Kozis

Kozisalban hökmdarı Oroysun qardaşı və Qafqaz Albaniyası çarı.

Oroys
ƏvvəlkiOroys
SonrakıZober
Şəxsi məlumatlar
Milliyyəti alban
Dini Zərdüştilik

Qafqaz Albaniyasını tutmaq istəyən Pompeyin Roma legionlarına qarşı ikinci savaşda Kozis alban qoşunlarına başçılıq edirdi. Kozisin qoşunlarının romalılarla döyüşü e.ə. 65-ci ildə Kürün sol sahilindəki qollarından birinin sahilində baş vermişdir.

Kozisin başçılıq etdiyi alban qoşunları 60 min piyada və 12 min süvaridən ibarət idi. Albanların süvari qüvvəsi güclü olduğu halda, romalıların əsas zərbə qüvvəsini yaxşı təlim görmüş intizamlı piyada qoşunu təşkil edirdi. Buna görə də döyüşün başlanmasınadək Pompey piyadalarını süvarilərin arxasında gizlətmişdi. Albanlar təkcə Roma süvariləri ilə savaşacaqlarını zənn etdiklərindən onlara hücuma keçdilər. Bu zaman Roma piyadaları döyüşə qoşuldular və amansız savaş başlandı. Antik müəlliflərin məlumatına görə, döyüşün qızğın çağında Kozis bir neçə alban döyüşçüsü ilə Roma legionerlərinin sırasını yarıb Pompeyin müşayiətçilərinədək çatdı. Roma sərkərdəsini nizə ilə vuran Kozis onun möhkəm zirehini deşə bilmədi. Cavab zərbəsi ilə Qney Pompey Kozisi ölümcül yaraladı. Məğlub olan albanlar yaxınlıqdakı meşədə gizləndilər, lakin Pompeyin əmri ilə legionerlər meşəni mühasirəyə alıb od vurdular. Romalılara qarşı qadınlar da vuruşurdular.Alban qadınların cəsarəti romalıları heyrətə gətirmişdi.

Mənbə

  • Шербак. Г. А. Огузнаме. — М., 1959  (rus.)
  • Юсифов Ю. Б., Бабаев И. А. Кавказская Албания в эллинистическую эпоху. В кн.: Причерноморье в эпоху эллинизма.//Мат-лы III Все-союзн. симпозиума по древней истории Причерноморья. Цхалтубо, 1982, Тбилиси, 1985.

 (rus.)

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.