2013.